Bu dəhşətli müharibədir, Aprel deyil, bağışlayın… - ŞOK ETİRAF

Bu dəhşətli müharibədir, Aprel deyil, bağışlayın… - ŞOK ETİRAF

Artsrun Ovannisyanın etirafı.

"Cəsədlərin toplanması, itkin düşənlərin siyahısının hazırlanması üçün böyük qrup fəaliyyət göstərir".

BakuCity.az xəbər verir ki, bunu Ermənistan müdafiə nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyan deyib.

O, çoxsaylı ailənin sosial şəbəkədə oğlanlarının fotosunu yaymasına və itkin düşənləri axtarmalarına bu cür reaksiya verib: “Cəbhədə şiddətli döyüşlər gedir. Bu, cəsədlərin axtarılmasını çətinləşdirir. Digər tərəfdən, komandirlər də ölənlərlə bağlı statistikanı apara və vaxtında bizə məlumat verə bilmirlər”.

Həmçinin oxu: Özünü satıcı kimi təqdim edən erməni qadın əslində kimdir? - FOTO

Ovannisyan ölənlərin siyahısını açıqlayarkən “əllərində olan meyitlərə görə” davrandıqlarını da bildirib, övladlarını axtaran çoxsaylı ailələrdən isə üzr istəyib: “Düzgün başa düşün: bu, tamamilə fərqli müharibədir, bu, sadəcə dəhşətdir – nə birinci müharibəyə (Birinci Qarabağ savaşı nəzərdə tutulur – red.), nə də Aprel savaşına bənzəyir. Biz əsgər valideynlərindən üzr istəyirik”. (axar.az)

BakuCity.az

xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər