Paşinyan üçün yolun sonu: hərbi çeviriliş gözlənilir

Paşinyan üçün yolun sonu: hərbi çeviriliş gözlənilir

Ermənistanda hərbi çeviriliş gözlənilir.

“Rusiya Prezidenti Vladimir Putinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Azərbaycan və Ermənistan arasında olan münaqişəyə müdaxilə etməyəcəyi ilə bağlı açıqlaması tamamilə düzgün qərardır”.

BakuCity.az xəbər verir ki, bu sözləri  millət vəkili Vahid Əhmədov deyib.

Vahid Əhmədov Putinin açıqlamsının beynəlxalq hüquq normalarına uyğun olduğunu bildirib:

“KTMT-nin münaqişəyə müdaxilə etməsi, beynəlxalq hüququn pozulması anlamına gələrdi. Çünki hazırda müharibə Ermənistanın deyil, Azərbaycanın ərazisində gedir. KTMT o vaxt məsələyə qarışa bilər ki, üzvlərinin hər hansısa birinin ərazisinə müdaxilə olsunsun. Azərbaycan Ermənistan ərazisinə heç bir müdaxilə etmir. Biz öz ərazilərimizdə antiterror əməliyyatları həyata keçiririk. Bu baxımdan beynəlxalq hüquqla Rusiya Ermənistana heç bir yardım göstərə bilməz.

Putinin bu açıqlaması bir daha göstərdi ki, Paşinyan siyasi arenada zəif adamdır və onun dünya siyasətindən başı çıxmır.

Yəqin ki, Azərbaycan qələbə qazandıqdan sonra Ermənistanda da müəyyən bir çevriliş hadisələri baş verəcək və Paşinyan vəzifədən uzaqlaşdırılacaq. Hesab edirəm ki, Rusiyanın siyasi rəhbərliyi də məhz bunu istəyir”. (redaktor.az)

BakuCity.az

xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər