Erməni təxribatları nəticəsində 31 dinc sakin həlak olub - RƏSMİ

Erməni təxribatları nəticəsində 31 dinc sakin həlak olub - RƏSMİ

Erməni ordusunun Azərbaycanın dinc əhalisinə qarşı terroru davam edir.

Sentyabrın 27-dən oktyabrın 8-i saat 13:00-dək erməni təxribatları nəticəsində dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikası açıqlanıb.

BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, indiyə qədər 31 dinc sakin həlak olub. Yaralanmış dinc sakinlərin sayı 154-dür.

928 ev, 133 mülki obyekt, 45 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb.

BakuCity.az

Şərhlər