DEPUTAT: Ordumuz tezliklə bütün torpaqlarımızı işğaldan azad edəcək

DEPUTAT: Ordumuz tezliklə bütün torpaqlarımızı işğaldan azad edəcək

“Bu gün Azərbaycanın apardığı mübarizə bölgədə haqqın və ədalətin bərpasına yönəlib”.

BakuCity.az xəbər verir ki, bunu deputat Cavid Osmanov bildirib.

C.Qurbanov qeyd edib ki, beynəlxalq təşkilatlar və dövlətlər də bunu etiraf edir ki, 30 ildir ki, Ermənistanın işğalçı və terrorçu dəstələri 20 faiz torpaqlarımızı işğal edib, etnik təmizləmə işləri aparıb, abidələrimizi dağıdaraq tarixi saxtalaşdırmağa çalışıblar:

“Eyni zamanda beynəlxalq hüquq normalarının əksinə gedərək məskunlaşdırma siyasəti aparıblar, ayrı-ayrı dövlətlərdən erməni əsilli terrorçuları gətirərək işğal ərazilərində yerləşdiriblər. Əlbəttə ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin geniş miqyaslı təxribatının qarşısını almaq üçün anti-terror əməliyyatı nəticəsində bir neçə yaşayış məntəqələrimiz düşmən işğalından azad edilib. Ümumilikdə, bu torpaqlar BMT-nin 4 qətnaməsində də qeyd edildiyi kimi, Azərbaycan ərazisi kimi tanınır”.

Deputat vurğulayıb ki, bir çox dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycanın ədalətli mübarizəsində neytral mövqedə dayanırlar:

“Ölkəmizin öz ərazi bütövlüyünün bərpası uğrunda apardığı mübarizə sona kimi davam edəcək və Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz tezliklə bütün torpaqlarımızı işğaldan qurtaracaq”. (konkret.az)

BakuCity.az

Şərhlər

Cəmiyyət
Müdafiə Nazirliyinin yeni məlumatı. Ermənistan tərəfinin guya İranın hava məkanına Azərbaycan Ordusuna məxsus kamikadze-dronun daxil olmasından sonra bu ölkənin Azərbaycanın mövqelərini artilleriya atəşinə tutması barədə yaydığı məlumat yalandır və düşmənin növbəti dezinformasiyasıdır. Müdafiə Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, İran-Azərbaycan dövlət sərhədinin tam nəzarətimizə götürülməsindən təşvişə düşən Ermənistan tərəfi bu cür yalan xə...
Cəmiyyət
Operativ qərərgahın yeni qərarı. Nazirlər Kabineti yanında Operativ Qərargah karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı vətəndaşlara müraciət edib. BakuCity.az-ın verdiyi məlumata görə, müraciətdə deyilir: "Hazırda dünya ölkələri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmada artım müşahidə olunmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, bu günədək dünyada 42 milyondan çox şəxs COVID-19 infeksiyasına yoluxub, 1 m...
Cəmiyyət
3 yaşlı Xədicə haqqında videoreportaj hazırlanıb. “BBC” telekanalı Ermənistan silahlı qüvvələrinin 17 oktyabr gecə 01 radələrində Gəncəyə raket zərbələri endirməsi nəticəsində valideynlərini itirən 3 yaşlı Xədicə haqqında reportaj hazırlayıb. BakuCity.az xəbər verir ki, videoreportajda qeyd olunub ki, 3 yaşlı Xədicənin anası, atası və bacısı erməni qüvvələri tərəfindən evlərinə atılan raket zərbəsi nəticəsində həlak olub. Telekanal Xədicənin digər ailə üzv...
Cəmiyyət
Əsir götürülən erməni hərbçilər Qarabağda döyüşməkdən imtina etdiklərini, cəbhəyə zorla göndərildiklərini etiraf ediblər. BakuCity.az xəbər verir ki, hərbi əsir, təqaüddə olan mayor Edik Solakoviç Tonoyan Qarabağda yox, Ermənistanda döyüşməyə razılıq verdiyini deyib: “1975-ci ildə Ermənistanın Metsavan (Şahnəzər) kəndində anadan olmuşam. Sentyabrın 27-də müharibə başlayanda məni və oğlumu tutub hərbi komissarlığa apardılar. Hərbi komissarlıqla razılaşdım k...
Cəmiyyət
Ordumuzun işqaldan azad etdiyi ərazilər. Azərbaycan ordusu 27 sentyabrda əks-hücum əməliyyatlarına başlayandan bu günədək 3 şəhər, 3 qəsəbə, 135 kənd və Murovdağ zirvəsi daxil olmaqla, bir sıra strateji yüksəkliklər işğaldan azad edilib. BakuCity.az bununla bağlı son xəritəni təqdim edir:
Cəmiyyət
Hövsan qəsəbəsində su olmayacaq. Bu gün ərzində Suraxanı rayonunun Hövsan qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyət yaranacaq. BakuCity.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən məlumat verilib. Məhdudiyyət magistral su xəttində baş vermiş qəza ilə əlaqəlidir. BakuCity.az
Cəmiyyət
Azərbaycanda daha 803 yeni yoluxma faktı qeydə alınıb. Azərbaycanda bu gün koronavirus infeksiyasına 803 yeni yoluxma faktı qeydə alınıb, 212 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 8 nəfər COVID-19-dan vəfat edib. BakuCity.az
Cəmiyyət
Təyyar Eyvazov əhaliyə müraciət edib. "Əhali arasında yoluxma hallarının artması, yoluxmanın arealının genişlənməsi son nəticədə belə halların ordumuza da sirayət etməsi ilə nəticələnə bilər". BakuCity.az xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti Təyyar Eyvazov deyib. T.Eyvazov bildirib ki, döyüş bölgələrinə yaxın ərazilərdə həm yerli əhali ilə hərbçilərin təması baş verir, həm də hərbi qulluğa çağırılan şəxslər arasında virusa yoluxanların olmas...
Cəmiyyət
İqtisadiyyat naziri Mikayıl Cabbarov İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb. BakuCity.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, nazir ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edib, ona uğurlar arzulayıb. M.Cabbarov vurğulayıb ki, Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və dostluq münasibətləri ikitərəfli əməkdaşlığın inkişafında əsas hərəkətverici qüvvədir. Son 7 ild...