Düşmən Tərtərin kəndlərini yenidən atəşə tutub

Düşmən Tərtərin kəndlərini yenidən atəşə tutub

Cəbhədə şiddətli döyüşlər davam edir.

BakuCity.az xəbər verir ki, bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı məlumat verib.

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayon ərazisini yenidən atəşə tutur, dinc sakinləri hədəf alır.

Oktyabrın 9-u səhər saatlarından başlayaraq düşmən Tərtər rayonun Qazyan, Qapanlı və Qaradağlı kəndlərini artilleriya atəşinə tutur. Nəticədə mülki evlərə ziyan dəyib.

Azərbaycan Ordusu tərəfindən düşmənə adekvat tədbirlər görülür, döyüşlər davam edir. 

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər