Qarabağ döyüşləri davam edir: Paşinyan Azərbaycan Prezidentinə təslim oldu

Qarabağ döyüşləri davam edir: Paşinyan Azərbaycan Prezidentinə təslim oldu

Qarabağ döyüşləri davam edir.

Azərbaycan Ordusu sentyabrın 27-dən başlayaraq cəbhəboyu gedən döyüşlərdə həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımızın bir qismini azad edib. Beləliklə, ordumuz işğal altında olan doğma torpaqlarımızda həyata keçirilən döyüşlərdə üstünlüyü ələ alıb və şəhər, kənd və bir sıra yüksəkliklərin düşmən tapdağından azad olunmasına nail olub. Azərbaycan hərbi əməliyyatlarda əldə etdiyi uğurlarla yanaşı, diplomatik müstəvidə də irəliləyişlərə nail olunub.

BakuCity.az xəbər verir ki, Azərbaycan əsgərinin cəbhənin müxtəlif istiqamətlərində davam edən döyüşlərdə qazandığı qələbələr Ermənistan ordusunu sözün əsl mənasında qorxuya salıb.

Elə bunun nəticəsidir ki, minlərlə canlı qüvvə, xeyli sayda silah-sursat və hərbi texnika itkisi ilə üzləşən Ermənistan ordusu artıq məğlubiyyəti ilə barışmaq ərəfəsindədir. On gün öncə erməni əsgərinin çiyinlərindən asdığı silahların, sürdüyü tankların şanlı Azərbaycan Ordusu tərəfindən ələ keçirilməsi düşmən tərəfdə açıq-aşkar ruh düşkünlüyü yaradıb.

Görünən odur ki, şəxsi heyət sarıdan əziyyət çəkməyə başlayan Ermənistan ordusu əsgər qıtlığı ilə üzləşib. Eyni zamanda bütün bu olaylar Ermənistanda daxili çaxnaşmalara gətirib çıxarıb. Ermənistanın baş naziri Nikol Paşinyan isə Azərbaycan Ordusu ilə davam edən döyüşlərdə məğlubiyyətlə üzləşdiyi bir dövrdə daxili qarşıdurmaların baş qaldırmasından ciddi narahatdır. Çünki davam edən döyüşlər fonunda Ermənistan iqtisadiyyatı bir az da böhrana uğrayıb. Belə bir vəziyyətdə Nikol Paşinyan Ermənistan vətəndaşlarının ona qarşı çıxacağından qorxur. Eyni zamanda ölkədaxili siyasi qarşıdurmaların baş verəcəyindən qorxuya düşən Paşinyan narahatlığını özünə yaxın adamları vəzifədən kənarlaşdırmaqla ifadə etməyə başlayıb. Misal üçün, bu günlərdə Ermənistan prezidenti Armen Sarkisyan Paşinyanın diqtəsi ilə Arqişti Kərəmyanı Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən azad edib.

BakuCity.az

Şərhlər