Donald Tramp ABŞ ermənilərini məyus etdi

Donald Tramp ABŞ ermənilərini məyus etdi

Donald Trampın sükutu erməni icmasını narahat edir.

ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqazda bir neçə gündür daha da dərinləşən münaqişə ilə bağlı sükutu Birləşmiş Ştatların erməni icmasını narahat edir.

BakuCity.az xəbər verir ki, bu barədə “The Hill” yazıb.

Qeyd olunub ki, ermənilər Tramp administrasiyasının mövcud mövqeyindən narazıdırlar.

Birləşmiş Ştatların 1,5 milyon nəfərdən erməni icması prezidentin mövqeyinə etiraz edirlər.

Belə ki, ermənilər ötən həftə Trampa qarşı etirazlarını ifadə etmək üçün Ağ Ev qarşısında toplaşıblar.

"Trampdan heç olmasa sülh çağırışlı bir tvit, biz hətta indi Ermənistanın dəstəkdən danışmırıq, hər şey çox sadədir və hətta bu da olmur", - etiraz aksiyasında iştirak etmiş Arsen Xaratyan deyib.

Həmçinin, ermənilər qeyd ediblər ki, bu məsələ prezident seçkilərinə ciddi təsir etməyəcək. 

BakuCity.az

Şərhlər