Düşmənin hava hücumundan müdafiə sisteminin 80%-i məhv edildi

Düşmənin hava hücumundan müdafiə sisteminin 80%-i məhv edildi

Erməni işğalçılarının Qarabağda hava hücumundan müdafiə sisteminin 80 faizi məhv edilib.

Dağlıq Qarabağda gərginləşən müqnaqişə fonunda erməni işğalçı silahlı qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin kütləvi itkisi ilə üzləşib. İki həftə ərzində onların S-300 “Favorit” kimi qabaqcıl kompleksləri də daxil olmaqla, qısa, orta və uzaq mənzilli hava hücumundan müdafiə sistemi vasitələrinin 80 faizi məhv edilib.

BakuCity.az xəbər verir ki, bu barədə avia.pro-nun öz mənbələrinə istinadla yaydığı xəbərdən məlum olub.

Qeyd edilir ki, ilk günlərdə Azərbaycan həqiqətən də onlarla pilotsuz uçuş aparatını (PUA) itirib, lakin bu gün Azərbaycan ordusunun PUA-ları döyüş bölgəsini və Dağlıq Qarabağın bütün ərazisini asanlıqla tədqiq edə bilər, çünki erməni işğalçılarının artıq bu cür hədəflərlə mübarizə aparmaq üçün vasitəsi yoxdur.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər