Azərbaycanın Rus İcmasının Ermənistanın təxribatları barədə BƏYANATI

Azərbaycanın Rus İcmasının Ermənistanın təxribatları barədə BƏYANATI

Azərbaycanın Rus İcması Ermənistanın təxribatları barədə bəyanat yayıb.

Azərbaycanın Rus İcması Ermənistanın təxribatları barədə bəyanat yayıb Azərbaycanın Rus İcması Ermənistanın ölkəmizə qarşı hərbi təxribatları ilə əlaqədar bəyanatla çıxış edib.

BakuCity.az xəbər verir ki, bəyanatda deyilir:

“Sentyabrın 27-də səhər saat 06.00 radələrində Ermənistan silahlı qüvvələri irimiqyaslı təxribatlar həyata keçirərək Azərbaycan ordusunun cəbhə xətti boyunca yerləşən mövqelərini və cəbhəyanı zonada yerləşən yaşayış məntəqələrini iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutublar.

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ordusunun cəbhə xətti boyunca mövqelərini, Tərtər rayonunun Qapanlı kəndini, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd kəndlərini, Füzuli rayonunun Alxanlı və Şükürbəyli kəndlərini, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini atəşə tutublar. İntensiv atəşlər nəticəsində dinc sakinlər arasında ölənlər və yaralananlar var.

Mülki infrastruktur obyektlərinə də ciddi ziyan vurulub. Ermənistan silahlı qüvvələrinin döyüş fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı bütün cəbhə boyunca əks-həmlə əməliyyatına başlamaq barədə qərar qəbul edib.

Təsdiqlənmiş məlumata görə, Azərbaycanın Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Yuxarı Əbdurrəhmanlı və Kənd Horadiz, həmçinin Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib.

Biz – Azərbaycanın etnik rus əhalisi Ermənistan rəhbərliyinin münaqişənin gərginləşməsinə və suveren Azərbaycan dövlətinin yeni ərazilərini ələ keçirmək cəhdinə yönələn təcavüzkar hərəkətlərini qətiyyətlə pisləyirik. Ölkənin etnik rus vətəndaşları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cəbhə xəttində vəziyyətlə və bütövlükdə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı mövqeyini və fəaliyyətini tam dəstəkləyir.

Biz ordumuzun, igid hərbi qulluqçularımızın nümayiş etdirdiyi dözüm və rəşadətə görə onlara təşəkkür edirik! Vəziyyətdən asılı olmayaraq, Azərbaycanın rus əhalisi 90-cı illərin əvvəllərində olduğu kimi daim Azərbaycan xalqı ilə, qardaşlarımızla çiyin-çiyinə dayanmağa və Azərbaycan sərhədlərinin möhkəmlənməsi hüququnu qoruyaraq Vətənimizi sonadək müdafiə etməyə hazırdır! Azərbaycan, onun rəhbərliyi 25 ildən çoxdur ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini beynəlxalq birlik tərəfindən tanınan sərhədlər çərçivəsində suverenliyə və ərazi bütövlüyünə hörmət əsasında dinc yolla nizamlamağa çalışır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistan tərəfindən Azərbaycana qarşı davam edən hərbi təcavüz, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğu regionda sülhə və təhlükəsizliyə əsas təhdid mənbəyidir. Beynəlxalq təşkilatlara – BMT, ATƏT və onun Minsk qrupuna, Avropa ictimaiyyətinə, həmçinin bir sıra sülhməramlı təşkilatlara Ermənistan rəhbərliyini bütün danışıqlar prosesinin sabitliyini pozmaq üçün təkrarlanan cəhdlərə görə məsuliyyətə çağırmaq barədə müraciətlər edilib. Ermənistanın bu il iyul ayında Tovuz istiqamətində hərbi təxribatı növbəti dəfə sübut etdi ki, rəsmi Yerevan bütün beynəlxalq razılaşmalara zidd olaraq danışıqlar prosesini pozmağa çalışır və qeyri-qanuni şəkildə erməni işğalı altında olan Dağlıq Qarabağ və ona bitişik 7 rayondan uzaqda yerləşən rəsmi sərhəd istiqamətində hücuma keçərək məqsədli şəkildə münaqişə zonasını genişləndirir.

Əfsuslar olsun ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinə heç bir sərt çağırışlar olmadı və bu gün Ermənistanın növbəti təxribatı irimiqyaslı hərbi əməliyyatların başlanmasına, həm hərbçilərin, həm də dinc sakinlərin ölümünə gətirib çıxardı. Ermənistanın cinayətkar rəhbərliyi tərəfindən başlanmış silahlı münaqişə müstəqil və suveren Azərbaycan Respublikasının ərazisində artıq 30 ildən çoxdur ki, davam edir.

Özlərinin işğalçı hərəkətlərinə bəraət qazandırmaq və beynəlxalq strukturların gözlərinə kül üfürməklə Ermənistan Dağlıq Qarabağda heç kəs tərəfindən tanınmayan separatçı rejim yaradıb.

Nəticədə, yüz minlərlə azərbaycanlı doğma torpaqlarından qovulub, Xocalı şəhərinin faciəsi baş verib, dinc sakinlər vəhşicəsinə qətlə yetirilib, Azərbaycanın milli sərvətləri və tarixi abidələri vəhşicəsinə məhv edilib. Azərbaycanın rus icması beynəlxalq strukturları ikili standartlar siyasətindən əl çəkməyə və öz hərəkətləri ilə bütün regionun sabitliyini təhlükə altına qoya biləcək təcavüzkar ölkə olan Ermənistana lazımi təzyiq göstərməyə çağırır”.

BakuCity.az

Şərhlər

Cəmiyyət
Rəşadətli ordumuz növbəti  ərazilərimizi işğaldan azad edib. Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! BakuCity.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "Twitter" hesabında məlumat paylaşıb. BakuCity.az
Cəmiyyət
“Dağlarda dron” – ermənilər üçün kabus. BakuCity.az Qarabağ veteranı, ehtiyatda olan kapitan, jurnalist Şöhrət Eyvazovun “Dağlarda dron” – ermənilər üçün kabus" adlı məqaləsini təqdim edir. Yadınızdadırsa, erməni ordusunun Şuşanı işğal əməliyyatının adı –“Dağlarda toy” idi. Bir qərinəyə yaxın vaxt lazım oldu Azərbaycan Ali Baş Komandanının və Ordusunun cavab zərbəsinə.  Bir gün belə azalmadı inamımız. hirsimizlə, hikkəmizlə gözlədiyimiz, “lazım gələrsə” sö...
Cəmiyyət
Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq edib. Azərbaycan Respublikası Baş Prokurorluğu ölkəmizdə olan müharibə vəziyyətini nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələrinə xəbərdarlıq edib. BakuCity.az xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun əməliyyatlarına dair video, foto və informasiyaların çəkilməsi,...
Cəmiyyət
“Azərbaycanın qəhrəman övladları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında gücünü xalqdan alaraq ədaləti yenidən bərqərar edir”. BakuCity.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib. Yalçın Topçu qeyd edib ki, şanlı Azərbaycan Ordusu cəbhədə bir mülki şəxsə zərər vermədən hər gün yeni torpaqları işğaldan qurtarmaqla beynəlxalq hüququ pozaraq insanlığa qarşı cinayət törədən təcavüzkar işğalçı Ermənistana lazı...
Cəmiyyət
Ordumuz Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində yeni mövqelərə irəliləyib. Oktyabrın 24-ü gün ərzində və 25-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən qoşunlarımızı atıcı silahlar, tanklar, minaatanlar və toplardan atəşə tutub. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən açıqlama verilib. Belə ki, Azərbaycan Ordusunun bölməl...
Cəmiyyət
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa edib. Macarıstanda yaşayan azərbaycanlı doktorant Əliyar Əzimovun Avropa İttifaqının "Modern Diplomacy" portalında ingilis dilində məqaləsi dərc edilib. BakuCity.az xəbər verir ki, məqalə "Paşinyan sülh missiyasında və beynəlxalq hüquqa riayət olunmasında uğursuzluğa necə düçar oldu?" adlanır. Məqalədə Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətə gələrkən Dağlıq Qarabağ münaqişəsi ilə əla...
Cəmiyyət
Paytaxtda fəaliyyət göstərən bir sıra obyektlərdə epidemiya əleyhinə rejimin pozulduğu müəyyən edilib İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) keçirdiyi monitorinqlər davam etdirilir. Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, monitorinqlər zamanı Bakının Səbail rayonunda “Royal coin zoo mağaza”da, “İpək gözəllik salonu”nda, Yasamal rayonunda “Bolmarket”də, “Sizin Lombard”da, Suraxanı ra...
Siyasət
İham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib. "Mən bunu dəfələrlə açıq şəkildə ifadə etmişəm və indi sizə deyə bilərəm, həmçinin mən vasitəçilər, Minsk qrupunun həmsədrləri vasitəsilə əvvəlki Ermənistan hökumətinə bizim gələcəyi necə görməyimizlə bağlı müəyyən mesajlar vermişəm. Biz Qarabağı insanların ləyaqət və sülh içində, azərbacanlı və erməni icmalarının yanaşı yaşadığı Azərbaycanın çiçəklənən, təhlükəsiz ərazisi kimi, bizim Azərbaycanın büt...
Cəmiyyət
''Bacara bilmirik''. Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyan ordudakı mövcud çatışmazlıqların aradan qaldırılmasının "uzun və çoxillik proses” olduğunu deyib. BakuCity.az xəbər verir ki, ictimaiyyətin və medianın "biz müharibəyə hazır idikmi” sualına cavab verən Ovanisyan iddia edib ki, "nisbətən yeni silahların alınması” tempi son iki ildə bir qədər yüksəlibmiş. O, "son iki il” deyəndə Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonrakı dö...