İki şəhər və 5 kəndə giriş-çıxış dayandırıldı

İki şəhər və 5 kəndə giriş-çıxış dayandırıldı

Bu gündən etibarən iki şəhər və 5 kəndə giriş-çıxış dayandırılıb.

Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış dayandırılıb.

BakuCity.az xəbər verir ki, Nazirlər Kabinetin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.

Həmçinin oxu: Azərbaycanda yoluxanların sayı 300-ə çatır

Dəyişikliyə əsasən, xüsusi karantin rejimi dövründə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış 14 oktyabr saat 00:00-dan dayandırılır.

Qeyd edək ki, Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 2 noyabr saat 06:00-dək xüsusi karantin rejimi tətbiq olunub.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər