Çavuşoğlu: Türkiyə istənilən şəraitdə Azərbaycana dəstək verəcək

Çavuşoğlu: Türkiyə istənilən şəraitdə Azərbaycana dəstək verəcək

Rəsmi Ankara istənilən şəraitdə həm döyüş meydanında, həm də danışıqlar masasında Azərbaycana dəstək verəcək.

BakuCity.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu isveçli həmkarı Ann Kristin Linde ilə birgə mətbuat konfransında deyib.

M.Çavuşoğlu vurğulayıb ki, Cənubi Qafqazda atəşin dayandırılması çağırışları ilə yanaşı, Azərbaycanın işğal edilmiş torpaqlarından erməni qoşunlarının çıxarılması tələblərini də səsləndirmək lazımdır.

Türkiyə diplomatiyasının başçısı qeyd edib ki, yalnız bu halda beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına real cəhdləri haqqında danışmaq mümkün olacaq.

Nazir BMT-nin Təhlükəsizlik Şurasının və ATƏT-in Dağlıq Qarabağ münaqişəsi üzrə həll edilməmiş qərarlarını xatırladıb. ("Anadolu" agentliyi)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər