Bu saytlara XƏBƏRDARLIQ edildi

Bu saytlara XƏBƏRDARLIQ edildi

Azərbaycanın xəbər saytlarına kibertəhlükəsizlik tədbirlərini gücləndirmək tövsiyə olunub.

Təmas xəttində düşmənin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun apardığı uğurlu əks-hücum əməliyyatları ilə əlaqədar, Ermənistan tərəfindən Azərbaycanın bir sıra xəbər saytlarının təhlükəsizlik boşluqlarından istifadə etməklə həyata keçirilən kiberhücumlar vasitəsilə bəzi həqiqətə uyğun olmayan və təxribat xarakterli məlumatların yayılmasına cəhdlər göstərilir.

BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Məsələ ilə əlaqədar olaraq, qurum tərəfindən bütün özəl internet resurslarının, xüsusilə xəbər saytlarının sahiblərinə düşmənin məkrli əməllərinin qarşının alınması məqsədilə müvafiq təhlükəsizlik tədbirlərini gücləndirmələri tövsiyə olunur:

"Özəl internet informasiya ehtiyatı sahiblərindən xahiş olunur ki, hər hansı kiberinsidentlə üzləşdikdə, bu barədə Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər".

BakuCity.az

Rusiya ərazisində qalan Azərbaycan vətəndaşları ölkəyə gətirilib daha 400 nəfər azərbaycan vətəndaşı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər