İtaliyada “Ermənistanın təcavüzünü dayandırın!” şüarı ilə aksiya keçirilib - FOTO

İtaliyada “Ermənistanın təcavüzünü dayandırın!” şüarı ilə aksiya keçirilib - FOTO

“Ermənistanın təcavüzünü dayandırın!”

İtaliyada yaşayan həmvətənlərimiz ölkə parlamentinin Deputatlar Palatasının qarşısında “Ermənistanın təcavüzünü dayandırın!” şüarı ilə sanksiyalaşdırılmış aksiya keçiriblər.

BakuCity.az xəbər verir ki, aksiyada öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Adınca aksiyada Roma Sapienza Universitetinin professoru, həmin Universitetdə Azərbaycanşünaslıq fəaliyyətinin rəhbəri Daniel Pommier Vinçelli, İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi, Neapol-Bakı Assosiasiyasının rəhbəri Cüzeppe Kanilia, İtaliyadakı Azərbaycan icmasının nümayəndələri Fərid Abbasov, Aynur Əliyeva, Turan Sadiqi, Məryəm Mehdiyeva, Lamiyə Arikova çıxış ediblər.

Natiqlər çıxışlarında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün 30 ilə yaxın davam etməsi, bu təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonun Ermənistanın silhalı qüvvələri tərəfindən işğal edildiyi, işğal olunmuş ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirildiyi, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün düşdüyünü, Ermənistanın çoxsaylı müharibə cinayətləri, Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı soyqırımı törətdiyi, beynəlxalq hüquqa və beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş çoxsaylı sənədlərə, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymadığını bildiriblər.

Natiqlər 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı yeni təcavüzə başladığı, bunun nəticəsində istər təmas xəttinə yaxın, istərsə də ondan uzaqda olan şəhər və qəsəbələrimizi raket hücumlarına məruz qoyduğu, mülki obyektərlə və mülki şəxslərə ziyan vurduğu, çoxsaylı mülki şəxslərin qətlə yetirilməsi və yaralanması barədə məlumatlar veriblər.

Natiqlər eləcə də, Azərbaycan ordusunun ərazi bütövlüyümüzün bərpası istiqamətində uğurlarından ciddi narahat olan erməni tərəfinin və onun təsiri altında olan çevrələrin Azərbaycana qarşı hibrid müharibəsi apardığı, ölkəmiz, münaqişənin mahiyyəti və hərbi əməliyyatlar barədə həqiqətə uyğun olmayan məlumatlar yaydığını bildiriblər. Natiqlər Azərbaycanın ədalət tələb etdiyini və bunun üçün beyəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə qeyd olunduğu kimi Azərbaycan torpaqlarından Ermənistanın işğalçı hərbi qüvvələrinin çıxarılmasının və azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına qayıtmasının vacibliyini vurğulayıb və yalnız bununla bölgəyə sülh və sabitliyin gələcəyini deyiblər.

Aksiyada, habelə “Qarabağ Azərbaycandır!”,“Şuşa Azərbaycandır!”, “Xankəndi Azərbaycandır!”, “Xocalıya ədalət!”, “Erməni təcavüzünə son!”, “Erməni işğalına son!”, “Ermənistan əsgərləri Azərbaycan torpaqlarında nə edir?”, “BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri icra edilmir”, “Təcavüzkarla təcavüzə məruz qalan arasında fərq qoyulmalıdır”, “Beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzünü pisləməlidir”, “Gəncə, güclü ol!”, “Tərtər, güclü ol!” və digər şüarlar səsləndirilib.

Aksiyanı izləyən və həmin ərazidən keçən şəxslərə xüsusi olaraq hazırlanmış məlumat vərəqələri, müvafiq xəritələr və təbliğat materialları paylanılıb. (baku.ws)

İtaliyada “Ermənistanın təcavüzünü dayandırın!” şüarı ilə aksiya keçirilib - FOTO, fotoşəkil-1 İtaliyada “Ermənistanın təcavüzünü dayandırın!” şüarı ilə aksiya keçirilib - FOTO, fotoşəkil-2 İtaliyada “Ermənistanın təcavüzünü dayandırın!” şüarı ilə aksiya keçirilib - FOTO, fotoşəkil-3 İtaliyada “Ermənistanın təcavüzünü dayandırın!” şüarı ilə aksiya keçirilib - FOTO, fotoşəkil-4 İtaliyada “Ermənistanın təcavüzünü dayandırın!” şüarı ilə aksiya keçirilib - FOTO, fotoşəkil-5 İtaliyada “Ermənistanın təcavüzünü dayandırın!” şüarı ilə aksiya keçirilib - FOTO, fotoşəkil-6

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Rəşadətli ordumuz növbəti  ərazilərimizi işğaldan azad edib. Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! BakuCity.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "Twitter" hesabında məlumat paylaşıb. BakuCity.az
Cəmiyyət
“Dağlarda dron” – ermənilər üçün kabus. BakuCity.az Qarabağ veteranı, ehtiyatda olan kapitan, jurnalist Şöhrət Eyvazovun “Dağlarda dron” – ermənilər üçün kabus" adlı məqaləsini təqdim edir. Yadınızdadırsa, erməni ordusunun Şuşanı işğal əməliyyatının adı –“Dağlarda toy” idi. Bir qərinəyə yaxın vaxt lazım oldu Azərbaycan Ali Baş Komandanının və Ordusunun cavab zərbəsinə.  Bir gün belə azalmadı inamımız. hirsimizlə, hikkəmizlə gözlədiyimiz, “lazım gələrsə” sö...
Cəmiyyət
Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq edib. Azərbaycan Respublikası Baş Prokurorluğu ölkəmizdə olan müharibə vəziyyətini nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələrinə xəbərdarlıq edib. BakuCity.az xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun əməliyyatlarına dair video, foto və informasiyaların çəkilməsi,...
Cəmiyyət
“Azərbaycanın qəhrəman övladları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında gücünü xalqdan alaraq ədaləti yenidən bərqərar edir”. BakuCity.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib. Yalçın Topçu qeyd edib ki, şanlı Azərbaycan Ordusu cəbhədə bir mülki şəxsə zərər vermədən hər gün yeni torpaqları işğaldan qurtarmaqla beynəlxalq hüququ pozaraq insanlığa qarşı cinayət törədən təcavüzkar işğalçı Ermənistana lazı...
Cəmiyyət
Ordumuz Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində yeni mövqelərə irəliləyib. Oktyabrın 24-ü gün ərzində və 25-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən qoşunlarımızı atıcı silahlar, tanklar, minaatanlar və toplardan atəşə tutub. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən açıqlama verilib. Belə ki, Azərbaycan Ordusunun bölməl...
Cəmiyyət
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa edib. Macarıstanda yaşayan azərbaycanlı doktorant Əliyar Əzimovun Avropa İttifaqının "Modern Diplomacy" portalında ingilis dilində məqaləsi dərc edilib. BakuCity.az xəbər verir ki, məqalə "Paşinyan sülh missiyasında və beynəlxalq hüquqa riayət olunmasında uğursuzluğa necə düçar oldu?" adlanır. Məqalədə Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətə gələrkən Dağlıq Qarabağ münaqişəsi ilə əla...
Cəmiyyət
Paytaxtda fəaliyyət göstərən bir sıra obyektlərdə epidemiya əleyhinə rejimin pozulduğu müəyyən edilib İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) keçirdiyi monitorinqlər davam etdirilir. Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, monitorinqlər zamanı Bakının Səbail rayonunda “Royal coin zoo mağaza”da, “İpək gözəllik salonu”nda, Yasamal rayonunda “Bolmarket”də, “Sizin Lombard”da, Suraxanı ra...
Siyasət
İham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib. "Mən bunu dəfələrlə açıq şəkildə ifadə etmişəm və indi sizə deyə bilərəm, həmçinin mən vasitəçilər, Minsk qrupunun həmsədrləri vasitəsilə əvvəlki Ermənistan hökumətinə bizim gələcəyi necə görməyimizlə bağlı müəyyən mesajlar vermişəm. Biz Qarabağı insanların ləyaqət və sülh içində, azərbacanlı və erməni icmalarının yanaşı yaşadığı Azərbaycanın çiçəklənən, təhlükəsiz ərazisi kimi, bizim Azərbaycanın büt...
Cəmiyyət
''Bacara bilmirik''. Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyan ordudakı mövcud çatışmazlıqların aradan qaldırılmasının "uzun və çoxillik proses” olduğunu deyib. BakuCity.az xəbər verir ki, ictimaiyyətin və medianın "biz müharibəyə hazır idikmi” sualına cavab verən Ovanisyan iddia edib ki, "nisbətən yeni silahların alınması” tempi son iki ildə bir qədər yüksəlibmiş. O, "son iki il” deyəndə Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonrakı dö...