Azərbaycanda tam qapanma ola bilər? - AÇIQLAMA

Azərbaycanda tam qapanma ola bilər? - AÇIQLAMA

"Ümid edirik ki, Azərbaycanda koronavirusla bağlı hər kəs tövsiyələrə riayət edəcək və tam qapanmaya getməyə ehtiyac yaranmayacaq".

BakuCity.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

H.Harmancının sözlərinə görə, son günlər Azərbaycanda yoluxma hallarının sayında artım müşahidə edilir: "Hazırda yoluxma hallarının daha sürətlə artdığı bəzi şəhər və kəndlərə gediş-gəlişin qismən məhdudlaşdırılması kimi yeni yanaşmalardan istifadə olunur. Bu, hökumətin məhəllələrdə və kəndlərdə vəziyyəti yaxından izlədiyini göstərir".

H.Harmancı əlavə edib ki, virusun yayılmasının qarşısının alınması insanların tövsiyələrə nə dərəcədə riayət etməsindən asılıdır. Sadə gigiyenik qaydalara əməl etməklə, fiziki məsafə saxlamaqla və kütləvi məkanlara getməkdən çəkinməklə özümüzü və yaxınlarımızı qoruya bilərik: "Bununla yanaşı, hər hansı kütləvi məkanda, fiziki məsafə saxlamağın mümkün olmadığı yerlərdə maska taxmağın vacibliyini də vurğulamaq istərdim. Bu şəraitdə maskadan düzgün istifadə etməliyik. Belə ki, maska ağız və burun boşluğunu tam örtməli, yanaq, burun və çənə üzərində sıx oturmalıdır". (trend)

BakuCity.az

Şərhlər