“Türkiyə və Azərbaycan dünyanın can damarını əlində tutub”

“Türkiyə və Azərbaycan dünyanın can damarını əlində tutub”

“Tarixin axınının dəyişdiyi günlərdən keçirik”.

BakuCity.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib. 

Mustafa Şentop bildirib ki, insanlıq yeni arayışlar içərisindədir: “İkili standartlardan uzaq, bütün insanların bərabərliyinə dayanan dünyanın qurulması gərəkir. Dünyanın geopolitik və ekonomik nizamı sürətli şəkildə Asiyaya axır. Bəzi siyasət alimləri tərəfindən 21-ci əsr “Asiya əsri” kimi adlandırılır. 

Türkiyə və Azərbaycan dünyanın can damarını əlində tutmaqdadır. Bilsinlər ki, nə Azərbaycan nə 30 il əvvəlki Azərbaycandır, nə Türkiyə, nə də dünya 30 il əvvəlki dünyadır. Biz birlikdə səsimizin nə qədər gur olduğunu dünyaya bəyan edəcəyik. Biz hər zaman haqdan, həqiqətdən, sülhdən yanayıq. Azərbaycanı dəstəkləyəcəyik. Zəfərə qədər Azərbaycan necə istəyirsə, o cür də Azərbaycanın yanında olacağıq. Üçrəngli bayraq Qarabağda dalğalanacaq. Qarabağ Azərbaycandır!”

BakuCity.az

Azərbaycan PUA-ları Xankəndinin kabusu oldu qarabağ uğrunda döyüşlər azərbaycan ordusu döyüş davam edir azərbaycanla ermənistan arasında münaqişə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər