Hikmət Hacıyev: Serj Sarkisyan Azərbaycan üçün hərbi cinayətkar və uşaq qatilidir

Hikmət Hacıyev: Serj Sarkisyan Azərbaycan üçün hərbi cinayətkar və uşaq qatilidir

Hikmət Hacıyevin Serj Sarkisyanın “Independent”ə verdiyi müsahibəni şərh edib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın sabiq prezident Serj Sarkisyanın Böyük Britaniyanın “Independent” nəşrində yayımlanan müsahibəsindəki fikirlərə cavab verib.

BakuCity.az xəbər verir ki, H. Hacıyev özünün “Twitter” hesabında bildirib ki, S. Sarkisyan Azərbaycan üçün hərbi cinayətkar və uşaq qatilidir.

"O, Azərbaycanın mülki şəxslərinin öldürülməsində birbaşa iştirak edib. İndi özünü mələk və sülhsevər kimi təqdim etməyə çalışır. O, Azərbaycan üçün hərbi cinayətkar və uşaq qatilidir”, - deyə H. Hacıyev vurğulayıb.

BakuCity.az

Azərbaycan PUA-ları Xankəndinin kabusu oldu qarabağ uğrunda döyüşlər azərbaycan ordusu döyüş davam edir azərbaycanla ermənistan arasında münaqişə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər