Sergey Lavrov Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşüb

Sergey Lavrov Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşüb

Dağlıq Qarabağda atəşkəs razılaşmasının icrasına dair məsələlər müzakirə olunub.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov 20-21 oktyabr tarixlərində Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan ilə ayrı-ayrılıqda görüş zamanı Dağlıq Qarabağda atəşkəs razılaşmasının icrasına dair aktual məsələləri müzakirə edib.

BakuCity.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirliyinin yaydığı məlumatda qeyd olunur.

“Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla son zamanlar baş tutmuş telefon əlaqələrindən sonra, 20 və 21 oktyabr tarixlərində Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə ayrı-ayrılıqda görüşlər keçirilib”, - deyə Rusiya XİN-in yaydığı məlumatda bildirilir.

“Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə dair əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi və onun davamlı həlli üçün şərait yaradılması ilə bağlı təcili məsələlər müzakirə edilib”, - deyə mətbuat xidmətinin açıqlamasında yazılıb.

BakuCity.az 

Şərhlər