Düşmən daha 3 rayonu atəşə tutdu - RƏSMİ

Düşmən daha 3 rayonu atəşə tutdu - RƏSMİ

Ermənistan Qəbələ, Kürdəmir və Siyəzənə altı raket atıb.

Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.

BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Düşmən tərəfindən saat 07:00 radələrində Siyəzən rayonu istiqamətində üç raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində iki raket və Kürdəmir rayonu istiqamətində bir raket buraxılıb.

Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.

Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər