Rusiya Ermənistana Miq-29 təyyarələri yollayıb

Rusiya Ermənistana Miq-29 təyyarələri yollayıb

Rusiyanın Hava-Kosmik Qüvvələri Ermənistana ən azı 13 Miq-29 təyyarəsi yollayıb.

BakuCity.az xəbər verir ki, İrəvandakı Erebuni hərbi aviabazasının peykdən çəkilmiş fotoları buna dəlalət edir.

Söhbət məhz Rusiyanın hərbi təyyarələrindən gedir, çünki Ermənistanın Hərbi-Hava Qüvvələrində rəsmi olaraq MiQ-29 qırıcıları yoxdur.

Fotoda MiQ-29 qırıcıları ilə yanaşı, 13 hərbi helikopter də görünür. Bu isə hərbi aerodromun yetərincə ciddi potensialına dəlalət edir.

Ermənistan ərazisində ciddi hərbi qruplaşmaya malik olmasına rəğmən, Rusiya Qarabağdakı hərbi əməliyyatlara müdaxilə etməməyə üstünlük verir. Rəsmi Moskva münaqişəni diplomatik yollarla həll etməyə çalışır. (avia.pro)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər