Ev şəraitində müalicə alan xəstələr arasında ağırlaşmalar var

Ev şəraitində müalicə alan xəstələr arasında ağırlaşmalar var

Xəstələrin bir qismi ev şəraitində müalicə olunur.

“İyul ayının 1-dən etibarən yüngül əlamətləri olan xəstələri ev şəraitində müalicə edirik. Çox nadir hallarda poliklinikanın dəstəyi ilə ev şəraitində müalicə alan xəstələr arasında ağırlaşmalar baş verir. Bu, daha çox “COVİD” testi müsbət olanlarda deyil, pnevmoniyalı xəstələrdə olur”. 

BakuCity.az xəbər verir ki, bunu AzTV-yə müsahibəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya–Epidemioloji Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova bildirib. 

Nəzifə Mürsəlova qeyd edib ki, xəstəliyin ilk simptomları yarananda, bizdə bir çox hallarda həkim təyinatı olmadan antibiotikdən istifadə edilir, amma bu zaman həmin xəstələrin vəziyyətində yaxşılaşma deyil, pisləşmə yaranır:

"Əksər hallarda ağırlaşmalar gec müraciətlərlə əlaqələndirilir. Ona görə də əhali özünümüalicədən çəkinməlidir. İnsanlar bu virusdan qorunmaya diqqəti daha da artırmalıdırlar. Bir müddət əvvəl xəstəliyin dinamikasındakı azalma həm dövlət səviyyəsində aparılmış işlərin, həm də əhalinin virusa daha ciddi yanaşmasının nəticəsi idi”. 

N. Mürsəlova bildirib ki, karantin rejiminin tələbləri hələ qüvvədədir, buna uyğun olaraq yas və toy mərasimləri qadağan olunub:

“İnsanların kütləvi toplaşması yoluxmaların artmasına səbəb olur. Buna görə öz sağlamlığımıza fikir verək, ətrafımızdakı insanları yoluxdurmayaq ki, bu virus ordumuza da gedib çıxmasın. Hazırda payız-qış mövsümü irəlidədir, insanların immun sistemi onsuz da zəifləyir. Ona görə də respirator xəstəliklərdə artım olacaq”. 

Səhiyyə Nazirliyinin rəsmisi həmçinin ötən 5 illə müqayisədə qrip virusunun yayılmasında artım olmadığını bildirib:

“Ötən 5 ilin qriplə bağlı məlumatlarını müqayisə elədik. Məlum oldu ki, hazırkı dövrdə digər 5 illə müqayisədə qripə yoluxmada artım yoxdur. İnsanlar “COVİD”dən qorunaraq həm də digər infeksion xəstəliklərdən qorunublar. Həmçinin hələ havaların soyumaması, insanların məsafə saxlaması də buna şərait yaradır”. 

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər