Füzuli, Cəbrayıl və Qubadlıda vacib ərazi və yüksəkliklər ələ keçirilib - RƏSMİ

Füzuli, Cəbrayıl və Qubadlıda vacib ərazi və yüksəkliklər ələ keçirilib - RƏSMİ

Azərbaycan ordusu daha bir neçə ərazini işğaldan azad edib.

Oktyabrın 22-si gün ərzində və 23-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib.

Bakucity.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi  məlumat yayıb.

Bildirilib ki, düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr vurulub, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb, vacib ərazi və yüksəkliklər ələ keçirilib.

BakuCity.az

Şərhlər