Bakıda bu tibb məntəqələrində növbəti monitorinq keçirilib

Bakıda bu tibb məntəqələrində növbəti monitorinq keçirilib

Sahə tibb məntəqələrində üçüncü monitorinq həyata keçirilib.

Səhiyyə Nazirliyinin nəzdində COVID-19 ilə mübarizənin gücləndirilməsi üçün yaradılmış işçi qrupu Bakı şəhərinin 87 tibb müəssisəsini əhatə edən 39 sahə məntəqəsinin üçüncü monitorinqi həyata keçirilib.

BakuCity.az xəbər verir ki, işçi qrupunun üzvü Nailə Daşdəmirova hazırda Azərbaycanda COVID-19 virusuna yoluxanların sayı dayanmadan artması ilə əlaqədar sahə tibb məntəqələri gücləndirilmiş iş rejiminə keçirildiyini deyib:

"Məntəqələr həftənin 6 günü (bazar günü istisna olmaqla) səhər saat 08:00-dan axşam saat 20:00-dək fəaliyyət göstərməkdədir. İş yükünün artması sabəbindən məntəqələrə əlavə tibb işci heyəti də cəlb olunub. Sahə tibb məntəqələrinin işçiləri ora səfərbərlik üzrə hərbi xidmətə çağırılan vətəndaşlarımızdan hərbi xidmətə yollanmazdan əvvəl COVID-19 virusunun aşkarlanması məqsədilə test nümünələri götürmək üçün göndərilib. Götürülən testlərin nəticələri bir necə saat ərzində əldə olunur və nəticədən asılı olaraq müfaviq tədbirlərin görülür".

Nailə Daşdəmirova bildirib ki, cari ilin oktyabr ayının 11-də başlayan 3-cü monitorinq 21 oktyabr tarixində yekunlaşdırılıb:

"Onun yekunu olaraq, işçi qrupu tərəfindən sahə məntəqələrinin rəhbərliklərinə məntəqələrdə işin yüksək səviyyədə təşkili və göstərilən tibb xidməti keyfiyyətinin artırılması üzrə tövsiyələr verilib. Bundan əlavə, monitorinqin keçirilməsi zamanı müəyyən olunan çatışmazlıqların aradan qaldırılması üçün peşəkar məsləhətlərlə bölüşülüb".

Nailə Daşdəmirova sahə tibb məntəqələrində keçirilmiş monitorinqin əsas məqsədinin daxili iş prosesinin müşahidəsi və yoxlanılması olduğunu xüsusi qeyd edib:

"İşçi qrupumuzun nümayəndələri tərəfindən hər bir məntəqədə termometriyanın təşkili, sanitayzerlərin mövcudluğu, tibbi maskadan düzgün istifadə olunub-olunmaması kimi meyarların monitorinqinə xüsusi diqqət yetirilib”

N.Daşdərmirova qeyd edib ki, COVID-19 xəstələrinə göstərilən tibb xidmətinin keyfiyyətinin yoxlanılması işçi qrupunun üzvü tərəfindən monitorinqin digər bir predmeti kimi qeyd olunub:

"Bura daxil olan məqamlar bunlar olub: 814 Çağrı Mərkəzi və polikliniklara daxil olan müraciətlərin dəyərləndirilməsi, sahə həkimlərinə yönəldilməsi, sahə həkimləri tərəfindən xəstələrin şikayətlərinə uyğun olaraq testlərin müəyyən edilməsi, testin ev şəraitində götürülməsi və qısa bir müddətdə cavablandırılması, Səhiyyə Nazirliyi tərəfindən verilən dərman preparatlarının xəstəyə çatdırılması, 14 gün ərzində xəstəyə nəzarət məqsədilə gündə iki dəfə əlaqə saxlamaq və vəziyyəti haqda qeydlərin tibbi kartlara daxil edilməsi".

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər