Hərbi əsirlər Ermənistana çağırış etdi - VİDEO

Hərbi əsirlər Ermənistana çağırış etdi - VİDEO

Əsir götürülən erməni hərbçilər Qarabağda döyüşməkdən imtina etdiklərini, cəbhəyə zorla göndərildiklərini etiraf ediblər.

BakuCity.az xəbər verir ki, hərbi əsir, təqaüddə olan mayor Edik Solakoviç Tonoyan Qarabağda yox, Ermənistanda döyüşməyə razılıq verdiyini deyib:

“1975-ci ildə Ermənistanın Metsavan (Şahnəzər) kəndində anadan olmuşam. Sentyabrın 27-də müharibə başlayanda məni və oğlumu tutub hərbi komissarlığa apardılar. Hərbi komissarlıqla razılaşdım ki, oğlumu yox, məni aparın. Dedim Ermənistan ərazisində xidmət edəcəyəm. Qarabağa getmək istəmirdim, çünki bizim torpaq deyil. Daha sonra məni Gorusa apardılar və bizə silah payladılar. Biz silahı götürmək istəmədik, ancaq dedilər ki, bu, təhlükəsizlik üçündür, özünümüdafiə üçün lazım ola bilər. Daha sonra bizi Azərbaycan ərazisinə - Horadiz rayonuna apardılar. Orada səngər qazmağa başladıq. Bombalanma başladıqdan sonra durub qaçdıq. Mənimlə olanlar gənclər idi, qaça bildilər, ancaq mən qaça bilmədim. Təslim olmağa qərar verdim. Bütün erməni xalqına müraciət edirəm. Əziz həmvətənlərim, öz uşaqlarınızı Azərbaycan ərazisinə döyüşməyə buraxmayın”.

Digər erməni hərbi əsir Valera Ayrapetyan Aşotoviç deyib ki, 8 nəfər dostu ilə döyüşdən qaçıb:

“1997-ci ildə Xankəndidə doğulmuşam. Sentyabrın 27-si hərbi komisarlıqdan evə çağırış gəldi, ancaq mən imtina etdim və növbəti gün evə gəldilər. Dedilər ki, imtina etsəm, məni həbsə atacaqlar. Məni ön xəttə - Hadruta apardılar. Sonra dedilər ki, geri çəkilmək lazımdır. Orada təxminən 400 nəfər var idi, sonra müxtəlif istiqamətlərdə getdik. Füzuliyə doğru gedəndə atəş altına düşdük. Mən qaçdım. Başa düşdüm ki, mən bura döyüşməyə gəlməmişəm, güllədən qaçmalıyam. Mənə 8 nəfər qoşuldu. Biz dağlardan keçməyə başladıq. Hara gedəcəyimizi bilmirdik. Növbəti gün səhər azərbaycanlı hərbçilərin səslərini eşitdim. Onlara döyüşmək istəmədiyimizi, buranın bizim ərazi olmadığını dedik. Sadəcə təslim olub yaşamaq istədiyimizi dedik. Erməni xalqına müraciət edirəm. Qardaşlar və bacılar, bizə aid olmayan torpağa görə döyüşmək lazım deyil. Oğullarınızı, ərlərinizi boşuna ölməyə göndərməyin”. (qafqazinfo)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər