Bakıda bu obyektlərdə epidemiya əleyhinə QAYDALAR POZULUB

Bakıda bu obyektlərdə epidemiya əleyhinə QAYDALAR POZULUB

Paytaxtda fəaliyyət göstərən bir sıra obyektlərdə epidemiya əleyhinə rejimin pozulduğu müəyyən edilib

İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) keçirdiyi monitorinqlər davam etdirilir.

Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, monitorinqlər zamanı Bakının Səbail rayonunda “Royal coin zoo mağaza”da, “İpək gözəllik salonu”nda, Yasamal rayonunda “Bolmarket”də, “Sizin Lombard”da, Suraxanı rayonunda Elvin Salayevə məxsus “Telefon aksessuarları mağazası”nda, Nizami rayonunda “Tar mobile” pərakəndə ticarət obyektində, “3D oboy mağazası”nda, Xəzər rayonunda “Nur market”də, Nəsimi rayonunda “Bolmart market”də, Həyatxan İskəndərova məxsus mağazada, Nərimanov rayonunda “Unikal texnik mağazası”nda, Elmir Məmmədova və Samir Sadıqova məxsus istehsal sahələrində, Binəqədi rayonunda “9 market”də, “Nursel ticarət mərkəzi”ndə, “Oba market”də, Xətai rayonunda “Komform mebel”, “R Line ehtiyat hissələri” mağazalarında, Sabunçu rayonunda "Zeytun pharmaceuticals” MMC-yə məxsus “APTEK 532”də, "Uğur qapısı dəmir sexi”ndə, Qaradağ rayonunda “Uluxanlı market”də, Zülfü Sarıyevə məxsus geyim mağazasında, Abşeron rayonunda İlkin Ağayevə məxsus geyim mağazasında, Müsabi Əmirəliyevə məxsus mebel təmiri obyektində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər