Prokurorluqdan sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə XƏBƏRDARLIQ

Prokurorluqdan sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə XƏBƏRDARLIQ

Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq edib.

Azərbaycan Respublikası Baş Prokurorluğu ölkəmizdə olan müharibə vəziyyətini nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələrinə xəbərdarlıq edib.

BakuCity.az xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun əməliyyatlarına dair video, foto və informasiyaların çəkilməsi, yayılması və paylaşılması qadağandır: "Bu tipli hərəkətlər düşmənin informasiya əldə etməsinə şərait yaratmaqla yanaşı, hərbçilərimizin həyatı təhlükəsinə səbəb olmaqdır".

Qeyd olunub ki, bu kimi hərəkətlər qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər