Şöhrət Eyvazov yazır: “Dağlarda dron” – ermənilər üçün kabus

Şöhrət Eyvazov yazır: “Dağlarda dron” – ermənilər üçün kabus

“Dağlarda dron” – ermənilər üçün kabus.

BakuCity.az Qarabağ veteranı, ehtiyatda olan kapitan, jurnalist Şöhrət Eyvazovun “Dağlarda dron” – ermənilər üçün kabus" adlı məqaləsini təqdim edir.

Şöhrət Eyvazov yazır: “Dağlarda dron” – ermənilər üçün kabus, fotoşəkil-1

Yadınızdadırsa, erməni ordusunun Şuşanı işğal əməliyyatının adı –“Dağlarda toy” idi.

Bir qərinəyə yaxın vaxt lazım oldu Azərbaycan Ali Baş Komandanının və Ordusunun cavab zərbəsinə. 

Bir gün belə azalmadı inamımız. hirsimizlə, hikkəmizlə gözlədiyimiz, “lazım gələrsə” sözləriylə başlayan arzularımız  sentyabrın 27-sindən reallaşır. 

Bu arzunun maddiləşməsində, azad edilən torpaqlara çevrilməsində tək Qafqazı deyil, bütün dünyanı təccübləndirən bir silahın xüsusi yeri var: - DRON. Daha ünvanlı desək, Bayraktar TB2.

Bu yeni nəsil silahının seyredici sürəti  130 km/s, maksimum sürəti isə 222 km/saatdır. Fəaliyyət radiusu 150 km olan Bayraktarın avtonom idarəetmə vaxtı  24 saatdır.

Türkiyənin operativ-taktiki, orta yüksəklikdə uçan qırıcı milli pilotsuz döyüş (PUA) təyyarəsi  “Baykar Makina” şirkəti tərəfindən istehal edilir. Yaradıcı Selçuk Bayraktardır və Türkiyə   Cümhurbaşkanı Erdoğanın qızı  Sümeyyanın həyat yoldaşıdır.  

Şöhrət Eyvazov yazır: “Dağlarda dron” – ermənilər üçün kabus, fotoşəkil-2

Sistem 2015-ci ildə Türkiyə Silahlı Qüvvələri arsenalına daxil edilib. Türk Silahlı Qüvvələrinin həyata keçirdiyi Pəncə Əməliyyatlarında, Suriyadakı vətəndaş müharibəsində və İkinci Liviya vətəndaş müharibəsindəki müdaxilələr dövründəki əməliyyatlarda fəal şəkildə istifadə edilib. Bu sistemdən Türkiyə və Azərbaycandan  başqa Qətər və Ukrayna ordusu da istifadə edir.

Prezident İlham Əliyev də “France 24” televiziya kanalına müsahibəsində Türkiyə istehsalı olan dronların döyüşə cəlbi ilə bağlı sualı cavablandırarkən deyib: “Əlbəttə, onlar çox müasir, inkişaf etmiş silahlardır. Sizə deyə bilərəm ki, təkcə Türkiyədən əldə etdiyimiz dronlar vasitəsilə biz Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv etmişik, yalnız dronlar vasitəsilə. Əlbəttə, bildiyiniz kimi, biz başqa mənbələrdən olan dronlardan da istifadə edirik. Biz artilleriyadan istifadə edirik, geniş çeşiddə hərbi avadanlıqdan istifadə edirik. Lakin təkcə dronlar Ermənistana 1 milyard dollar ziyan vurub”

Ordumuz həm müşahidə, həm də hücum üçün Azərbaycan, Türkiyə və İsrail istehsalı olan çoxsaylı dronlar istifadə edir. Ölkəmizin dron təcrübəsindən ustalıqla istifadə etməsi bütün  dünyada maraqla izlənilir. Belə ki, Azərbaycanın dağlıq ərazilərdə  kamikadze-dronlar tətbiq edərək düşmənin canlı qüvvəsini və texnikasını məhv etməsi yeni müharibə taktikası kimi Pentaqonda, Hindistan və  Rusiyada  təhlil edilir.

ABŞ Ordusunun Baş Qərargah rəisi, general James Makkonvill   “Army Times” qəzetinə verdiyi müsahibəsində  Qarabağdakı qarşudurmadan sonra,   ABŞ Quru Qoşunlarının modernləşdirilməsinin prioritetlərindən biri kimi hava hücumundan və raketlərdən müdafiə sistemlərinə üstünlük veriləcəyini vurğulayıb.

Ötən il Səudiyyə Ərəbistanı neft obyektlərini pilotsuz uçuş aparatlarından qoruya bilmədi. 2019-cu il 14 sentyabrında onlarla “pilotsuz”un hücumunun qarşısına almaq mümkün olmadı. O zaman bu döyüş vasitəsinin 4 lazerli tuşlayıcılı idarəolunan bomba daşıdığı da bildirildi.

Hərbi ekspertlər effektif antidron quruların yaradılmasının olduqca mürəkkəb olduğunu bildirirlər.   Doğrudur, Rusiya iddia etdi ki, onların “Pantsir C1” qurğusu belə vasitələrin qarşsını ala bilir. Bu Zenit Raket  Komleksi 16 noyabr 2012-ci ildə Rusiyanın silahlanmasına qəbul edilib. 2016-cı ildə yaradılan yeni modifikasiya çoxfunksiyalı nişangah stansiyası ilə hədəfi məhv etmə dərinliyini 40 km-ə çatdırdı. “Pantsir C1”kiçik həcmli  pilotlu və pilotsuz uçuş vasitələri məhv etmək üçün yaradılıb. Kompleksin reaksiya vaxtı 4-6 saniyədir və eyni vaxtda 15 metrdən 15 km-ədək hündürlükdə olan 2-4 hədəfə atəş aça bilir. Bir dəqiqədə 10 hədəfi əhatə edə bilir və raketlərin buraxılması intervalı 1-1.5 saniyə arasında dəyişir . 

2018-ci ci ilin məlumatına görə, Rusiya 116, Əlcəzairdə 38, İranda 10, İraqda 72, BƏƏ də 50, Omanda 12, Suriydada isə 80-dən çox bu komleksdən var. Kompleksin eksport qiyməti 13, 15- 14,67 milyon ABŞ dollardır.

Şöhrət Eyvazov yazır: “Dağlarda dron” – ermənilər üçün kabus, fotoşəkil-3

Ermənistan Ordusunun sonunun başlanğıcı mərhələsini deyəsən özləri də anlayıblar.

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovhannisyan  Azərbaycan dronları qarşısında aciz qaldıqlarını etiraf edir: “Dünyada heç kim dronlara qarşı tam müdafiəni təmin edəcək bir vasitəyə malik olmağı bacarmayıb.  Bu silahlara qarşı qızıl həll yoxdur, kompleks həllərin ümumiliyi - vuran, aşkar edən, mübarizə aparan, təzyiq göstərən tədbirlərin ümumiliyi tətbiq olunmalıdır. Müasir müharibələrdə PUA-lar ən çox baş ağrısı olan silah növlərindədir”. 

Döyüşdən qaçan fərarilərin sayı 3 mini ötən qondarma qurumun rəhbəri isə son çıxışında “erməniləri təmas xəttində gözlədiklərini” deyir. 

 Görəsən anlamır ki, Ali Baş Komandanımızın sözləriylə desək, sentyabrın 27-sindən sonra “təmas xətti yoxdur”!

“Bismillal” deməklə donuz darıdan çıxmadı. İnid Ordumuz “iti qovan kimi ” qovur erməni daşnaklarını.

Daşnak tör-töküntüləri hazır olun: - Növbədə sırf sizin üçün istehsal edilən “İTİ QOVAN” dronları var!

Şöhrət Eyvazov yazır: “Dağlarda dron” – ermənilər üçün kabus, fotoşəkil-4

Müdafiə Sənayesi Nazirliyinin müəssisələri yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə malik “İti qovan” Pilotsuz Uçuş aparatlarının (PUA) seriyalı istehsalına başlayıblar. 

Bir dəfə “Qarabağ müxbiri” kimi təqdimatımda belə bir ağır sualla rastlaşdım – “Hanı Qarabağ?”

Çox şükür, indi hamımız çətinlik çəkmədən bu sualın cavabını verə biləcəyik! - 

QARABAĞ AZƏRBAYCANDIR!

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər