“BOŞ QALAN ERMƏNİSTAN”A DOĞRU

 “BOŞ QALAN ERMƏNİSTAN”A DOĞRU

Dünyanın ən gözəl papağı – erməni əsgərinin boş qalmış papağıdır. 

Bu papaqlar keçən əsrin əvvəlində tayqulaq andraniklərin, njdelərin və  Qarakilsədə Musa babamın valideyinlərini məhv eləyən daşnakların  nəvələrinin bədənlərinə ağırlıq eliyən başlarından düşür. Daha doğrusu, igid zabit və əsgər  qardaşlarım düşürürlər... 

Dünyanın ən gözəl  kəndləri isə sırtıq qonaqların çıxarılmasından sonra qaytarılan yaşayış məntələrimizdir – Suqovuşandı, Talışdı, Böyük Mərcanlıdı... Və bu siyahıda  ana yurdum Qarakilsənin (Sisyan) Ərəfsə (haylar indi ona Arevis deyirlər) kəndinin, ata Vətənim Dərələyəzin Sallı kəndinin və digər dədə-baba yurdlarımızın olacağına da əminəm... 

Ermənilərin Qafqazda “qurduqları dövlət” isə  “qarğa yuvası” kimidr. 

Yerini və ilk  çöplərini  bizdən oğurluyublar, birini Rusiya verib, birini fars. Hələ Fransanı, və digərlərini demirəm. 200 ildir ki, tikdikləri bu qarğa yuvasını 10 gündən çoxdur ki, Azərbaycan Qartalı darmadağın etməkdədir.

30 yaşına keçə bilməyən uydurma qurumları bir yana, Qafqazda Ermənistan adlı  dövlətin qalıb-qalmaycağı şübhə altındadır. Niyə də olmasın? Axı, kim bilmirsə günah onun özündədir və gec də olsun bilsin ki,  “Ermənistan” əzəli oğuz-türk torpağıdır. Axı, Zəngəsur dünən, Dərələyəz  o biri gün verilib bu daşnaklara. 

Və dediyim o yerlərdə də “qarğa yuvaları” peyda olub gözümüzün qabağında..

1655-ci ildə İrəvanda olmuş Jan Batist Taverniye “şəhər qalasında yalnız müsəlmanların yaşadığını” qeyd edib. Makronun eşitmək istəmədiyi bu sözləri onun gözünə dürtmək lazımdır...

Qaranlıq işığın inkarı olduğu kimi “Hayes, turkes?” (ermənisən yoxsa türk?) sualıyla  haylar antitürklüklərinə bürünüblər. “Ağoğlan”ı “Hadrut” adlandırmaq, orda məskinlaşmaq hələ o yurdu qaranlıqda saxlamaq demək deyil. Burdakı ermənini “”alaqarğa” yuvasının gözlənilmədən dağılması sübut elədi ki, Qarakilsədədə, Göyçədə, Dərələyəzdə, Vedidə və digər ata-baba yurdlarımızdakı qurulmasına göz yumduğumuz, vəya məcbur olduğumuz daşnak yuvalarıda tar-mar olacaq!

Cəbhə bölgəsinin Füzuli-Cəbrayıl istiqamətindəyəm və bu sözləri klaviturada döyəcləyəndə, 10 saat yalvarıb əldə etdikləri humanitar atəşkəsin elə ermənilərin özləri tərəfindən pozuluğuna şahid oluram.  Ona görə ki, erməni  başda Paşınyan olmaqla əsgər yaxınlarında 3 mindən çox hərbçi leşini təqdim etdikdən sonra başlarına nə gələcəyini yaxşı bilirlər. Bu sözlərin hər hərfini yazdığım an, daşnak yuvalarından daha bir çöp düşür yerə, bir erməni leşi artır torpağımızın üstündə.

Ay daşnak dığası, axı sənə hələ 2016-cı ildə Aprel döyüşlərində Ali Baş Komandanımız dedi ki, ölmək istəmirsənsə gəlmə Qarabağa!

Di dur, Azərbaycanın əsgərinin qarşısında, görüm dizininin bükülməsini, kaskanın başından düşməsini, tankı qoyub qaçmağını...

Papağının, kaskanın, tankçı şleminin, topçu blindajının, atıcı səngərinin, məskinlaşdığın kəndlərimin  boşalması uydurduğun “dənizdən dənizə olan dövlətinin” boş qalmasıyla yekunlaşacaq! 

Qarbağda ikinci dövlət istəyirdin, qurulmasıyla tarixi səhf elədiyimiz birinci dövlətindən də olacaqsan.

Nə qədər gec deyil, qayıt qaraçı köçünə, xatanı bizdən uzaq elə...

Şöhrət Eyvazov

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər