Bir qrup mülki texniki mütəxəssis orduya dəstək oldu - FOTO

Bir qrup mülki texniki mütəxəssis orduya dəstək oldu - FOTO

Mütəxəssis orduya dəstək nümayiş etdirib. 

"Bakı Mərkəzi Elektrotökmə" ASC-nin idarə heyətinin sədri Cavid Haşımov bir qrup könüllü mülki texniki mütəxəssislərdən ibarət olan komandası ilə müharibənin ilk günlərindən cəbhə bölgələrində zədələnmiş hərbi nəqliyyat vasitələrinin operativ səyyar təmirini təşkil edir, yenidən döyüş sıralarına qaytarır.

BakuCity.az xəbər verir ki, bu təşəbbüs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə dəstək olaraq həyata keçirilir.

Hamımızda böyük əminlik vardır ki, Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qısa zamanda işğal olunmuş torpaqlarımız düşməndən azad olunacaq.

Hazırda Vətənimizin tarixi yazılır. Ordumuza, Xalqımıza, ölkəmizin rəybərliyinə dəstək olmaq, tutduğu vəzifədən asılı olmayaraq, öz bilik sahəsində var gücü ilə çalışmaqla adekvat faydasını göstərmək hər bir vətəndaşın borcudur.

BakuCity.az

xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər