Bakıda azyaşlı qızlara qarşı İYRƏNC CİNAYƏT: iki nəfər tutuldu

Bakıda azyaşlı qızlara qarşı İYRƏNC CİNAYƏT: iki nəfər tutuldu

Bakıda soyğunçuluqla məşğul olan şəxslər tutulub.

BakuCity.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə oktyabrın 25-də rayon ərazisindəki evlərdən birinin qarşısında həmin evin 2 ayrı mənzilində yaşayan 5 yaşlı iki qızın qulaqlarındakı qızıl sırğaların çıxarılaraq aparılması barədə məlumat daxil olub.

Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 28-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri X.Rüstəmova və əvvəllər məhkum olunmuş T.Əliyev saxlanılıblar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların oktyabrın 23-də rayon ərazisində daha bir evin qarşısında 3 yaşlı bir qızın qulağından qızıl sırğanı eyni üsulla almaları da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

BakuCity.az

Şərhlər