Ərdoğan: Qırmızı xətt keçilərsə, atamızın oğlu da olsa... - VİDEO

Ərdoğan: Qırmızı xətt keçilərsə, atamızın oğlu da olsa... - VİDEO

"Qırmızı xətt keçilərsə, atamızın oğlu da olsa, gözümüz görməz".

"Sonuncu dəfə cənab Putinlə görüşdük. İndi gəlin bu işə son qoyaq. İstəsəniz, bu problemi birlikdə həll edə bilərik. Siz Paşinyanla görüşün, mən də qardaşım İlhamla görüşüm. Gəlin bu işi xoş bir yolla həll edək. Nümayəndə heyətləri görüşsün. Ancaq gəlin bir şeyə qərar verək. Bu işi həll edə biləcəyik, yoxsa həll edə bilməyəcəyik?"

BakuCity.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan deyib.

Ərdoğanın sözlərinə görə, Putini PKK/YPG-nin Qarabağdakı iştirakı ilə bağlı məlumatlandırıb: 

"Biz səmimiyik. Bu addımı ataq. Yaxşı bir görüş oldu. Ümid edirəm ki, nəticə verəcək. Qırmızı xətlərimizi də söylədik. Bunları keçəndə atamızın oğlu da olsa gözümüz görməz. "Siz Suriyadan Azərbaycana muzdlular göndərirsiniz" deyirlər. Mən də cənab prezidentə “2000 civarında PKK/YPG üzvləri Ermənistanda 600 dollar maaşa döyüşür" dedim. "Mənim xəbərim yoxdur" dedi.

Bunlara diqqət yetirməlisiniz. Buna uyğun addımlar atmaq lazımdır. Cənab Putinin PKK/YPG qüvvələrinə üz verəcəyinə inanmıram. Ancaq Paşinyana bunu deməlidir. Əks təqdirdə lazım olanı edərik". 

Prezident Ərdoğan Minsk qrupunun bölgədəki münaqişənin həllinə töhfə verməkdən çox uzaq bir mövqedə olduğunu bildirib: 

"Budur Azərbaycan, budur Ermənistan. 30 il keçdi. Ermənistan azərbaycanlıların torpaqlarını işğal etdi. Azərbaycanlı qardaşlarımızın oradan qovulmasından 30 il keçdi. Minsk üçlüsü bu problemi həll etmədi. İpə un sərdilər. Hər görüş danışıb dağılmaqla keçdi. Azərbaycan da azərbaycanlı qardaşlarımın hüquqlarını qorumalıdır. Ermənilər hücum etdi, azərbaycanlılar özlərini qoruyur. Proses davam edir".

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər