Ermənilər Tərtəri atəşə tutur, 30-a yaxın mərmi atılıb.
Oktyabrın 28-də Ermənistan silahlı qüvvələri Tərtər rayonunun ərazisini artilleriya atəşinə tutmaqda davam edir.
BakuCity.az bu barədə "Report"a xəbər verir.
Səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alır.
Ermənilər səhər saat 07:30-dan indiyədək Tərtərin kəndlərinə ümumilikdə 30-a yaxın top mərmisi atıb.
Xoşbəxtlikdən ölən və yaralanan yoxdur.
BakuCity.az