Erməni mediası: Əsgəranın kəndlərində şiddətli döyüşlər gedir

Erməni mediası: Əsgəranın kəndlərində şiddətli döyüşlər gedir

Döyüş əməliyyatları davam edir.

İşğal edilən Dağlıq Qarabağın müxtəlif istiqamətlərində oktyabrın 29-da intensiv döyüş əməliyyatları davam edir.

BakuCity.az xəbər verir ki, bunu qondarma rejimin “mətbuat katibi” Vahram Poqosyan "Facebook" səhifəsində yazıb.

“Hazırda Əsgəran bölgəsində şiddətli döyüşlər gedir: Avetaranots, Sgnax və Aknaxbyur”, - Poqosyan paylaşımında deyib.

Qeyd edək ki, sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu işğal edilən Dağlıq Qarabağda əks-hücuma keçərək torpaqlarının bir qismini düşməndən azad edib.

Hazırda gərgin döyüşlər gedir. (konkret.az)

BakuCity.az

Şərhlər