Ter-Nakalyan erməni xalqına səsləndi

Ter-Nakalyan erməni xalqına səsləndi

"Boş ümidlərə qapılmayın, ordumuz Azərbaycan qarşısında dayana bilməz".

Erməni xalqı boş ümidlərə qapılmasın. Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri qarşısında dayana bilməz.

BakuCity.az xəbər verir ki, bu barədə Ermənistanın “Adekvad” hərəkatının təsisçisi Konstantin Ter-Nakalyanın erməni xalqına müraciətində deyilir.

Onun sözlərinə görə, Ermənistan yorucu müharibə ssenarisindədir:

“Bunun əbədi davam edəcəyinə dair boş ümidlərə qapılmayın. Azərbaycanın pulunun və resurslarının bizimkindən daha tez tükənəcəyinə ümid etmək lazım deyil. Bir vacib həqiqəti anlamalıyıq ki, Rusiya Qarabağı bizim üçün qorumayacaq və itirdiyimiz əraziləri nəzarətimizə qaytarmayacaq, o, yalnız Ermənistan Respublikasını xilas edə bilər”.

Cəbhə xəttindəki vəziyyətə toxunan erməni hərəkatının qurucusu Ermənistanın demək olar ki, bütün istiqamətlərdə “ağrılı” geriçəkilmə yaşadığını vurğulayıb:

“Hərbi texnika və xüsusi personal sahəsində Ermənistanın ciddi itkiləri var. Azərbaycan Ordusunun ehtiyatları tükənməzdir, bizim ordumuz isə artıq taqətdən düşüb”. (axar.az)

BakuCity.az

xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər