Haqqında cinayət işi açılan rusiyalı jurnalist yenidən Xankəndinə qayıtdı

Haqqında cinayət işi açılan rusiyalı jurnalist yenidən Xankəndinə qayıtdı

Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən haqqında cinayət işi açılan 1985-ci il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı, “WarGonzo” layihəsinin yaradıcısı Semyon Peqov yenidən işğal edilən Xankəndi şəhərinə qayıdıb.

BakuCity.az xəbər verir ki, bu haqda o, özünün Facebook səhifəsində canlı yayımı zamanı deyib.

Peqov hazırda Xankəndi şəhərinə gəldiyini, ətrafda atəş səsləri eşidildiyini istifadəçilərinə çatdırır.

Qeyd edək ki, Peqov Ermənistanda müəyyən şəxslərlə cinayət əlaqəsinə girərək qanunsuz şəkildə Azərbaycanın işğal altında olan yaşayış məntəqələrinə gəlir.

Haqqında cinayət işi açılan rusiyalı jurnalist yenidən Xankəndinə qayıtdı, fotoşəkil-1

O, həmin ərazilərdə çəkilişlər edir, terrorçu silahlı qruplaşmanın üzvlərindən müsahibələr alır, bu barədə müəllifi olduğu internet resurslarında çoxsaylı videogörüntülər paylaşır.

Jurnalist Rusiya Federasiyasının vətəndaşlarına səslənərək Ermənistan Respublikasına kömək məqsədilə döyüş əməliyyatlarının aparıldığı bölgəyə gəlmələrinə açıq çağırışlar edir.

BakuCİty.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər