“Bütün istiqamətlərdə düşmənin müqaviməti sındırılıb”

“Bütün istiqamətlərdə düşmənin müqaviməti sındırılıb”

Bunu döyüş bölgəsində oktyabrın 30-u saat 12:00-a qədər olan vəziyyət haqda məlumat verən cəbhə zonasında ezamiyyətdə olan Səxavət Məmməd bildirib.

BakuCity.az Səxavət Məmmədin məlumatına görə, bütün cəbhəboyu mövqelərdə üstünlük Azərbaycan ordusunun tərəfindədir:

“Yaşayış məntəqələrimizi hədəfə alan düşmən dünən axşam Ağdam və Tərtər istiqamətində yerləşən kəndlərimizi intensiv atəşə tutdu. Dünən Ağdərə istiqamətində də döyüşlər davam edib və düşmən xeyli texnika və canlı qüvvəsi itirib. Müxtəlif mövqelərdə yerləşdirilən erməni əsgərlərinin bir hissəsi döyüş meydanından qaçıb.

Düşmən bu gün 05:30-dan başlayaraq, Ağdam istiqamətində yenidən fəallaşmağa cəhd göstərib. Lakin düşmənin bu cəhdinin də qarşısı alınıb və ermənilər yenə böyük itki verərək, geri çəkiliblər.

Buna baxmayaraq, ermənilər saat 09:00-da Ağdam istiqamətində yenidən hərəkətləndiyi müşahidə olunub və qabaqlayıcı tədbirlər nəticəsində düşmən geri oturdulub.

Cəbhənin cənub istiqamətində təşəbbüs tam olaraq Ordumuzun əlindədir. Bölmələrimiz uğurlu döyüş əməliyyatlarını davam etdirirlər. Bunun nəticəsində düşmənin Qubadlı istiqamətində hər hansı təhlükə yaratmaq imkanı qalmayıb.

Hazırda artilleriya zərbələrinin müşayiəti ilə döyüşlər davam edir”. (yenicag.az)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər