PUA-nın yeni seriyası gəlir

PUA-nın yeni seriyası gəlir

Ermənilərin qorxulu röyası olan PUA-nın yeni seriyası gəlir.

Türkiyə istehsalı olan pilotsuz uçan aparatlar, o cümlədən "AKINCI” və "Bayraktar TB3” yerli mühərriklər sayəsində daha da təkmilləşdiriləcək.

BakuCity.az xəbər verir ki, bu barədə Baykar Texniki Şirkətinin müdiri və T3 Vəqfinin idarə heyətinin sədri Səlçuk Bayraktar "Twitter” sosial şəbəkə hesabından paylaşım edib. Paylaşımda TEI (TUSAŞ Motor Sanayi A.Ş.) tərəfindən istehsal edilən yerli təyyarə mühərrikinin sınağını nümayiş etdirən videomaterial əksini tapıb. S.Bayraktar yazır ki, sınaqdan böyük uğurla çıxan yerli mühərrik "AKINCI” və "Bayraktar TB3”ə əlavə güc verəcək. (xəzər xəbər)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər