Aberdində Gəncə və Bərdə terrorunun qurbanlarına ədalət istənildi - FOTO

Aberdində Gəncə və Bərdə terrorunun qurbanlarına ədalət istənildi - FOTO

Şotlandiyada azərbaycanlılar icazəli aksiya keçirib.

Şotlandiyanın Aberdin şəhərində yaşayan azərbaycanlılar şəhərin mərkəzində yerləşən Saint Nicholas kilsəsinin qarşısında icazəli aksiya keçirib.

BakuCity.az xəbər verir ki, bu barədə  Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Aksiya iştirakçıları Gəncə və Bərdə şəhərlərində, eləcə də ölkəmizin digər yaşayış məntəqələrində işğalçı Ermənistan ordusunun vandalizm aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə yetirilməsini pisləyiblər.

Həmvətənlərimiz beynəlxalq ictimaiyyəti Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı istifadəsi qadağan olunan kassetli  bombalar vasitəsi ilə Bərdə şəhərinin dinc əhalisini hədəf alınmasına biganə qalmamağa səsləyib.

Aksiyada Gəncə  və Bərdə terrorunun qurbanlarının xatirəsi yad edilib. Müxtəlif dillərdə “Qarabağ Azərbaycandır “Uşaq ölümünə son”, “Erməni terrorçuluğuna son!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” kimi şüarlar səsləndirilib.

Aberdində Gəncə və Bərdə terrorunun qurbanlarına ədalət istənildi - FOTO, fotoşəkil-1 Aberdində Gəncə və Bərdə terrorunun qurbanlarına ədalət istənildi - FOTO, fotoşəkil-2 Aberdində Gəncə və Bərdə terrorunun qurbanlarına ədalət istənildi - FOTO, fotoşəkil-3 Aberdində Gəncə və Bərdə terrorunun qurbanlarına ədalət istənildi - FOTO, fotoşəkil-4 Aberdində Gəncə və Bərdə terrorunun qurbanlarına ədalət istənildi - FOTO, fotoşəkil-5 Aberdində Gəncə və Bərdə terrorunun qurbanlarına ədalət istənildi - FOTO, fotoşəkil-6

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər