Ermənistanda çoxlu sayda əsgər və zabit yoxa çıxıb

Ermənistanda çoxlu sayda əsgər və zabit yoxa çıxıb

49971 saylı hərbi hissənin əsgərləri yoxa çıxıb.

Ermənistan Silahlı Qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində yerləşdirilmiş 49971 saylı hərbi hissənin 135 nəfər əsgər və zabiti yoxa çıxıb.

BakuCity.az xəbər verir ki, bu barədə məlumatı erməni mətbuatı yayıb.

Hadisə Ağdərə istiqamətində gedən döyüşlərdə baş verib.

Belə ki, ciddi itki verib geri çəkilən hərbi hissənin 135 əsgər və zabiti sağ qalsa da, sonradan onları tapmaq mümkün olmayıb.

Əsgər və zabitlərin axtarışı davam edir. (newscenter.az)

BakuCity.az

Şərhlər