Şəhid Anası da orduya ianə etdi: 7000 manat - FOTO

Şəhid Anası da orduya ianə etdi: 7000 manat - FOTO

Şəhid Anası  Silahlı Qüvvələrə Yardım Fonduna pul köçürüb.

Bu günlər bütün Azərbaycan cəmiyyəti şanlı Ordumuza dəstək aksiyalarına səfərbər olub. Müxtəlif qurumlarla yanaşı ölkəmizdə və xaricdə yaşayan soydaşlarımız  tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna ianələr edilir.

İanələrin məbləği və sahibləri müxtəlif olsalar da ünvan eynidir: şanlı ordumuza dəstək üçün Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə yaradılmış Silahlı Qüvvələrə Yardım Fondu.

BakuCity.az xəbər verir ki, bu günlərdə bir şəhid anası Silahlı Qüvvələrə Yardım Fonduna 7000 manat ianə edib.

Adının çəkilməməsi arzusuna əməl edərək şəhid anamızın kimliyini demirik.

Qəhramanın oğulun Qəhraman anası deyir ki, yardımın əsas məqsədi Silahlı Qüvvələrimizin daha da güclənməsinə dəstək olmaqdır: “Həm də səbrim çatmır, istəyirəm oğlumun şəhid olduğu yer daha tez azad edilsin!”

Həmin köçürmənin qəbzini təqdim edirik:

Şəhid Anası da orduya ianə etdi: 7000 manat - FOTO, fotoşəkil-1 Şəhid Anası da orduya ianə etdi: 7000 manat - FOTO, fotoşəkil-2

Belə anaları olan  Xalqa Qələbə yaraşır! Qələbə AZƏRBAYCANINDIR!

Şöhrət Eyvazov

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər