Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.
BakuCity.az xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Mübahisə zəminində qardaşlar - 1998-ci il təvəllüdlü Vahabov Nicat Elşən oğlu və 1991-ci il təvəllüdlü Vahabov İntiqam Elşən oğlu bıçaqlanıblar. Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı hər iki yaralının bədənində çoxsaylı kəsilmiş-deşilmiş bıçaq yaraları aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır. (report)
BakuCity.az