usd:
1,70 ₼
Alış
1,70 ₼
Satış
1,70 ₼
usd:
1,70 ₼
eur:
1,87 ₼
Alış
1,87 ₼
Satış
1,87 ₼
eur:
1,87 ₼
Bu gün
+21... 26 °С
Buludsuz, yağmursuz
Sabah
+22... 26 °С
Buludsuz, yağmursuz
Bu gün
+21... 26 °С
Buludsuz, yağmursuz
Sabah
+22... 26 °С
Buludsuz, yağmursuz

Xəbərlər Bakı. Kriminal

Filters
Filters
Kriminal
Oğurluq edən şəxslər mənzilə pəncərədən daxil olublar Futbol üzrə “Qarabağ” klubu və Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin evini qarət etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Bakucity.az Report-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakinləri, əvvəllər məhkum edilmiş Nicat Vəliyev və Anar Mahmudov tutulub. Faktla bağlı araşdırmalar davam etdirilir. Həmçinin oxu...
Kriminal
Bakıda bıçaqlanma kameraya düşdü Paytaxtın Nərimanov rayonunda iki nəfərin mübahisəsi bıçaqlanma ilə yekunlaşıb. Bakucity.az xəbər verir ki, hadisənin görüntülərini Baku.ws saytı yayıb. İnsidentin “Şəki” restoranı yaxınlığında baş verdiyi bildirilir. Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev jurnalistlərə açıqlamasında hadisənin sentyabrın 11-də baş verdiyini qeyd edib. Onun sözlərinə görə, mübahisə zamanı bıçaqla...
Kriminal
Partaxtda arvadını yandırdıqdan sonra polisləri də yandırmaq istəyən şəxs saxlanılıb Prokurorluqdan verilən məlumata görə, sentyabrın 15-də keçmiş həyat yoldaşı Aynurə Məmmədzadənin yaşadığı evə gedən Rasim Əhmədli özü ilə götürdüyü ağ nefti qadının üzərinə tökərək yandırmağa cəhd edib. Bakucity.az xəbər verir ki, R. Əhmədli onu sakitləşdirməyə və qanunsuz hərəkətlərin qarşısını almağa çalışan polis əməkdaşlarının üzərinə də neft tökərək onları yandırmaq i...
Kriminal
Əhmədov həyat yoldaşını xəyanət edərkən yaxalayıb Paytaxtın Sabunçu rayonu Ramana qəsəbəsində bıçaqlanma hadisəsi qeydə alınıb. Bakucity.az xəbər verir ki, paytaxt sakini 1998-ci il təvəllüdlü Cəfər Əhmədov 1992-ci il təvəllüdlü Seyran Əliyev tərəfindən bıçaqlanıb. Araşdırma zamanı məlum olub ki, S.Əliyev C.Əhmədovun həyat yoldaşı ilə qeyri-rəsmi münasibətdə olub. S.Əliyev qadınla onların evində görüşən zaman C.Əhmədov evə daxil olub. Tərəflər arasında dav...
Kriminal
Cinayətkarlar evə pəncərəni qıraraq giriblər Xəbər verdiyimiz kimi, “Qarabağ” və Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən evi qarət olunub. Bakucity.az xatırladır ki, futbolçunun evindən 20 min dollar, 17 min manat və 5 min manat dəyərində qızıl əşyaları, o cümlədən 5 ədəd mobil telefon oğurlanıb. Cinayətkarlar evə pəncərəni qıraraq daxil olduqları bildirilir. Faktla bağlı cinayət işi açılıb, araşdırma...
Kriminal
Fəqan Eminoğlu Avropa çempionatında medal qazanıb Bakıda borclu olan şəxsi oğurlayan, işgəncə verən və pul tələb edən kriminal dəstənin üzvlərindən biri  cüdo millimizin sabiq üzvüdür. Bakucity.az xəbər verir ki, 1992-ci il Sumqayıt sakini Fəqan Eminoğlu  2009-cu ildə yerevanda yarışlarda iştirak edib. O, Ermənistanın paytaxtında keçirilmiş cüdo üzrə gənclərin Avropa çempionatında bürünc medal qazanıb. Qeyd edək ki, həmin yarışda hazırda böyüklərdən ibarət...
Kriminal
Paytaxtın Binəqədi rayonu Sulutəpə qəsəbəsində “Qarabağ” klubunun futbolçusu Mahir Emrelinin mənzili qarət olunub. Bakucity.az xəbər verir ki, futbolçunun evindən 20 min dollar, 17 min manat, mobil telefonlar və 5 min manatlıq qızıl əşyaları (ümumilikdə 60 min manatlıq) oğurlanıb. Məlum olub ki, oğurluq edən şəxs (yaxud şəxslər) mənzilə pəncərədən daxil olublar. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. (Report.az) Bakucity.az
Kriminal
Bakıda adam oğurluğunda şübhəli bilinən dəstə ifşa olunub. Bakucity.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) məlumat yayıb. Xətai rayon sakini H.Əsgərov sentyabrın 9-da paytaxt sakinləri – 1970-ci il təvəllüdlü A.Abbasovaya 25000 manat borcu olduğuna görə, onun sifarişi ilə 1985-ci il təvəllüdlü K.Kazımlı tərəfindən Bakıxanov qəsəbəsində yerləşən kafelərin birinə dəvət edilib.  Əvvəllər məhkum olunan, kriminal aləmə meyilli, 1982-c...
Kriminal
Bakıda qonşuluqda yaşayan qadını başını kəsərək qətlə yetirən şəxs barəsində bəzi məqamlar üzə çıxıb. Bakucity.az xatırladır ki, hadisə sentyabrın 7-də, paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində baş verib. 1988-ci il təvəllüdlü Xaləddin Hüseynov 35 yaşlı Günel Bağırovanın yaşadığı evə daxil olaraq onun başını kəsib. Qeyd edilir ki, X.Hüseynov daha əvvəl Cinayət Məcəlləsinin 234-cü- maddəsi ilə, yəni narkotik vasitələrin qanunsuz dövriyyəsinə g...
Kriminal
Paytaxtın Sabunçu rayonunda törədilən dəhşətli qətlin bəzi təfərrüatı məlum olub. Bakucity.az xəbər verir ki, 1988-ci il təvəllüdlü Xaləddin Dilqəm oğlu Hüseynov qeyri-rəsmi münasibətdə olduğu paytaxt sakini, 1984-cü il təvəllüdlü Günel Bağırovanın başını kəsərək qətlə yetirib. Cinayət qısqanclıq zəminində baş verdiyi bildirilir.  Hadisədən sonra X.Hüseynov Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə gələrək təslim olub.  Qətlə yetirilən qadının a...
Kriminal
Paytaxtın Sabunçu rayonunda qətl hadisəsi baş verib. Bakucity.az xəbər verir ki, 1988-ci il təvəllüdlü Xaləddin Dilqəm oğlu Hüseynov qeyri-rəsmi münasibətdə olduğu Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Günel Bağırovanın başını kəsərək qətlə yetirib. Cinayətin qısqanclıq zəminində baş verdiyi bildirilir. Hadisədən sonra X. Hüseynov polisə təslim olub.  Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi...
Kriminal
Quba rayonunun 9 nömrəli koloniya-qəsəbəsinin məhbusu Bakıda yoxa çıxıb. Bakucity.az xəbər verir ki, paytaxt sakini 1994-cü il təvəllüdlü Rzayev Emil Zülfi oğlunu sonuncu dəfə avqustdun 23-də, saat 02:00 radələrində, Salyan şosesindəki 17 nömrəli binanın qarşısında görüblər. O, “Audi Q7” markalı maşına minərək naməlum istiqamətdə hərəkət edib. Polislər maşının qaçırıldığını ehtimal edirlər. Qeyd edək ki, 2017-ci ildə E.Rzaev odlu silahın qanunsuz daşınması...
Kriminal
Məhkəmədə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində piyadanı avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Qurbanəli Qurbanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.  Bakucity.az xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Q.Qurbanov üç il müddətinə azadlıqdan məhrum edilib.  Qeyd edək ki, hadisə ötən il dekabrın 21-də saat 19 radələrində Xətai rayonu Nobel prospektində qeydə alınıb. Bakı şəhər sakini Q.Qurbanov "Nis...
Kriminal
Binəqədi Bakının ən kriminal rayonu sayıla bilər.  Bakucity.az xəbər verir ki, bu rayon paytaxtın hüquq-mühafizə orqanları və bir neçə statistik qrup tərəfindən hazırlanan sorğu nəticəsində kriminogen reytinqə başçılıq edib. Binəqədi Rayon Polis İdarəsindən əsas səbəb kimi rayon ərazisində evlərin gündəlik kirayə verilməsinin artmasını (bir günə 2-3 manat) göstəriblər. Bu regionlardan gələn aztəminatlı ailələri cəlb edir. Təhlillər göstərir ki, məişət cina...
Kriminal
Sentyabrın 4-də bəzi xəbər saytlarında “Bakıda sahibkarı belə aldatdılar” adlı yazı dərc olunub. Bakucity.az xəbər verir ki, vətəndaşın şikayətinə polisin etinasız yanaşması ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparılıb. Bakı Şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev jurnalistlərə açıqlamasında bildirib ki, polisin vətəndaş müraciətinə etinasızlığı ilə bağlı deyilənlər həqiqətdən uzaqdır: “Vətəndaşın 102 Zəng Mərkəzi...
Kriminal
Bakıda “müştəri”lərini soyan fahişə saxlanılıb. Bakucity.az xəbər verir ki, əxlaqsızlıqla məşğul olan 32 yaşlı R.Zeynalova 2019-cu ilin may ayından axtarışda olub.   R.Zeynalova ilə bağlı polisə dörd nəfər şikayət edib. Onlar görüşdən sonra pullarının oğurlandığının bildiriblər. Qeyd olunur ki, Zeynalova bundan əvvəl də oxşar cinayətə görə saxlanılıb, lakin sonradan azadlığa buraxılıb. Hadisənin dəfələrlə təkrarlandığı üçün bu dəfə ona güzəşt olunmayacağı...
Kriminal
Paytaxtın Səbail rayonunda oğurluq hadisəsi qeydə alınıb. Bakucity.az-ın xəbərinə görə, Badamdar qəsəbəsində yaşayan M.Yüzbirovun evindən 12500 ABŞ dolları oğurlanıb. Polisin keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Şirvan şəhər sakini Mübariz Zülfüqarov saxlanılıb.  O, ifadəsində törətdiyi oğurluq hadisəsini etiraf edib. Məlum olub ki, M.Zülfüqarov mənzildən oğurluq edəndən sonra həmin pulla özünə yeni av...
Kriminal
Hadisə “Dəfnə” çay evində baş verib. Paytaxtın Binəqədi rayonunda qətl törədilib. Bakucity.az xəbər verir ki, hadisə “Dəfnə” çay evində baş verib. Xırdalan şəhərində kirayə yaşayan İsgəndərov Əfqan Suvarağa oğlu taksi sürücüsü tərəfindən bıçaqlanıb.  Ə.İsgəndərov təcili yardım briqadası ilə Kliniki Tibbi Mərkəzə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Bakucity.az
Kriminal
Polis əməliyyat keçirib. Bakıda dilənçilik adı altında narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutulub. Bakucity.az-ın xəbərinə görə, bu barədə DİN məlumat yayıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan paytaxt sakini Xəyal Hacıyev saxlanılıb.  Onun üzərindən təmiz çəkisi 2,188 qram güclü təsiredici xassəyə malik heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxs...
Kriminal
Polis üç nəfəri saxlayıb. Avqustun 31-də Bakıda baş verən qətl hadisəsi ilə bağlı üç nəfər tutulub. Bakucity.az-ın xəbərinə xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin münaqişə zəminində törədildiyi müəyyən edilib. Görülmüş tədbirlərlə qəsdən adam öldürməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.Babaverdiyev, C.Cavadlı və R.Bünyatzadə...
Kriminal
İki sürücü yolda dava edib. Avqustun 31-də, gecə saatlarında paytaxtın Yasamal rayonunda qətl hadisəsi baş verib. Bakucity.az xəbər verir ki, insidentə səbəb yolda iki sürücünün mübahisə etməsi olub. Mübahisə zəminində sürücülərdən biri 1990-cı il təvəllüdlü şəxs (ad və soyad açıqlanmır) döş qəfəsindən bıçaqlanıb.  Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Bildirilir ki, qətlə yetirilən şəxs Respublika Baş Dövlət Yol Polis...
Kriminal
Hazırda cinayətin motivləri araşdırılır Bakucity.az  xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu bölməsinin əməkdaşlarının keçirdiyi operativ-axtarış tədbirləri nəticəsində paytaxtda qadına ağır xəsarət yetirən şəxs saxlanılıb. Cinayət avqustun 28-də, saat 14:10 radələrində, Mir Cəlal küçəsində, 56 nömrəli binanın qarşısında törədilib.   Belə ki, 1980-cı il təvəllüdlü Məmmədova Günay Azad qızına qarın nahiyəsindən deşici bıçaq xəsarəti yetirilib. Z...
Kriminal
Paytaxtda narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər tutulub Bakucity.az xəbər verir ki, Daxili İşlər Naziriyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsi əməkdaşları tərəfindən Binəqədi qəsəbəsinin müxtəlif nöqtələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri keçirilib. Kompleks əməliyyat zamanı narkotik vasitələrin satışı...
Kriminal
Hadisə aqustun 27-də qeydə alınıb Bakucity.az xəbər verir ki, hadisə ilə bağlı Bakı şəhər sakini T. Qəhrəmanov Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə müraciət edib. Onun sözlərinə görə, avqustun 27-si, saat 5 radələrində F.Rüstəmov küçəsində idarə etdiyi “KİA” markalı avtomobilə sərnişin qismində oturmuş 2 nəfər onu naməlum əşya ilə hədələyərək 278 manat pulunu alıblar. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar müv...
Kriminal
Keçmiş məhkumdan silah götürülüb Bu barədə DİN Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər oğurluq və maşın qaçırmaya görə məhkum olunmuş R.Hüseynbəyovdan "AKS-47" markalı avtomat silahı və 20 ədəd patron götürülüb. Bakucity.az
Kriminal
Bakı polisi: "Ərəb turistlərə qarşı törədilən quldurluq zamanı dəymiş ziyan ödənilib" Bakucity.az xəbər verir ki, avqustun 5-də paytaxtın Səbail rayonu ərazisində Səudiyyə Ərəbistanı vətəndaşlarına qarşı quldurluq əməli törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, növbətçi hissə, “Təhlükəsiz Şəhər” Xidməti, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Səbail Rayon Polis İdarəsinin Cinayət...
Kriminal
Kişi kafedə işləyən xadiməyə təcavüz etməyə cəhd göstərib Bakucity.az xəbər verir ki, bu barədə Xətai rayonu hüquq-mühafizə orqanlarından məlumat verilib. Hadisə avqustun 7-si saat 02:00-da paytaxtın İsmayılov küçəsində kafenin yanında baş verib.  40 yaşlı xadimə çalışdığı yerdən çıxıb evinə doğru getdiyi zaman hücuma məruz qalıb. Cinayətkar qadına təcavüz etmək istəyib, lakin qadın müqavimət göstərərək qaçmağı bacarıb. 35-ci Polis bölməsinin əməkdaşlarını...
Kriminal
O, ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib Bakucity.az xəbər verir ki, Yasamal rayonu ərazisində azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb. Verilən məlumata görə, zərərçəkənin valideynləri Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsinə məlumat verərək bildiriblər ki, tanımadıqları şəxs onların övladlarına yaxınlaşaraq əlində olan 5 manat pulu soyğunçuluq yolu ilə alıb. Bölmə əməkdaşlarınını həyata keçirdikləri əməliyyat nəticəsind...
Kriminal
Qaradağ rayonunda oğuruq etməkdə şübhəli bilinən şəxs saxlanılıb Bakucity.az xəbər verir ki, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 1-də Lökbatan qəsəbəsi ərazisindəki  xəstəxanaların birində Bakı şəhər sakini Ş.Xəlilovanın çantasından 1530 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini S.Quliyeva saxlanılıb. Tutulan şəxs polisə ifadəsində törətdiyi əmli etiraf edib. Faktla bağlı araşdırma aparılı...
Kriminal
Sürücü qəza yerindən qaçıb Bakucity.az xəbər verir ki, Bakının Xətai rayonu, Nobel prospektində piyada ölümü ilə nəticələnən yol qəzası baş verib. Bu barədə hadisə şahidləri məlumat veriblər. Məlumata görə, hadisə ötən gün saat 23 radələrində qeydə alınıb. Belə ki, "VAZ 2107" markalı avtomobil yoldan keçən yaşlı kişini vurub. Piyada hadisə yerində ölüb, sürücü isə qəza yerindən qaçıb. Piyadanı avtomobillə vurub ərazidən qaçan sürücü polisin apardığı əməliy...
Kriminal
Bakıda qızın çiynindən düşən şala görə qətl hadisəsi baş verib  Bakucity.az xəbər verir ki,  Bakı Ağır Cinayətlər Məhkəməsində 25 yaşlı Vəli Əliyev və 29 yaşlı Füzuli Nəcəfovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.  Hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan məhkəmədə təqsirləndirilənlər Saatlı rayon sakini Emin Şəmiyevi öldürdüklərini etiraf ediblər.  Metroda bir qızın çiynindən şalı düşüb. Yaşlı bir adam şalı yerdən götürəndə Vəli ilə Füzuli bun...
Kriminal
Paytaxtda qətl hadisəsi törədilib Bakucity.az xəbər verir ki, Səbail rayonu, Xaqani bağı ərazisində Pərvanə adlı 21 yaşlı qız (soyadı dəqiqləşdirilir -red) qardaşı tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb və cərrahi əməliyyat edilib. Lakin gənc qızın həyatını xilas etmək mümkün olmayıb. O, çoxlu qan itirmədən ölüb.  Bunu da oxu: Bakıda fəhləni cərəyan vuraraq öldürdü Məlumata görə, gənc qız Səbai...
Kriminal
Kultivasiya yolu ilə yetişdirilən narkotik bitkilərin aşkarlanması istiqamətində tədbirlər davam etdirilir Daxili İşlər Nazirliyindən Bakucity.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Denis Ardatyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zama...
Kriminal
Paytaxtda qanlı hesablaşma anbaan görüntülənib Bakucity.az xəbər verir ki, paytaxtda baş verən qanlı hadisənin video görüntüləri yayılıb.  11 iyun 2019-cu il tarixdə Ayxan Yaradanquliyev özünə məxsus maşınla yol nəqliyyat hərəkəti zamanı, “Mercedes C klass” markalı, 50-CO-234 dövlət qeydiyyat nişanlı Masallı rayon sakinləri olan Xəqani və Aqil Ağayev qardaşları ilə mübahisəsi yaranıb. Mübahisə zamanı qardaşlar Ayxanın avtomaşınının qabağını kəsərək maşında...
Kriminal
Paytaxtın Səbail rayonunda qadın kişiyə hədə-qorxu gəlib Bakucity.az xəbər verir ki, 44 yaşlı paytaxt sakini X.M. şikayət ərizəsi ilə Səbail rayon Polis İdarəsinə müraciət edib. Ərizəyə görə, keçmiş sevgilisi intim “WhatApp” yazışmalarını həyat yoldaşına göstərəcəyi ilə hədələyib, susması müqabilində isə ondan beş min manat pul və kondisioner tələb edib. Kişi isə keçmiş məşuqəsinin bütün tələblərini yerinə yetirdikdən sonra polisə müraciət etməyi qərara al...
Kriminal
Qadın intim fotoları ilə şantaj edilib Bakucity.az xəbər verir ki, Bakı şəhər sakini olan qadından hədə-qorxu ilə pul tələb etməkdə şübhəli şəxs saxlanılıb. Məlumata görə, iyunun 16-da Qaradağ RPİ-yə ərizə ilə müraciət edən Bakı şəhər sakini olan qadın 2015-ci ildən 2018-ci ilin iyun ayının 16-dək olan müddətdə paytaxt sakini olan tanışının onun fotoşəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib 4000 manat pulunu almasını bildirib. Keçirilmiş əməliyyat...
Kriminal
Cinayət hadisəsi Masazırda baş verib Bakucity.az xəbər verir ki, iyunun 14-də gecə saatlarında Abşeron rayonunun Masazır qəsəbəsində baş vermiş bıçaqlanma hadisəsi ərazidəki mağazanın müşahidə kamerasının obyektivinə tuş gəlib. İnsident nəticəsində 1995-ci il təvəllüdlü yerli sakin Ağayev İsmayıl Şirvan oğlu ağır yaralanıb. Bu barədə zərərçəkənin qardaşı İslam Ağayev məlumat verib. Onun sözlərinə görə, bundan əvvəl yerli KİV-də İsmayıl Ağayevin öz qardaşı...
Kriminal
Polis onların digər cinayətlərinin olub-olmamasını araşdırır Bakucity.az xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi, Bakı şəhər Baş Polis İdarəsi və Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşları birgə əməliyyat keçiriliblər. Əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 7-də əcnəbi vətəndaş F.Karamanın içərisində 200 manat və pasport olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Masallı rayon sakini E.İbadzadə və Şuşa şəhər...
Kriminal
Paytaxtda yeniyetmə küçədə bıçaqlanıb Bakucity.az xəbər verir ki, Şəki şəhərində anadan olmuş, Binəqədi qəsəbə sakini, 2002-ci il təvəllüdlü İsayev Sakit Teymur oğlu bıçaqlanıb. Onu bıçaqlayan 2003-cü il təvəllüdlü Vəliyev Nicat Bağban oğludur.  Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hadisə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 5-ci döngədə yerləşən "Neptun" marketin qarşısında baş verib.  Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cin...
Kriminal
Bakıda dəhşətli qətl baş verib.  Bakucity.az xəbər verir ki, hadisə Xəzər rayonunda  1974-cü il təvəllüdlü  Zaur Rzayev qısqanclıq zəminində arvadı Maral Rzayevanı, qızı 1999-cu il təvəllüdlü  Samirə Rzayevanı, arvadının kirayə qaldığı evinin sahibi Qəmər Nadıyevanı və həmin mənzildə  olan Vasif Əliyevi bıçaqlayıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan Vasif Əliyev həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb. Hüquq- mühafizə orqanlarının əməkdaşları...
Kriminal
Paytaxtda bıçaqlanma hadisəsi baş verib. Bakucity.az xəbər verir ki, hadisə Binəqədi rayonu, 6-cı mikrorayonun İsrafil Həşimov küçəsində qeyd alınıb. Belə ki, 1958-ci il təvəllüdlü Yusifov Əli Məhəmməd oğlu dava edən tərəfləri sakitləşdirmək istəyərkən ayağından bıçaqlanıb. O, dərhal 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.  Bıçaqlanan daha bir şəxs, Emin Səfərov isə qanitirmədən hadisə yerində ölüb.  Binəqədi rayon Prokurorluğundan verilən məlumata gör...
Kriminal
Maştağa qəsəbəsində ailə münaqişəsi faciə ilə bitib. Bakucity.az xəbər verir ki, qəsəbə sakini Ceyhun Xudabaxışov  həyat yoldaşını öncə döyüb, daha sonra üstünə benzin tökərək yandırıb.  Ağır dərəcəli yanıq xəsarətləri alan Rəna Aslanovaxəstəxanaya çatdırılıb.  Faktla bağlı araşdırma aparılır. (Azxəbər) Bakucity.az
Kriminal
Paytaxtda həsb edilən müxtəlif ləqəbli cinayətkarları tanıyaq. Bakı polisi zaman-zaman paytaxta müxtəlif mütəşəkkil cinayətkar dəstə üzvülərini, narkotik alqı-satqısı və başqa cinayətlərdə iştirak edən şəxsləri saxlayır. Bəzən bu şəxslərin törətdikləri cinayətlə yanaşı, özlərinə seçdikləri ləqəb də geniş müzakirələrə səbəb olur.  Bakucity.az son illər polisin həbs etdiyi maraqlı ləqəbi olan cinayətkarlar haqda məlumatı təqdim edir. "Baron Dədəş"  Ötən il B...
Kriminal
Cinayətkar dəstə üzvüləri 25 bağ evindən oğruluq ediblər. Bakucity.az xəbər verir ki, paytaxtın Binəqədi rayonunda silsilə oğurluqlar edən mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıblar. Onlar paytaxt sakinləri Əsədullayev Valeh Fəyaz oğlu, Məmmədov Sadiq Ağahəsən oğlu, İsmayılov Balakişi Alım oğlu, Mədətov İmran Ağababa oğlu və Hüseynov Niyaməddin Əhməd oğludur.  Binəqədi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 4-cü Polis Şöbəsi əməkdaşlarının...
Kriminal
Paytaxta yol qəzası baş verib. Bakucity.az xəbər verir ki, Xətai rayonundakı "Neapol" dairəsində 10-NE-255 dövlət nişanlı, "Chevrolet Niva" markalı avtomobil 1986-cı il təvəllüdlü Əliyev Ceyhun Şamil oğlunu vurub.  Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.  Bunu da oxu: Bakı məktəblərində vakant iş yerlərinin sayı açıqlandı Onun vəziyyəti ağır qiymətləndirilir. (Ölke.az) Bakucity.az
Kriminal
Paytaxta qadınlara qarşı quldurdluq edən qardaşlar saxlanılıb.  Bakucity.az xəbər verir ki, Binəqədi rayonu A.Kunanbayev küçəsi 22 ünvanında paytaxt sakini X. Əhmədovaya qarşı quldurluq edib. Naməlum şəxslər qadına binanın girişində hücum edərək onu bıçaqla qorxudub boynundakı 40 qramlıq qızıl boyunbağısını ələ keçiriblər. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib. Verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi...
Kriminal
O, 62 bükümdə narkotiki satarkən yaxalanıb. Bakucity.az xəbər verir ki, ötən gün Nərimanov rayonu ərazisində yerləşən 5 saylı şəhər Klinik Xəstəxanasının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib. Bakı şəhər Baş Polis idarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı bir qadın 62 bükümdə ümumi çəkisi 311 qramdan artıq olan qurudulmuş marixuananı 100 ABŞ dolları və 1830 manata satarkən saxlanıl...
Kriminal
Apelyasiya Məhkəməsi məhkumun tələbini rədd edib. Bakucity.az xəbər verir ki, yasamal rayonunda keçmiş sevgilisini amansızlıqla öldürən,onun kirayə yaşadığı evin sahibi ilə oğlunu isə bıçaqlayan 1991-ci il təvəllüdlü Sənan Məmmədov ona verilən 19 il həsb cəzasından narazı qalıb. O, Ali Məhkəməyə müraciət edib. İşə Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq. Bunu da oxu: Bakıda qayda pozan avtomobillərlə bağlı yenilik edilib Qeyd edək ki, 1...
Kriminal
Sabunçu rayonunda oğruluq faktı qeydə alınıb. Bakucity.az xəbər verir ki, insident Zabrat qəsəbəsi ərazisində yerləşən “Armada Villa” üçulduzlu otelində baş verib. Otelin məsul şəxslərindən olan 31 yaşlı İlham Əliyev şikayət ərizəsi ilə 15-ci polis bölməsinə müraciət edib. Şikayətçi, aprelin 26-da 09:30 radələrində otelin kassasından yeddi min manata yaxın pulun oğurlandığını qeyd edib. Bunu da oxu: Bakı sakini bağ evində öldürülüb İlkin araşdırmanın gediş...
Kriminal
Payaxta dəhşətli qətl törədilib. Bakucity.az xəbər verir ki, hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən bağ evində baş verib. Belə ki, İlyasov Ruslan Ənvəroviç tanışı, 1973-cü il təvəllüdlü Musayev Sergey Anatoliyeviçi amansızlıqla öldürüb. O, uzun müddətdir tanıdığı Sergeyə təsərrüfat aləti olan oraq və balta ilə çoxsaylı zərbələr endirərək öldürüb. Bunu da oxu: Bakıda keçmiş polislərə höküm oxundu Bildirilir ki, Ruslan İlyasov həmin bağ evində göz...
Kriminal
Onlar məhkmə zalında həbs edilib. Bakuciyt.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən keçmiş polislər - Əli Nəcəfov və Vüsal Əliyevə hökm oxunub. Hakim Azər Paşayevin icraatında olan prosesdə Əli Nəcəfov 7 il, Vüsal Əliyev isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı olmuş V.Əliyev məhkəmə zalında həbs edilib. Bunu da oxu: Bakıda saxta qızıl k...
Kriminal
Qızıl külçələri saxtalaşdıran cinayətkar dəstə peyda olub Bakucity.az xəbər verir ki, bununla bağlı ikinci fakt paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Belə ki, 36 yaşlı Musayev Mirismayıl Mirmusa polisə şikayət edərək bildirib ki,  aprelin 13-də 60 yaşlı T.İ. onu aldadıb. Sonuncu ona 23 min 600 dollar müqabilində 17 saxta qızıl külçə verib. M.Musayev külçələrin saxta olduğunu sonradan müəyyən edib. Saxta külçələr xarici görünüşünə görə əls külçə...
Suraxanı rayonunda cinayət hadisəsi baş verib.
Suraxanı rayonunda cinayət hadisəsi baş verib. Bakucity.az xəbər verir ki,  rayonun Əmircan qəsəbəsində yaşayan 1978-ci il təvəllüdlü Abdullayeva Firəngiz Heto qızı vətəndaş nikahında yaşadığı Rəşad adlı şəxs tərəfindən kürək nahiyəsindən bıçaqlanıb. Dərhal xəstəxanaya çatdırılan yaralıya döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.  Bunu da oxu: Bakıda daha bir intihar hadisəsi baş verdi - VİDEO Faktla bağlı araşdırma aparılır. (Oxu.az) Bakuci...
Kriminal
Paytaxtın Xəzər rayonunda ailə dramı yaşanıb. Bakucity.az xəbər verir ki, aprelin 23-də saat 11:25 radələrində Mərdəkan qəsəbəsində 37 yaşlı Dədəcanov Natiq İlham oğlu münaqişə zəminində həyat yoldaşı Dədəcanova Vüsalə Tofiq qızına iki bıçaq zərbəsi vurub. Nəticədə qadın 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir. Bunu da oxu: Bakıda 73 yaşlı qadın sifarişlə öldürülüb - FOTO Hadisədən sonra Natiq Dədəcanov...
Kriminal
Bakıda törədilmiş ağır cinayətin üstü açılıb. Bakucity.az  xəbər verir ki, aprelin 17-də səhər saatlarında rayonunun Azər Manafov küçəsi ev15/21 ünvanında yanğın hadisəsi baş verməsi barədə Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinə məlumat daxil olub.  Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.  Hadisə yerinə baxış zamanı mənzilin sahibi və həmin ünvanda tək yaşayan 1946-cı il təvəllüdlü Validə İbrahimovanın yanmış meyiti aşkar olunub. Daha sonr...
Kriminal
Bakıda polis narkotiklə bağlı əməliyyat keçirib. Bakucity.az xəbər verir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan Bakı şəhər sakini, əvvələr dəfələrlə məhkum olunan Telman Mirzəyev saxlanılıb.  Səbail Rayon Polis İdarəsi və 8-ci Polis Bölməsi əməkdaşları onun əlində olan bağlamaya baxış keçirilən zaman narkotik vasitələr olan 1 kiloqram 2 qram heroin, 6 kiloqram 520 qram marixuana və 50,315 qram tiryək aşkarlayıblar.  Ar...
Kriminal
Bakıda gecə klubunda dava-dalaş baş verib. Bakucity.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda yerləşən "Palermo" gecə klubunda qeydə alınıb.  Belə ki, klubda yaranmış dava-dalaş  zamanı orada işləyən 1991-ci il təvəllüdlü 28 yaşlı Cənnət Abbasova müştərilərin biri tərəfindən döyülüb. O, xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. (Ona.az) Bakucity.az
Kriminal
Bakıda polis birgə əməliyyat keçirib. Bakucity.az  xəbər verir ki, Xətai Rayuon Polis İdarəsinin 34-cü Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini N.Vəliyevdən pnevmatik tapança götürülüb. Faktla bağlı araşdırma aparılır. Bakucity.az
Kriminal
Bakıda aptekdən oğurluq edən şəxslər yaxalanıb Bakucity.az xəbər verir ki, paytaxtın Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində yerləşən aptekdən oğurluq edilib.  Daxili İşlər Nazirliyindən verilən məlumata görə, naməlum şəxs aptekdə olan seyfləri qıraraq, oradakı külli miqdarda pulu aparıb.  Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə təqsirli bilinən şəxsl...
Kriminal
Bakıda qadına qarşı külli miqdarda dələduzluq edilib Bakucity.az xəbər verir ki, paytaxt sakini İlhamə Həsənova Yasamal rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək Fərid adlı şəxsin onun etibarından sui-istifadə edərək 240 min ABŞ dollarını mənimsədiyini bildirib. Həmin şikayət əsasında Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (ONA) Bakucity.az
Kriminal
Gənc qadın intihara cəhd edib Bakucity.az xəbər verir ki, 29 yaşlı Mənsurə Ağamalıyeva özünü dənizə atıb. Yaxınlıqdakı insanların köməkliyi ilə dənizdən çıxarılan qız 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Təcili tibbi yardım göstərilən qızın vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Hadisənin səbəbləri araşdırılır. "Oxu.az" Bakucity.az
Kriminal
Hadisə Nizami rayonunda qeydə alınıb Bakucity.az xəbər verir ki, paytaxtın Nizami rayonu Əlif Haciyev 19 küçəsində 50-55 yaşlı kişi işlədiyi mağazada özünü asıb. Özünə qəsd edən şəxsin Masallı rayon sakini soyadı hələlik məlum olmayan Fariz adlı şəxsdir.  Meyit aidiyyatı üzrə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə verilib. Faktla bağlı Nizami rayon Prokurorluğunda 125-ci maddə ilə cinayət işi açılıb. "ONA" Bakucity.az
Kriminal
Bu barədə Xəzər rayon Prokurorluğundan məlumat verilib Bakucity.az xəbər verir ki, aprelin 17-də Bakıda, Xəzər rayonunun Şağan qəsəbəsində qadın xüsusi amansızlıqa qətlə yetirilib.  Məlumata görə, 33 yaşlı Şağan sakini Kütahi Məlikova yaşadığı evdə qətlə yetirilib. Naməlum şəxs evə daxil olaraq onun sinə nahiyəsinə çoxsaylı bıçaq zərbələri endirib və boğazını kəsib. Cinayətin qarət məqsədilə törədildiyi müəyyənləşib. Evdən iri məbləğdə qızıl-zinət əşyaları...
Kriminal
Bakıda avtobusda cibgirlik edən qadın saxlanılıb Bakucity.az xəbər verir ki, paytaxtın Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində xətt avtobusunda bir qadının çantasından içərisində 900 manat olan pulqabını oğurlamaqda şübhəli bilinən N.Ağammədova saxlanılıb. Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti verib. Faktla bağlı araşdırmalara başlanılıb. Bakucity...
Kriminal
Paytaxtda 15 obyektdən oğurluq edən şəxslər saxlanılıb Bakucity.az xəbər verir ki, paytaxtın Xətai rayonu ərazisində yerləşən mağazalardan birindən oğurluq olub. Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, zərərçəkən obyekt sahibi 37-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, marketdən 250 manat, danışıq kartları və tütün məmulatları naməlum şəxslər tərəfindən oğurlanıb.  Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi əməkdaşlarını...
Kriminal
Təqsirləndirilən Elçin Nəcəfov və Xaliq Mustafayevin cinayət işi məhkəmə prosesi davam edir Bakucity.az xəbər verir ki,Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi aprel ayının 22-nə təyin olunub. İttihama görə, ötən il avqustun 10-da Biləcəri qəsəbəsi ərazisində yerləşən kafelərdən birinin həyətində naməlum şəxslər Bakı şəhər sakini Cavid Həmzəyevi döyüb. Cavid Həmzəyev xəstəxanaya aparılarkən...
Kriminal
Toyuq və toyuq məhsulları naməlum şəraitdə oğurlanıb Bakucity.az xəbər verir ki, paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsindəki quşçuluq müəssisələrinin birindən oğurluq olub. Zərərçəkən Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinə bildirib ki, bu ilin yanvar-aprel ayları ərzində müəssisədən külli miqdarda toyuq və toyuq məhsulları naməlum şəraitdə oğurlanıb. DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, hadisə ilə bağlı əməliyyat-istintaq qrupu ya...
Kriminal
Biləcəri qəsəbəsində yerləşən məsciddə axundun iş otağından oğurluq olunub Bakucity.az xəbər verir ki, zərərçəkən rayon polis idarəsinin 6-cı Polis Bölməsinə müraciət edərək otağın qapısının naməlum şəxs tərəfindən sındırıldığını və otaqdan pulunun oğurlandığını deyib. Əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Mirzəyev saxlanılıb və ifadəsində törətdiyi əməli etira...
Kriminal
İntihar edən gənc SDU-nun tələbəsidir Bakucity.az xəbər verir ki, hadisə paytaxtın Binə qəsəbəsində baş verib. Sumqayıt Dövlət Universitetinin (SDU) fizika və elektroenergetika fakültəsinin 2-ci kurs tələbəsi, 20 yaşlı Elməddin Bəşirov yaşadığı evin eyvanından özünü asıb. E.Bəşirov intihar etməzdən əvvəl məktub yazıb. Məktubda nə yazıldığı açıqlanmır. SDU-nin mətbuat katibi Nazxanım Cəlilli E.Bəşirovun nümunəvi tələbələrdən olduğunu qeyd edib: "Ötən gün hə...
Kriminal
Qatil məhkəməyə müraciət edib Bakucity.az xəbər verir ki, Bakının Hövsan qəsəbəsində 56 yaşlı Anjelika Morozovanı vəhşicəsinə öldürən Qazax rayon sakini, 34 yaşlı Namiq Vəkilov Ali Məhkəməyə müraciət edib.  Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə qəsdən adam öldürmə), 120.2.9 (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərşəkmiş şəxsin sağlamlığına ağır zərər vurul...
Kriminal
Bu barədə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsindən məlumat verilib Bakucity.az xəbər verir ki, Bakının Yasamal rayonu ərazisində yerləşən 158 saylı tam orta məktəbdə oxuyan şagirdlərdən birinin valideyn zorakılığına məruz qalması ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində araşdırmalara başlanılıb. Bu barədə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib. Onun...
Kriminal
Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsində qorxulu anlar yaşanıb Bakucity.az xəbər verir ki, yolun kənarında qadınla kişi öncə mübahisə sonra dava edib.  Kişidən yapışaraq onu getməyə qoymayan qadın sonda ağır şiddətə məruz qalıb. Kişi onun boynundan yapışaraq boğmağa başlayıb. Hadisə yerinə 2 polis yaxınlaşıb. Polis və dalaşan şəxslər taksiyə əyləşərək hadisə yerindən uzaqlaşıb. "orman.az" Videogörüntünü təqdim edirik: Bakucity.az
Kriminal
Bu gün məhkəməsi ilacaq Bakucity.az xəbər verir ki, paytaxtda 162 saylı orta məktəbdə intihar edən Elina Hacıyevanın ölümü ilə bağlı məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, S.Abbasova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham olunur. Dünən S.Abbasovanın təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün pro...
Kriminal
Bakıda gənc qadın özünü 5-ci mərtəbədən atıb Bakucity.az xəbər verir ki, paytaxtın Yasamal rayonu, K.Rəhimov küçəsi 30 ünvanında yerləşən binanın 5-ci mərtəbəsindən 25-30 yaşlarında qadın özünü ataraq intihar edib. İntihar edən qadının şəxsiyyəti dəqiqləşdirilir. "Report" Bakucity.az
Kriminal
Oğrunun kimliyi hələlik məlum deyil Bakucity.az xəbər verir ki, paytaxtın Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində yerləşən K.İsgəndərova məxsus aptekdən oğurluq edilib. Naməlum şəxs aptekdəki seyfləri qıraraq 60 min manat pul oğurlayıb. Faktla bağlı araşdırma aparılır. "Report" Bakucity.az
Kriminal
Məlumatı Daxili İşlər Nazirliyi Mətbuat xidməti verib Bakucity.az xəbər verir ki, paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində məsciddə axundun iş otağından oğurluq edilib. Zərərçəkən rayon polis idarəsinin 6-cı Polis Bölməsinə müraciət edərək otağın qapısının naməlum şəxs tərəfindən qırıldığını və oradan 1500 manat, eləcə də 500 ABŞ dollarının oğurlandığını deyib. Bölmə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə ş...
Kriminal
Nizami rayonunda qısqanclıq zəminində bıçaqlanma hadisəsi baş verib. Bakucity.az xəbər verir ki, hadisə paytaxtın Bəkir Çobanzadə küçəsində baş verib. 32 yaşlı Mahir Nemətov keçmiş həyat yoldaşı ilə yeni ailə quran 24 yaşlı Azad Ağayevlə əlbəyaxa dava edərək onu bıçaqlayıb. Baş vermiş münaqişə zamanı Mahir Nemətov keçmiş qayınatası 62 yaşlı Fətulla Əhmədova da bıçaqla xəsarət yetirib. Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır...
Kriminal
Ata Yasamal rayon Polis İdarəsinin təhqiqat şöbəsinə aparılıb Bakucity.az xəbər verir ki, paytaxtda 158 nömrəli tam orta məktəbinin ibtidai sinif şagirdinin döyülməsi ilə bağlı hüquqi tədbirlər görülüb.  Yasamal rayon İcra Hakimiyyətindən verilən məlumata görə, məktəb rəhbərliyindən şagirdin valideyni tərəfindən döyülməsi barədə İcra Hakimiyyətinə müraciət olunub. Aparılan araşdırma zamanı müəyyən edilib ki, uşağa xəsarət yetirən atasıdır. Bundan başqa, Ya...
Kriminal
Paytaxtın Xəzər rayonunda qətl hadisəsi baş verib Bakucity.az xəbər verir ki, hadisə Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində baş verib.  Ailə münaqişəsi zamanı 43 yaşlı Muxtar Əlimanov bacıları - 52 yaşlı Səadət Əlimanova və 57 yaşlı Məlahət Əlimanova çoxsaylı bədən xəsarətləri yetirib. Səadət Əlimanova aldığı xəsarətdən dünyasını dəyişib. Digər yaralı - Məlahət Əlimanova isə xəstəxanaya çatdırılıb. Ona bədənin müxtəlif nahiyələrində dərinə nüfuz ed...
Kriminal
Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat evrilib Bakucity.az xəbər verir ki, Bakı şəhəri, Xətai Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəbəkənin üzvləri saxlanılaraq məsuliyyətə cəlb ediliblər. Daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı paytaxt sakini Kənan Cavadov rayon ərazisində bir neçə mənzildən məişət, e...
Kriminal
Qadının həyatını xilas etmək mümkün olmayıb Bakucity.az xəbər verir ki, Bakıda bacısını bıçaqlamaqda təqsirləndirilən Mərdan Qədimovun cinayət işi məhkəmə prosesi keçiriləcək. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçiriləcək məhkəmə baxış iclası aprel ayının 19-na təyin olunub. Hadisə ötən il dekabrın 24-də Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsində baş verib. Qəsəbə sakini, 60 yaşlı M.Qədimov aralarında yaranmış mübahisə z...
Kriminal
Bakıda 170 min manatlıq toyuq oğurlayan şəxslər saxlanılıb Bakucity.az xəbər verir ki, paytaxtın Hövsan ərazisində 170 000 manat dəyərində toyuq və toyuq məhsulları oğurlayan şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 13-də Hövsan qəsəbəsi ərazisindəki fabriklərin birindən 170 000 ma...
Kriminal
Bakıda içərisində pul və qızıl-zinət əşyaları olan seyfi oğurlayıblar Bakucity.az xəbər verir ki, Bakıda içərisində pul və qızıl-zinət əşyaları olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Süleymanov saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində ərazidə yerləşən evlərin birindən içərisində 400 manat pul və 1...
Kriminal
Bıçaqlayan şəxs də keçmiş məhbusdur Bakucity.az xəbər verir ki, aprelin 12-də paytaxtın Binəqədi rayonunda keçmiş məhbuslar arasında dava düşüb. Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib. Belə ki, Nəriman Nərimanov küçəsində insanların gözü önündə 48 yaşlı Almasi Tərlan adlı şəxs bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Araşdırma zamanı məlum olub ki, Almasi narkotik vasitənin saxlanılmasına görə əvvəllər məhkumluq həyatı yaş...
Kriminal
Yazıçı Kəramət Böyükçöl ( Nəcəfov)  döyülüb Bakucity.az xəbər verir ki, bu barədə yazıçının dostu Şamil Paşayev Yasamal rayon 28-ci polis bölməsinə ərizə ilə müraciət edib. Belə ki, aprelin 11-i gənc yazıçı dostu Ş. Paşayevlə birgə Yasamal rayonunda yerləşən “Port Röyal “ kafesində tanımadıqları 10 nəfərə yaxın şəxslə mübahisə edib. Bu zaman Kəramətlə dostunu xuliqanlıq zəminində döyərək xəsarət yetiriblər. Faktla bağlı polis bölməsində araşdırma aparılır....
Kriminal
Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib Bakucity.az xəbər verir ki, hadisə gecə saatlarında paytaxtın Binəqədi rayonu 8-ci mikrorayon ərazisində qeydə alınıb. Rayon sakini 47 yaşlı Alman Tərlan Mirəhməd oğlu 2 nəfərlə dava əsnasında bıçaqlanıb. Davanın səbəbi hələlik bəlli deyil. 3 bıçaq xəsarəti alan yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. "Ölkə.Az" Bakucity.az
Kriminal
Bakıda keçirilən əməliyyatda heroin alverçisi yaxalandı Bakucity.az xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisində baş verib. Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşları daxil olan məlumat əsasında rayonun Yeni Suraxanı qəsəbəsi, Çaparidze küçəsində əməliyyat keçirib. Əməliyyat zamanı Çaparidze küçəsi 13 ünvanında yaşayan, 46 yaşlı Qalib Rəhimov  şübhəli şəxs qismində saxlanılaraq polis bölməsinə gətirilib. Həmin şəxsin üzə...
Kriminal
Bakıda daha bir şagird döyülüb Bakucity.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda yerləşən 35 nömrəli məktəbdə baş verib. Məktəbin şagirdi, 16 yaşlı Sevinc Tanrıverdiyeva Nihad adlı şəxs tərəfindən döyülüb. Qızın valideynləri bu barədə polisə şikayət ediblər. Faktla bağlı araşdırma aparılır. Bakucity.az
Kriminal
Şagirdin validryni danışıb Bakucity.az xəbər verir ki, paytaxtın Mərdəkan qəsəbəsindəki H.Z. Tağıyev adına 123 №-li tam orta məktəbin şagirdi döyülərək öldürülüb. Bunu şagirdin valideyni Mehman Paşayev Bizimyol.info-ya açıqlamasında bildirib. O, iddia edib ki, XI “b” sinfinin şagirdi Lətifov İlkin Mehman oğlu məktəbdə döyülüb: “Oğlum ağır xəsarət alması ilə bağlı mənə gec məlumat verilib. 3 saylı Şəhər Klinik Xəstəxanaya yerləşdirilən övladım əməliyyat olu...
Kriminal
Bir neçə nəfərin AQTA adından rüşvət topladığı müəyyən olunub Bakucity.az xəbər verir ki, son günlər Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) qurumun adından istifadə edərək kiçik və orta sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə edən, əsassız tələblər irəli sürən şəxslərlə bağlı ayrı-ayrı rayonlarından şikayətlər olub. AQTA-ya daxil olan növbəti məlumatın araşdırılması zamanı Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozunda heyvan kəsimi və ət sat...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?