usd:
1,70 ₼
eur:
1,87 ₼
Bu gün
+21... 27 °С
Buludsuz, yağmursuz
Sabah
+22... 23 °С
Buludsuz, yağmursuz
Bu gün
+21... 27 °С
Buludsuz, yağmursuz
Sabah
+22... 23 °С
Buludsuz, yağmursuz
Kriminal
Bakıda xüsusi karantin qaydalarını pozan bir neçə kafe aşkarlanıb. BakuCity.az xəbər verir ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri reyd zamanı Babək prospektində yerləşən "Dəli Kür" kafesinin, Qaçaq Nəbi küçəsindəki "Sakit Məkan" və Ramiz Quliyev küçəsindəki "Çırağan" kafelərinin müəyyən edilən vaxt rejimindən kənar saatlarda fəaliyyət göstərmələri məlum olub. Reydlərlə "Dəli Kür"də beş nəfər, "Sakit Məkan"da dörd nəfər və "Çırağan" kafes...
Kriminal
Bakı şəhərinin Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə dünən axşam saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. 1983-cü il təvəllüdlü Qasımova Nuranə işlədiyi gözəllik salonunda əri tərəfindən bıçaqlanıb. Hadisə yerinə təcili yardım briqadası gəlsə də, qadının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Kriminal
Abşeronda qanunsuz it döyüşlərini təşkil edən şəxslər həbs olunub.  İt döyüşlərini əks etdirən videogörüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra məsələ dərhal Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb və polis əməkdaşları tərəfindən həmin şəxslər müəyyən edilərək saxlanılıb. BakuCity.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, şəxsi axtarış zamanı Qubadlı rayon sakini, hazırda Sumqayıt şəhərində yaşayan Mətləb Əliyevdən narkotik vasitə...
Kriminal
İtlərə narkotik vurub döyüşdürən və qanunsuz it döyüşlərini təşkil edənlər saxlanılıb.  "Bir neçə gün əvvəl sosial şəbəkələrdə naməlum şəxslər tərəfindən təşkil edilən it döyüşlərini əks etdirən videogörüntülər paylaşılıb. Məsələ dərhal nazirlik tərəfindən nəzarətə götürülüb və araşdırılması üçün göstəriş verilib". BakuCity.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynovun dediyinə görə, polis əməkd...
Kriminal
Azərbaycanlı jurnalist satıcı işləyən həyat yoldaşını işlədiyi mağazada döyüb. BakuCity.az xəbər verir ki, Azərbaycan Xalq hərəkatının Şirvan təşkilatının sədri Mirhüseyn Ayşən adlı xanımını işlədiyi telefon mağazasında döyüb.  Hadisə qıskanclıq zəmnində baş verib. Belə ki, Mirhüseyn adlı bu şəxs həyat yoldaşının mağazanın sahibi ilə gizlin görüşdüyünü iddia edib. Sosial şəbəkədə yayılan görüntülər cəmiyyət arasında narazılıqla qarşılanıb. Qeyd ed...
Kriminal
Goranboyda xəstəxanaya hücum edən bir qrup şəxs binanın şüşələrini sındırıb. BakuCity.az xəbər verir ki, ötən gün axşam saatlarında bir nəfər kişi it dişləməsi diaqnozu ilə xəstəxanaya çatdırılıb. Onun yanında olan yaxınları travmatologiya şöbəsinə daxil olaraq, tibb işçilərini təhqir ediblər və şöbədə şüşələri sındırıblar. Fakt araşdırılır. (apa) BakuCity.az
Kriminal
Paytaxtda bıçaqlanma hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə dünən gecə saatlarında Nizami rayonunda baş verib. 1972-ci il təvəllüdlü İbişov Zahid Tofiq oğlu yeznəsi tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol said nahiyəsinin bir ədəd kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Z.İbişov əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity.az
Kriminal
Azərbaycanda narkotik iynə vuraraq itləri bir-birlərinə yedirdənlərin kimliyi məlum olub. Azərbaycanda qadağan edilən it döyüşlərinin keçirilməsilə bağlı məlumat vermişdik. BakuCity.az xəbər verir ki, məlumat yayılandan sonra Daxili İşlər Nazirliyindən məsələyə operativ olaraq reaksiya verilib. Qurumun mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun BAKU.WS-ə verdiyi məlumata görə, araşdırmalar zamanı it döyüşləri təşkil edənlərin kimliyi bəlli...
Kriminal
Tanınmış polis zabiti xidmət zamanı ağır xəsarət alıb. Əməkdar idman ustası, kiqboksinq üzrə 6 qat dünya, 12 qat Azərbaycan çempionu "Prins Baku" təxəllüsü ilə tanınan polis kapitanı Kamil Şərifov ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. BakuCity.az xəbər verir ki, Suraxanı rayonu 31-ci Polis bölməsi əməkdaşı olan K.Şərifov mayın 11-də karantin postunda olarkən polisin qanuni tələbinə tabe olmayan xanım sürücü tərəfindən vurulub. Karantin postunda "Audi"...
Kriminal
Polis uşağın atası tərəfindən bıçaqlanması ilə bağlı açıqlama verib. Bakıda 11 yaşlı uşağın atası tərəfindən bıçaqlanması hadisəsi nəzarətə götürülüb. BakuCity.az xəbər verir ki, bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən məlumat verilib. Həmçinin oxu: Bakıda ata 11 yaşlı oğlunu bıçaqladı - FOTO Bildirilib ki, faktla bağlı müvafiq araşdırmalara başlanılıb: “Araşdırmaların nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət v...
Kriminal
Paytaxtda bıçaqlanma hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb. Rayonda yaşayan İsmayılov Fikrət Hüseynqulu oğlu, oğlu 2009-cu il təvəllüdlü A.Z-nin baş nahiyəsinə yumruq və bıçaqla xəsarət yetirib. Aldığı zərbələrdən huşunu itirən azyaşlı əraziyə çağırılan təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun baş ənsə nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası və çoxsaylı yumruq zə...
Kriminal
Azərbaycanda qadağan edilən it döyüşləri keçirilir. BakuCity.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Məlumata görə, məqsədi itlərin pulla döyüşdürülməsi olan “Heyvanların ölümcül oyunu” adlı forum yaradılıb. Döyüşlərdə pitbul və digər it cinsindən olan köpəklərə narkotik tərkibli iynələr vurur və onlar bir-birləri ilə ölənədək döyüşürlər. Bir it digərini parçalayır və ölən heyvanın dərisi soyulur. Qan iyini alaraq daha ağzın...
Kriminal
Bakıda narkotiki onlayn satmaq istəyən qardaşlar saxlanıldı. Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində ölkə ərazisinə gətirilən külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələrin və psixotrop maddələrin “qara” bazarda satılmasının qarşısı alınıb. Bu barədə BakuCity.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Baş İdarə əməkdaşlarının daxil ol...
Kriminal
Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib. BakuCity.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Binəqədi qəsəbəsində baş verib. Bakı şəhər sakini Xəyyam Arıqovun idarə etdiyi "Xəzər" markalı avtomobilə sərnişin qismində əyləşən 3 nəfər naməlum şəxs onu hədələyib. Quldurlar ondan 100 manat alıb qaçıblar. Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi, Suraxanı rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 30-cu polis bölməsi əməkdaşlar...
Kriminal
Dünən Nərimanov rayonunda cinayət hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, “Kosmos” yaşayış massivinin komendant müavini Fəridə (Soyadı dəqiqləşdirilir) bir qrup şəxs tərəfindən xəsarət yetirilib. Binanın həyətində əli silahlı bir qrup şəxs bina nəzarətçisini öncə hədələyib, sonra beşbarmaqla xəsarət yetiriblər. Sakinlərin sözlərinə görə, bu birinci dəfə deyil. Həmin mütəşəkkil qrup dəfələrlə binanın həyətində “razborka” ediblər. Bina sakinləri məsə...
Kriminal
Azərbaycanda polis intihar edib. BakuCity.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Yayılan məlumata görə, Ucar rayonunun Müsüslü kənd sakini, 1992-ci il təvəllüdlü Rafiq Əhmədov yaşadığı ünvandan özünü asıb. İntiharın səbəbi məlum deyil. R.Əhmədov Bakı şəhərində polis orqanlarında çalışıb. BakuCity.az
Kriminal
Bakıda cinayət hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, ötən gün saat 21 radələrində Bakının Binəqədi rayonunda yaşayış binalarının birində kişi arvadının başını kəsib. Cavadxan küçəsində yerləşən binanın liftində 1977-ci il təvəllüdlü Hafiz Əskərov həyat yoldaşı 1980-ci il təvəllüdlü Könül Əskərovanı öldürüb. H.Əskərov liftdə arvadına 48 bıçaq zərbəsi vurub və onun başını kəsib. Polis H.Əskərovu saxlayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4-c...
Kriminal
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX)  Dövlət Sərhəd Xidmətində (DSX) keçirdiyi əməliyyat nəticəsində saxlanılan vəzifəli şəxslərin adları müəyyənləşib. BakuCity.az xəbər verir ki, bununla bağlı DTX-dən məlumat verilib.  Məlumata görə, keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, 2013-cü ildən 2020-ci ilin fevral ayınadək DSX Sahil Mühafizəsinin rəisi vəzi...
Kriminal
Bakıda 21 yaşlı qadının intihara cəhdinin qarşısı alınıb. BakuCity.az xəbər verir ki, onunla aprılan profilaktik söhbətlər zamanı yaxınlıqda olan polis əməkdaşı qadını xilas edib. (ölkə.az) BakuCity.az
Kriminal
Dövlət Sərhəd Xidmətinin daha bir yüksək rütbəli zabiti barəsində cinayət işi başlanıb.  BakuCity.az xəbər verir ki, Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma- qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən polkovnik Abdullayev Arif Cəfər oğlu barəsində Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə həbs-qətimkan tədb...
Kriminal
Azərbaycanda daha bir nazirliyin əməkdaşı həbs edilib. Əmək və Əhalinin  Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin sabiq əməkdaşı Ramiz Seyidəliyevin qanunsuz əməlləri barədə vətəndaşın daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Baş Prokurorluğun mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, araşdırma zamanı Ramiz Seyidəliyevin qulluq möv...
Kriminal
Bakıda qətl hadisəsi ilə bağlı cinayət işi başlanılıb. BakuCity.az xəbər verir ki, Xəzər rayonunda yerləşən “Dostluq” istirahət mərkəzində təmir işləri aparılan zaman torpağın altında insan skeleti aşkar edilib. Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.  Tapılan skeletin şəxsiyyəti araşdırılır. (report) BakuCity.az
Kriminal
Bakıda yeniyetməyə qarşı xuliqanlıq edən qızlar saxlanılıb. "Sosial şəbəkələrdə yeniyetməyə qarşı xuliqanlıq hərəkətləri ilə müşayiət olunan videogörüntülər tərəfimizdən tam və hərtərəfli araşdırılıb". BakuCity.az   xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. E.Hacıyev qeyd edib ki, mayın 14-də Xətai rayonu, Vunq Tau küçəsində 16 yaşlı Z.Musayevanı naməlum...
Kriminal
Bakıda avtomobildə oğurluq hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə aprelin 28-i Səbail rayonu ərazisində qeydə alınıb. Naməlum şəxs A.Məhərrəmova məxsus “VAZ-2107” markalı avtomobildən 2 400 manat dəyərində olan akkumulyator və ümumilikdə dəyəri 500 manat olan maqnitofonla təmir alətləri oğurlayıb. (report)  BakuCity.az Daha sonra A.Məhərrəmov hadisə barədə polis əməkdaşlarına müraciət edib. Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi ə...
Kriminal
Bakının Nəsimi rayonunda intihar hadisəsi baş verib. BakuCity.az az xəbər verir ki, bu barədə “oxu.az”a hüquq-mühafizə orqanlarından məlumat daxil olub. Sabunçu rayonunun Maştağa qəsəbəsinin sakini, 1999-cu il təvəllüdlü Rəşad Rəhimov Şövqiyar Abdullayev küçəsində yerləşən 23 nömrəli minanın 18-ci mərtəbəsindən özünü atıb. Hazırda Nəsimi rayon Prokurorluğu faktla bağlı araşdırma aparır, intiharın səbəbləri müəyyənləşdirilir. BakuCity.az
Kriminal
Bakıda əks istiqamətdə gedərək digər sürücünün yolunu kəsən şəxsin həbsdən görüntüləri yayılıb. BakuCity.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov onunla profilaktiki söhbət edib. Sürücü səhvini başa düşdüyünü və bir daha bu cür hərəkətlərə yol verməyəcəyini qeyd edib. Həmçinin oxu: Bakıda sürücüyə hücum edən şəxs həbs edildi - FOTO Vaqif Əsədov bildirib ki, daha təmkinli olmaq və bu cür vəziyyətlə...
Kriminal
Bakıda avtomobilinin salonundan "pub" kimi istifadə edən kişi saxlanılıb. Sabunçu rayonu Bakıxanov qəsəbəsində sanitar-karantin rejimi qaydalarına zidd olaraq gizli şəkildə fəaliyyət göstərən “pub” aşkar edilib. Daxili İşlər Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı qəsəbənin R.Axundov küçəsində yerləşən “Kabak” restoranının sahibi Samir Qəhrəmanovun sanitar-karantin q...
Kriminal
Bakıda sürücülər arasında insidentə səbəb olan sürücü saxlanılıb. BakuCity.az xəbər verir ki, bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib. Məlumata görə, mayın 12-də Sabunçu rayonu, Zabrat şosesində "Changan" markalı 99 AF 375 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən əks yola çıxdığından ona irad bildirən digər sürücüyə avtomaşından götürdüyü dəmir parçası ilə hədə-qorxu gələn sürücü – 1964-cü il təvəllüdlü,...
Kriminal
DSX-nin vəzifəli şəxsləri ilə bağlı cinayət işi başlanılıb. Baş Prokurorluq Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil mühafizəsinin vəzifəli şəxslərinin qanunsuz əməllərinin ifşa edilməsi ilə bağlı keçirilən əməliyyata münasibət bildirib. Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanovun verdiyi məlumata görə, DSX-nin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməlləri ilə ba...
Kriminal
DTX və Baş Prokurorluğun Dövlət Sərhəd Xidmətində keçirdiyi əməliyyatda üç rəis saxlanılıb.  Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb. BakuCity.az xəbər verir ki, əməliyyat zamanı Lənkəran, Neftçala və Xaçmaz rayonlarının Sa...
Kriminal
Bakıda polis narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib. BakuCity.az xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Bakı sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cu (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə məhkum olu...
Kriminal
Bakıda bank kartından pul oğurlayan şəxs tutulub. BakuCity.az xəbər verir ki, hadisə mayın 11-i saat 15 radələrində Yasamal rayonu, Landau küçəsində qeydə alınıb. Naməlum şəxs Bakı şəhər sakini Ş.Cəfərovun pul kartından bankomatdan 4 500 manat çıxardaraq oğurluq edib. Daha sonra Ş.Cəfərov bu barədə polis əməkdaşlarına müraciət edib. Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadis...
Kriminal
Bakıda döyülmə hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Belə ki, 1987-ci il təvəllüdlü Rzayev Arif Saməddin oğlu naməlum şəxs tərəfindən döyülüb. Xəsarət almış şəxs təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub. (Report) BakuCity.az
Kriminal
Nazir müavininin avtomobilindən külli miqdarda pul vəsaitləri aşkarlanıb. Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı Mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu saxlanılıb.  BakuCity.az xəbər verir ki, 2020-ci il mayın 8-də məhkəmənin qərarı əsasında Rafiq Bayramovun xidməti və yaşadıqları ünvanlara DTX tərəfindən baxış keçirilib.  Əməliyyat zamanı R.Bayramovun avtomobilindən külli miqdarda pul vəsaitləri...
Kriminal
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə avtomobilin dərəyə aşırılması əks olunan videogörüntülərə münasibət bildirib. BakuCity.az xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin rəisi, polkovnik Ehsan Zahidov “Report”a açıqlamasında bildirib ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb. E.Zahidov deyib ki, Bakıxanov qəsəbə sakini Zamin Babayev Suraxanı Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək ona məxsus BMW markalı avtomobilin tanışı,...
Kriminal
Bakı metropolitenində intihara cəhd olub. BakuCity.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, hadisə mayın 11-də saat 14 radələrində metronun “N.Nərimanov” stansiyasında qeydə alınıb. Cəlilabad rayon sakini N.Məmmədova anası ilə mübahisə etdiyindən özünü qatarın altına atmağa cəhd edib. Metropolitendə Polis Şöbəsi əməkdaşlarının çevikliyi sayəsində intihara cəhdin qarşısı alınıb. (Trend) BakuCity.az
Kriminal
Bakı sakini yaşadığı evdə 2 nəfəri bıçaqlayıb. BakuCity.az xəbər verir ki, hadisə Bakının Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi, ev 34-də qeydə alınıb. Bakı şəhər sakini Elnur Quliyev yaşadığı evdə usta işləyən Sədrəddinbəyov Kamil Arif oğlunu bıçaqlayıb. Hadisədən bir neçə saat sonra o özünü öldürməyə cəhd edib. Anası Minəxanım Quliyeva ona mane olmağa çalışanda isə E.Quliyev anasını da bıçaqlayıb. Hər iki yaralı xəstəxanaya çatdırılıb. Hadisəni törətməkdə ş...
Kriminal
Bakıda dəhşətli cinayəti törədən kişi yox qadın imiş. 2011-ci ilin martın 20-də Nərimanov rayonu ərazisində başı, əlləri və ayaqları kəsilmiş naməlum meyitin bədən hissəsinin aşkar edilməsi bağlı rayon prokurorluğu tərəfindən cinayət işi başlanılıb. BakuCity.az xəbər verir ki, elə həmin gün Daş Karxanası küçəsindəki 373 saylı evdə özünü kişi kimi tədim edərək kirayədə yaşayan Aynur Məmmədova şübhəli şəxs qismində saxlanılıb. Dindirmə zamanı Aynur Məmmədova...
Kriminal
Karantin rejiminin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb. Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejiminin pozulması ilə müşayiət olunan "Uğur" kafesi aşkarlanıb. BakuCity.az xəbər verir ki, Binəqədi RPİ 43-cü polis bölməsinin əməkdaşları tərəfindən kafedə 17 nəfər aşkarlanıb. Onlar barəsində qanunvericiliyə uyğun olaraq inzibati qaydada protokol tərtib edilib. (Qafqazinfo)  BakuCity.az
Kriminal
Müslüm Maqomayevin abidəsinin ucaldılacağı yer məlum olub. "Müslim Maqomayevin heykəlinin ucaldılması ilə bağlı Cənab Prezidentin fərmanı var, bu sahədə işlər davam etdirilir". BakuCity.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov deyib:"Abidənin Dənizkənarı Milli Parkda qoyulması versiyası da var. Bu məsələyə görkəmli ziyalılar və mütəxəssislərin iştirakı ilə baxılır. Nəticə əldə olunandan...
Kriminal
Bakıda döyülmə hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb. 1978-ci il təvəllüdlü Moluyeva Səffinaz İsmayıl qızı qaynı tərəfindən döyülüb. Zərərçəkən xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sol əlin beşinci barmağının sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. (Report) BakuCity.az
Kriminal
Əməliyyat nəticəsində bir nəfər daha saxlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri ilə keçirdiyi əməliyyat-istintaq tədbirləri çərçivəsində saxlanılanlar var. BakuCity.az xəbər verir , Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov saxlanılıb. Həmçinin oxu: DTX nazirlikdə əməliyyat keç...
Kriminal
37 yaşlı Göyçay sakini özünü öldürüb. BakuCity.az xəbər verir ki, Göyçay şəhərində yaşayan, "Göyçay-Çörək” ASC-nin rəhbəri, 1983-cü il təvəllüdlü Abdullayev Fəqan Etibar oğlu sirkə turşusu içib. A.Fəqan zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti sonradan ağırlaşdığına görə ailə üzvləri onu Bakıya, Respublika Toksikologiya Mərkəzinə gətiriblər. Həkimlərin bütün səylərinə baxmayaraq, F.Abdullayev ölüb. Onun hansı səbəbdə...
Kriminal
Dövlət Təhlükəsizliyi Xidməti İmişli rayonunda əməliyyat keçirib. Hal-hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları İmişli rayonunun İcra Hakimiyyətinin inzibati binasında xüsusi əməliyyat keçirirlər. BakuCity.az Haqqin.az-a istinadla xəbər verir ki, İmişli Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vilyam Hacıyev saxlanılıb.  BakuCity.az
Kriminal
Bakıda soyğunçuluq hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə 24 aprel, saat 15 radələrində paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsi, A. Rzayev küçəsində qeydə alınıb. Naməlum şəxs qəsəbə sakini qadının mobil telefonunu soyğunculuq yolu ilə ələ keçirib. Qadın hadisə ilə bağlı polisə məlumat verib. Suraxanı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləs...
Kriminal
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar faktlar qeydə alınıb Ötən gün paytaxtda Daxili İşlər Nazirliyinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 11 cinayət faktı qeydə alıblar. BakuCity.az xəbər verir ki, mayın 3-də Bakının Binəqədi rayonunda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Biləcəri qəsəbəsində polis əməkdaşları tərəfindən əvvəllər məhkum olunmuş 1974-cü il təvəllüdlü Q.Ağababayev saxlanılıb, o...
Kriminal
Narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan qadın saxlanılıb. BakuCity.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib. Paytaxtda yaşayan 2000-ci il təvəllüdlü Ağaməmməd Bayramov və 1996-cı il təvəllüdlü Gəncə şəhər sakini Məhəmməd Həbibov tutulub. A.Bayramovdan 0,25 qram heroin, M.Həbibovdan is...
Kriminal
Əmircan qəsəbə sakininin evindən narkotik maddə tapılıb BakuCity.az xəbər verir ki, Suraxanı RPİ-nin Narkotiklə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Əmircan qəsəbəsində yaşayan 42 yaşlı V.Tağıyevin üzərindən 3,79 qram marixuana aşkarlanıb. Şəxsin yaşadığı evə baxış keçirilən zaman oradan 571 qram marixuana tapılıb. Faktla bağlı araşdırma aparılır. (Oxu.az) BakuCity.az
Kriminal
Bakıda sərxoş sürücü şəhəri bir-birinə qatıb Bakının Yasamal rayonunda polis əməkdaşlarının iştirakı ilə insident baş verib. BakuCity.az xəbər verir ki, gecə saatlarında sərxoş sürücü sənədləri təqdim etmək barədə polis patrulunun tələblərinə cavab verməyib və qaçmağa çalışıb. Hadisə yerli sakinlər tərəfindən mobil telefon kameralarına çəkilib. Həmçinin oxu: Bakı sakinlərinə xəbərdarlığın səbəbi bilindi Polis İdarəsindən “oxu.az”a bildirilib ki, hadisə 29-...
Kriminal
Bakıda bank hesablarından pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıbDaxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 4 nəfərin bank hesablarından pul çıxararaq oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş R.Mehdiyev saxlanılıb. Ətrafında aparılmış tədbirlərlə onun 6 nəfərə qarşı dələduzluq etməsi də müə...
Kriminal
Bakıda saxta icazə arayışı hazırlayan şirkət rəhbəri saxlanılıb Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejimi elan edilməsinə baxmayaraq, qəbul edilmiş qaydalara əməl etməyən şəxslərə hələ də rast gəlinməkdədir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BakuCity.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş növbəti tədbir nəticəsində yaşayış yerini...
Kriminal
“Diska Nəriman” adı ilə tanınır Zaqatala sakinini bıçaqlayan şəxs tutulub. BakuCity.az APA-ya istinadən məlumat verir ki, Zaqatala rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün Car kənd sakini, 1996-cı il təvəllüdlü İsmayıl Məhəmməd oğlu Musayevi bıçaqlayaraq hadisə yerindən qaçan, əvvəllər məhkum olunmuş Nəriman Kərim oğlu Qurbanəliyev tutulub.   Qeyd edək ki, məlum hadisə ötən gün axşam saatlarında r...
Kriminal
Bakıda cibgirliklə məşğul olan şəxs saxlanılıb Bakı şəhər sakini qadının cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 6 dəfə məhkum olunmuş Rövşən İsmayılov saxlanılıb. Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən BakuCity.az-a verilən məlumata görə, əməliyyatı Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi və Nizami Rayon Polis İdarəsinin əməkdaşları keçirib. Saxl...
Kriminal
Bakıda karantin rejimini pozan gözəllik salonu və lombard aşkarlanıb Ölkə ərazisində xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun tədbirlər keçirilir. BakuCirt.az Report-a istinadəön xəbər verir ki, Bakıda polis əməkdaşlarının şəhərin müxtəlif yerlərində keçirdikləri reydlər zamanı hələ də açıq və ya gizli şəkildə fəaliyyətini davam etdirən iaşə obyektlərinə rast gəlinib. Be...
Kriminal
Postu keçəndən bir neçə kilometr sonra polis saxlayıb Xüsusi karantin rejimini pozaraq evakuator və avtomobilin yük yerində paytaxta rayon qeydiyyatında olan şəxsləri keçirmək istəyən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, neqativ halların qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları tərəfindən birgə tədbirlər həyata keçirilib. Belə ki, daxil olan əm...
Kriminal
Ürəyindən dörd bıçaq zərbəsi vurub Bərdə rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, dünən günorta saatlarında rayonun Cəyirli kənd sakini, 32 yaşlı İsmət Zamanov həyat yoldaşı, 23 yaşlı Zülfiyyə Zamanovanı Bərdə Rayon Uşaq Xəstəxanasının qarşısında öldürüb. Belə ki, ailə müayinə üçün uşaqlarını xəstəxanaya gətirib. Onlarla bərabər, Z.Zamanovanın qardaşı da xəstəxanaya gəlib. İ.Zamanov qaynında...
Kriminal
Azərbaycanda koronavirusla bağlı yalan məlumat yayan qadın həbs olunub “What’s app” sosial şəbəkə istifadəçisi olan bir qadın həmin şəbəkə vasitəsi ilə “Koronavirus” pandemiyası ilə əlaqədar guya Şəmkir rayonu ərazisində vəziyyətin ağır olduğunu, Gürcüstan Respublikasının Marneuli rayonundan Azərbaycan Respublikasına gəlmiş bir ailənin yeddi üzvünün virusa yoluxması və həmin şəxslərin digər vətəndaşlara da virus yoluxdurması barədə heç bir dövlət qurumları...
Kriminal
Məhv edilən ağaclardan bəzilərinin yaşı 200-250 il olub Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun əməkdaşları ölkə ərazisində meşə sahələrində, qoruqlarda ağacların qanunsuz olaraq kəsilməsi, yaşıllıq sahələrinin məhv edilməsi ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərinə qarşı kompleks tədbirlər hazırlayaraq həyata keçiriblər. Bu barədə BakuCity.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Hər iki dövlət qurumuna vətəndaşlardan Oğuz, Qəbələ ra...
Kriminal
Qisas almaq niyyəti ilə törədib Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayonunda bazarda 4 nəfəri güllələyərək qətlə yetirən Elnur Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. BakuCity.az Trend-ə istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Süleymanov ömürlük azadlıqdan məhrum edilib. İttihama görə, ötən ilin iyunun 17-si saat 08 radələrində Ağstaf...
Kriminal
Bələdiyyə sədrliyinə namizəd olub Yeni Azərbaycan Partiyasının (YAP) Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğlu Fariz Ağayevin narkotik vasitə ilə həbs edilməsinin yeni detalları məlum olub. BakuCity.az-ın “Report”a istinadən verdiyi məlumata görə, Sabirabad Rayon Polis Şöbəsində (RPŞ) F.Ağayev barəsində Cinayət Məcəlləsinin (CM) 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miq...
Kriminal
Həmin anlar təhlükəsizlik kameralarına düşüb Bakıda yerləşən mağazalardan birində müştəri kassiri aldadıb. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkədə paylaşılıb. Hadisə paytaxtın Suraxanı rayonunda yerləşən mağazalardan birində baş verib. Müştərilərdən biri kassirə yaxınlaşaraq pul xırdalamaq istədiyini deyib.  O, pulu kassirə tərəf uzatsa da, sonra cibinə qoyub. Müştəri pulu təqdim etdiyini deyərək kassir...
Kriminal
Digər telefon oğrusu da ələ keçib Binəqədi rayonu ərazisində yerləşən iki marketdən oğurluq edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, naməlum şəxs ayrı-ayrı vaxtlarda mağazada satıcıların başının qarışmasından istifadə edərək piştaxtaların üzərində olan iki ədəd mobil telefonu oğurlayıb. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəs...
Kriminal
1 gecədə 21 avtomobilin şüşəsini sındırıblar Binəqədi rayonu ərazisində ayrı-ayrı şəxslərə məxsus avtomobillərin şüşəsini sındıraraq oğurluq cinayətləri törədən dəstə üzvləri saxlanılıblar. Daxili İşlər Nazirliyindən (DİN) BakuCity.az-a verilən məlumata görə, zərərçəkənlərdən daxil olan çoxsaylı şikayətlər əsasında Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində o...
Kriminal
Qatarlar 31 dəqiqəyədək gecikib Bakı-Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının hərəkətində ləngimələr qeydə alınıb. BakuCity.az-ın məlumatına görə, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova Baku.ws-ə bildirib. Bu gün səhər saatlarında Baş Sumqayıt - 6-cı blok/post mənzilinin 50-ci kilometrində kontakt şöbəsində kontakt naqillərinin kənar şəxslər tərəfindən oğurlanması qeydə alınıb. Hadis...
Kriminal
İş otağında stolun siyirməsindən oğurlayıblar Bakıda diplomatik korpusdan oğurluq edilib. BakuCity.az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, Əfqanıstanın Azərbaycandakı səfiri Spelanay Xeyrullah polisə müraciət edərək bildirib ki, Yasamal rayonunda yerləşən Əfqanıstanın Azərbaycandakı səfirliyinin inzibati binasından oğurluq olub. Belə ki, səfirin iş otağında stolun siyirməsindən 35 255 dollar (59 933 AZN) pul oğurlanıb. Faktla bağlı cinayət iş...
Kriminal
Araşdırma aparılır Biləcəridə qadını döyüb maşınını əlindən aldılar. BakuCity.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Binəqədi polisinə müraciət edən Abşeron rayon sakini İ.İbrahimova fevralın 26-da “Mercedes” markalı avtomobilində Bakı şəhər sakini olan tanışı F.Quliyevanı Biləcəri qəsəbəsindən evinə aparmaq istəyərkən onun tanışları olan 3 nəfər tərəfindən döyülərək nəqliyyat vasitəsinin və mobil telefonunun alındığını bildirib. Keçirilmiş əməliyyat-...
Kriminal
Paytaxt sakinləri Oruc Ağayev və İlkin Salayev tutulublar Binəqədi rayonunda yerləşən mənzillərdən birindən oğurluq olub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat ximdətindən BakuCity.az-a verilən məlumata görə, naməlum şəxs evə daxil olaraq dolabdan qızıl-zinət əşyaları və 2 ədəd mobil telefon oğurlayıb. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Müəyyən edilib ki, oğurluq hadisəsini törədən...
Kriminal
Cinayət işi açılıb Abşeron rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. BakuCity.az "Report"a istinadən məlumat verir ki, Mehdiabad polisi sosial şəbəkələrdə narkotik vasitələri təbliğ edən şəxsi ələ keçirib. Belə ki, Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Məmmədli kənd sakini, 54 yaşlı Abidin Məhərrəmov saxlanılıb. Araşdırma zamanı məlum...
Kriminal
Bakıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb Pirallahı RPŞ Cinayət Axtarış Bölməsi əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb. BakuCity.az xəbər verir ki, bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya məlumat verilib. Əməliyyat zamanı saxlanılan, əvvəllər CM-nin 177-ci maddəsi ilə məh...
Kriminal
İfadələri alınır Tovuz rayonunun Dondar Quşçu kəndində öldürülən 10 yaşlı Nərmin Quliyevanın qətlində adı hallanan kənd sakini Altay Ələkbərov, hadisəni gördüyü iddia edilən Asif Ələkbərov və Vüsal Rzayev istintaqa çağırılıb. BakuCity.az-ın məlumatına görə, bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə deyib. O bildirib ki, N.Quliyevanın qətli ilə bağlı sosial şəbəkədə yayılan anonim səs yazısında adı hallanan şəxslər istintaqa ç...
Kriminal
Pul vəsaitləri anası Elvira Ağayevada cəmlənib Daxili İşlər Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən rəhbərləri Türkiyədə yaşayan və Azərbaycan ərazisində onlayn narkotik satan şəxslərə qarşı genişmiqyaslı əməliyyat tədbiri keçirilib. Nazirliyin Mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, əməliyyat nəticəsində dəstənin İstanbul şəhərində yaşayan başçıları Ağayar Ağazadə və qohumu Orxan Ağayev daxil o...
Kriminal
Bundan əvvəl məhkum olunublar Bakıda orta məktəbdən qayıdan azyaşlıya qarşı quldurluq edən qardaşlar saxlanılıblar. Daxili İşlər Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, paytaxtın Nizami rayonunda yetkinlik yaşına çatmayan 15 yaşlı uşağa qarşı quldurluq edilib. Hadisə zamanı naməlum şəxslər zərərçəkən orta məktəbdən qayıdan zaman ona yaxınlaşaraq fiziki zor tətbiq edib, iki ədəd mobil telefonunu əlindən alıblar. Bakı Şəhər Baş Polis İdarəsinin Ci...
Kriminal
Cinayət işi açılıb Fevralın 9-da Bakının Nəsimi rayonu ərazisində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən xüsusi əməliyyat keçirilib. BakuCity.az-ın məlumatına görə, hüquq-mühafizə orqanlarından Baku.ws-ə bildirilib ki, Toğrul Fikrət oğlu Əhmədov əməliyyat məlumatları əsasında saxlanılıb. Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Nəsimi rayonu ərazisində keçirdikləri...
Kriminal
"3-4 aydır bizi aldadır. Hər ay deyir ki, gələn ay maaş olacaq" İşə düzəltmək adı ilə yüzlərlə insanın pulunu mənimsəyən “Mak Marin LTD” şirkətinin təsisçisi və rəhbəri Mətanət Süleymanzadənin fırıldaq sxemi bir neçə ili və fərqli 3 şirkəti əhatə edir. BakuCity.az Musavat.com-a istinadən xəbər verir ki, hazırda soyadı Həsənovadan Süleymanzadəyə dəyişdirilən Mətanət Zahir qızı haqqında 2016 və 2019-cu illərdə yazılar dərc edilib. “Yeni Müsavat”ın 17.04.2016...
Kriminal
Silah-sursatın ona məxsus olduğunu etiraf edib Bakıda silahlı şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis bölməsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxsi saxlayıb. Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Sabunçu rayon sakini Elxan Va...
Kriminal
Polisə təslim olub Bakıda qardaş qısqanclıq zəminində bacısını qətlə yetirib. BakuCity.az xəbər verir ki, hadisə Nəsimi rayonu H.Əliyev küçəsi, 12, mənzil 26 ünvanında qeydə alınıb. Zəngilan rayon sakini, 1963-cü il təvəllüdlü Sahib Cəfərov qısqanclıq zəminində bacısı, 1967-ci il təvəllüdlü Tovus Cəfərovanı boğaz nahiyəsindən ülgüclə kəsərək qətlə yetirib. S.Cəfərov daha sonra könüllü şəkildə polisə təslim olub. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Ci...
Kriminal
Onun digər oğurluq əməllərində iştirakı istisna olunmur Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 28-i saat 18:45 radələrində Nəsimi rayonu, "Bülbül" prospekti, 18 ünvanında yerləşən "Bravo" marketində Bakı şəhər sakini T.Rüstəmova məxsus içərisində 3 ədəd mobil telefon və bank kartları olan əl çantasını oğurlamaqda şübhəli bilinən 1972-ci il təvəllüdl...
Kriminal
"Gəlib hamınızı öldürəcəyəm, ya da özünü öldür, qurtar" Xəbər verdiyimiz kimi, paytaxtın Yasamal rayonunda Şuşa şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı Nizami Bəhmənovun oğlu həyat yoldaşını bıçaqlayıb. BakuCity.az xəbər verir ki, Unikal.org Ceyhun Bəhmənovla bıçaqladığı həyat yoldaşı Dilarə Bəhmənovanın hadisədən öncəki telefon danışığını əldə edib. Həmçinin oxu: Şuşanın sabiq icra başçısının oğlu 22 il əvvəl də nişanlısını bıçaqlamışdı - TƏFƏRRÜAT +...
Kriminal
Əməliyyat davam edir Bakıda onlayn yolla narkotik vasitələr və psixotrop maddələr satan narkokuryerlər saxlanılıblar. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat həyata keçirilib. Belə ki, Baş İdarəyə Murad adlı şəxsin “Whatsapp” ani mesajlaşma şəb...
Kriminal
Günahını etiraf edib Qobustan qəsəbəsində daha bir narkotacir saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən Qobustan qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan daha bir şəxsi tutub. Belə ki, Qaradağ RPİ əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbir...
Kriminal
Xəstəxanaya çatdırılıb Bakının Sabunçu rayonunda 59 yaşlı kişi bıçaq xəsarəti alıb. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Maştağa qəsəbəsində 1961-ci il təvəllüdlü İbrahimov Vahid Əlibala oğlu qızı tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. BakuCity.az
Kriminal
"Nərminin atası içki düşkünlüyündən əziyyət çəkir" Tovuz rayonu, Dondar Quşçu kəndinin 10 yaşlı sakini Nərmin Quliyevanın qətli ilə əlaqədar internetdə səs yazısını yayan anonim müəllif öz oyununu oynayır. BakuCity.az xəbər verir ki, bu barədə Oxu.az-a Tovuz rayon polis şöbəsindəki mənbə bildirib. Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov isə bildirib ki, audioyazı istintaq-əməliyyat qrupuna təhvil verilib. Həmçinin oxu: Atası Nərmin Quli...
Kriminal
"Hər şeyi bilirlər. Polisə aparsalar, hamısı aydın olacaq" Tovuzda qətlə yetirilərək yandırılan 10 yaşlı Nərmin Quliyevanın nənəsi Minayə İsmayılova qeyd edilən cinayətlə bağlı sosial şəbəkədə yayılan səs yazısına münasibət bildirib. BakuCity.az xəbər verir ki, M.İsmayılova Trend-ə qətldə adı hallandırılan Altay Ələkbərovu tanıdığını bildirib: "Altayı tanıyıram. Qızımgilin qonşusudur və həqiqətən də "VAZ 2107" markalı avtomobili var. Altay kənddə suvaqçı v...
Kriminal
"Kənddə mal-qara oğurlamışdı, amma mənim üstümə atmaq istəyirdi" Tovuz rayonunun Dondar-Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı "Youtube"da sensasion səs yazısı yayılıb. BakuCity.az xəbər verir ki, səs yazısında naməlum şəxs N.Quliyevanın ölümündə 38 yaşlı Dondar Quşçu sakini Ələkbərov Altay Famil oğlunu günahlandırıb. O bildirib ki, Nərmini məhz həmin şəxs qətlə yetirib. Eyni zamanda, onun 069 nömrəli VAZ 2107 markalı avtomobili idarə e...
Kriminal
"İlkin Süleymanovu yalandan həbs ediblər, o günahsızdır" Tovuz rayonunun Dondar-Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı “Youtube”da səs yazısı yayılıb. BakuCity.az “Report”a istinadən xəbər verir ki, səs yazısında naməlum şəxs N.Quliyevanın ölümündə təqsirləndirilən İlkin Süleymanovun günahsız olduğunu qeyd edib. Həmin şəxs iddia edib ki, N.Quliyevanı onun həmkəndlisi M.M. (məlumat təsdiqini tapmadığı üçün ad və soyadı göstərilmir) öldür...
Kriminal
D.Bəhmənovanın vəziyyəti kritikdir Bakının Yasamal rayonunda Şuşa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizami Bəhmənovun oğlu keçmiş həyat yoldaşını - 1982-ci il təvəllüdlü Dilarə Faiq qızı Bəhmənovanı öldürməyə cəhd edib. BakuCity.az xəbər verir ki, 1981-ci il təvəllüdlü Ceyhun Bəhmənov fevralın 1-də günorta saatlarında Hüseyn Cavid parkının yaxınlığında 15 yaşlı qızı ilə gəzən D.Bəhmənovaya bıçaqla hücum edib. Onun bədəninə, üzünə və boğazına ümumilik...
Kriminal
Günahlarını etiraf ediblər Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, əməliyyat zamanı Balaxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan, əvvəllər məhkum olunmuş qəsəbə sakini Tural Vəliyev və tanışı, paytaxt sakini Bahadır Kərimov t...
Kriminal
Cinayət işi açılıb  Bakıda gecə klubunda narkotik maddə satan şəxs saxlanılıb. BakuCity.az APA-ya istinadən verdiyi məlumata görə, Nəsimi rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü İ.Rzayev saxlanıb. Ondan 0,23 qram metidioksimetamfetamin götürülüb. Davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Rzayevə narkotik maddəni satan R.Əliyev Mux...
Kriminal
Təqsirini etiraf edib “İnstagram” sosial şəbəkəsində narkotik vasitələrin qəbulunu təbliğ edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən BakuCity.az-a bildirilib ki, DİN-in “İnstagram” sosial şəbəkəsindəki “polisazerbaycan” rəsmi səhifəsinə vətəndaşlardan biri müraciət edərək həmin sosial şəbəkədəki “tt.elcan_” adlı profildə narkotik vasitələrin qəbulunun təbliğ edildiyi barədə məlumat verib. Məlumat aidiyyəti üzrə Baş Narkotiklə...
Kriminal
Əmisi oğluna görə şərləndiyini bildirir Tovuz rayonunun Dondar-Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində şübhəli bilinən İlkin Süleymanovun polis əməkdaşı olan əmisi oğlu Murad Süleymanov işdən azad edildiyini bildirib. BakuCity.az “Report”a istinadən məlumat verir ki, M.Süleymanov mətbuata açıqlamasında bir neçə gün əvvəl işdən azad olunması üçün ərizə verdiyini qeyd edib. O söyləyib ki, ərizəsi qəbul edilib, daxili işlər orqanlarında xidmətdən...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?