usd:
1,69 ₼
eur:
1,86 ₼
Bu gün
+13... 16 °С
Buludsuz, yağmursuz
Sabah
+11... 16 °С
Buludlu, yağmursuz
Bu gün
+13... 16 °С
Buludsuz, yağmursuz
Sabah
+11... 16 °С
Buludlu, yağmursuz
Filters
Filters
Hakimiyyət
Fərman iyunun 1-dək qüvvədədir Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli fərmanı ilə təsdiq edilmiş “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. BakuCity.az-ın məlumatına görə, dəyişikliyə əsasən, “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”na aşağıdakı məzmunda 28-30-cu hissələr əla...
Hakimiyyət
Gündəliyə 16 məsələ daxil edilib Milli Məclisin 30 mart tarixində keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb. BakuCity.az-ın məlumatına görə, Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya açıqlamasında bildirib ki, iclasın gündəliyinə 16 məsələ daxil edilib. Bunlar, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik edilməsi, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə dəyiş...
Hakimiyyət
Prezidentdən əlavə dəyər vergisi ilə bağlı fərman verib Prezident İlham Əliyev “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb. BakuCity.az xəbər verir ki, sənədi AZƏRTAC dərc edib. Fərmana əsasən, “Fiziki şəxs o...
Hakimiyyət
İlkin olaraq 20 milyon manat ayrıldı Prezident İlham Əliyev Azərbaycanda əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. BakuCity.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılır. “Koronavirusla...
Hakimiyyət
Karantin tədbirləri görülür, yeni laboratoriyalar alınıb "Xahiş edirəm ki, hər bir vətəndaş öz məsuliyyətini dərk etsin". BakuCity.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyib. Dövlətimizin başçısı qeyd edib ki, bu il koronavirusa görə kütləvi tədbirlərin keçirilməsi mümkün deyil: "Əminəm ki, Azərbaycan xalqı bu vəziyyəti yaxşı anlayır. Azərbaycan dövləti tərəfindən görülən bütün təd...
Hakimiyyət
"Nəqliyyat sahəsində işlər yaxşı gedir" Bakının digər qəsəbələrinə də dəmir yollarının çəkilişi nəzərdə tutulur. BakuCity.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Novxanıda dəmiryol işçiləri ilə görüşündə deyib. Dövlət başçısı qeyd edib: "Mənə bu gün təqdim edilən xəritədə “Azərbaycan Dəmir Yolları” QSC-nin gələcək planları göstərilir. Digər qəsəbələrə, kəndlərə dəmir yollarının çəkilişi nəzərdə tutulur, layihələr hazırlanır. Biz tədricən bu işlə...
Hakimiyyət
"Əminəm ki, dövlətimiz və xalqımız bu sınaqdan da üzüağ çıxacaq" Azərbaycanda koronavirusun yayılması o qədər də geniş vüsət almayıb. BakuCity.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Novxanıda dəmiryol işçiləri ilə görüşündə deyib. Dövlət başçısı qeyd edib ki, bütün dünya indi koronavirusdan əziyyət çəkir: "Azərbaycan bu istiqamətdə önləyici tədbirlər görmüşdür. Məhz ona görə hazırda ölkəmizdə koronavirusun yayılması o qədər də geniş vüsət almay...
Hakimiyyət
"Bu gün laqeydlik yolverilməzdir" Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “COVID-19” (koronavirus) epidemiyası ilə bağlı xalqa müraciət edib. BakuCity.az həmin müraciəti təqdim edir: "Dünya qlobal çağırışla üz-üzədir. Hələ bir il bundan əvvəl bizim əksəriyyətimiz sadəlövhcəsinə güman edirdik ki, pandemiya, bugünədək bəlli olmayan və insan həyatına son qoyan təhlükəli xəstəliklər dövrü keçmişdə qalıb. İnanırdıq ki, biologiya elminin, tibbin,...
Hakimiyyət
Dövlət başçısı da iştirak edib Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışı olub. Bu barədə BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib. BakuCity.az
Hakimiyyət
Yeni spiker koronavirusdan danışdı Milli Məclisdə Azərbaycanda kononavirusla bağlı müzakirələr başlanılıb. BakuCity.az-ın Modern.az-a istinadən verdiyi məlumata görə, Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bü gün iclasda koronavirusla mübarizənin təşkili məsələsi müzakirə olunacaq. O qeyd edib ki, Azərbaycanda bu sahədə görülən işlər Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yüksək qiymətləndirilir. S.Qafarova vurğulayıb ki, Azərbaycanın Baş...
Hakimiyyət
"İnsanlar var ki, bir gün işləməsə, evinə çörək apara bilməz" “Koronavirus dünya üçün böyük bir bəla olduğundan Azərbaycan bundan kənarda qalmayıb. Ancaq mən ölkəni ölü dövlətə çevirməyin tərəfdarı deyiləm”. BakuCity.az xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib. Onun fikrincə, insanlar var ki, bir gün işləməsə, evinə çörək apara bilməz: “Bir günlük, beş günlük müqavil...
Hakimiyyət
3 yeni qurum yaradıldı Prezident İlham Əliyev xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında fərman imzalayıb. BakuCity.az-ın məlumatına görə, fərmana əsasən, Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilir, onun əsasında aşağıdakı dövlət orqanları yaradılır: - Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti; - Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti; - Azərbaycan Respublikas...
Hakimiyyət
"Bu allahsızlıqdır və onlar bu cinayətlərə görə cavab verəcəklər" Bəzi yaramaz icra başçıları həm özlərini, həm də iqtidarımızı biabır ediblər. BakuCity.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edərkən deyib. Dövlət başçısı qeyd edib: "Neftin qiymətinin kəskin düşməsi nəticəsində təbii ki, biz dövlət investisiyalarını kəskin ixtisar etdik. Bunun nəticəsində işsizliyin səviyyəsi artmışdır....
Hakimiyyət
"Bu vətəndaşlara ikinci dəfə heç bir dəstək göstərilməməlidir" Mal-qara ilə təmin olunan vətəndaşların bəziləri o mal-qaranı aparıb bazarda satır. BakuCity.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edərkən deyib. Dövlət başçısı özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsi barədə göstəriş verdiyini xatırladıb: "Eyni zamanda, biz Dünya Bankını bu məsələyə cəlb etdik. Mənim Dü...
Hakimiyyət
Nazir əmr imzalayıb Gənclər və İdman Nazirliyində kadr dəyişikliyi olub. BakuCity.az Oxu.az-a istinadən verdiyi məlumata görə, bu barədə əmri Gənclər və İdman naziri Azad Rəhimov imzalayıb. Əmrə əsasən, Nəsirov Həmid Rauf oğlu Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib. O, bundan əvvəl Göygöl Rayon İcra Hakimiyyətində Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. BakuCity.az
Hakimiyyət
Ölkədə koronavirusa yoluxan 15 nəfər var Milli Məclis koronavirus infeksiyasına (COVİD-19) görə yaranmış vəziyyəti müzakirə edəcək. BakuCity.az “Report”a istinadən məlumat verir ki, bununla bağlı artıq parlamentə sənəd daxil olub. Layihəyə yaxın günlərdə Milli Məclisin iclasında baxılacaq. Həmçinin oxu: Koronavirus zərərsizləşdirildi - Alimlərdən ŞAD XƏBƏR Qeyd edək ki, Azərbaycanda hazırda koronavirusa yoluxan 15 nəfər var. Bu gündən etibarən ölkə ərazisi...
Hakimiyyət
Bu vəsaitlər sabah tələbat yarandıqca dəyişəcək “Ölkəmizin ehtiyatları, xarici valyuta ehtiyatlarımız hazırda ən yüksək həddədir. Mərkəzi Bankın ehtiyatları, fiskal ehtiyatlar, Neft Fondunun birgə ehtiyatları - hamısı 52 milyardı üstələyir”. BakuCity.az-ın məlumatına görə, bunu Birinci vitse-prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” verilişində bildirib. X.Əhədov, həmçinin daxili bazarda xarici val...
Hakimiyyət
Deputatlar da yoxlanılacaq Bu gün Milli Məclisin iclasını işıqlandırmaq üçün parlamentə gələn jurnalistlər termovizor yoxlanışından keçəcək.  Bu barədə BakuCity.az-a Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.  Onun sözlərinə görə, koronavirus təhlükəsi ilə əlaqədar MM-ə gələn hər bir şəxs, o cümlədən deputatlar və jurnalistlər prosesdur qaydalara uyğun olaraq bu yoxlanışdan keçməlidir.  BakuCity.az
Hakimiyyət
Komitə sədri oldu Prezident İlham Əliyev Bahar Muradovaya vəzifə verib. Həmçinin oxu: Elmira Axundova səfir təyin edildi BakuCity.az-ın məlumatına görə, dövlət başçısının müvafiq sərəncamı ilə Bahar Əvəz qızı Muradova Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib. BakuCity.az
Hakimiyyət
"Dövlət işində işləmək istəyənlərin niyyəti, əməlləri təmiz olmalıdır" İcra orqanlarında təmizləmə işləri davam edəcək. BakuCity.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasındakı çıxışında deyib. Həmçinin oxu: Prezident: "Əvvəllər bir çox məsələləri məndən gizlədirdilər, malalayırdılar" Dövlət başçısı qeyd edib ki, bəzi yerli icra orqanlarında müşahidə olunan biabırçı mənzərə bütün xalqımızı hiddətləndirir: "Bunda...
Hakimiyyət
"Hələ hesab edirik ki, bəli, orada hansısa icra başçısı bir ağadır, xandır" Əvvəllər şikayət məktublarını gizlədirdilər. BakuCity.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasındakı çıxışında deyib. Dövlət başçısı qeyd edib: "Mən indi vətəndaşlara ictimai nəzarət haqqında daim müraciət edirəm ki, bu proses yavaş gedir, hələ öyrəşməmişik. Hələ hesab edirik ki, bəli, orada hansısa icra başçısı bir ağadır, xandır, istə...
Hakimiyyət
Süni qiymət artımına və əsassız qıtlığa qarşı sərt tədbirlər görüləcək Martın 10-da Azərbaycan Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə müşavirədə qlobal enerji bazarında vəziyyət və onun iqtisadiyyata təsirinə dair məsələlər müzakirə edilib. BakuCity.az xəbər verir ki, müşavirədə Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Ş...
Hakimiyyət
Əli Hüseynli birinci vitse-spiker oldu Altıncı çağırış Milli Məclisin bu gün keçirilən iclasında parlamentin yeni sədr müavinləri seçilib. BakuCity.az xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini vəzifəsinə deputat Əli Hüseynli seçilib. Həmçinin oxu: Milli Məclisin yeni sədri seçildi - TƏRCÜMEYİ-HALI Deputatlar Adil Əliyev və Fəzail İbrahimli Milli Məclis sədrinin müavinləri seçiliblər. Qeyd edək ki, parlamentin yeni sədri isə Sahibə Qafarova olub...
Hakimiyyət
Namizədliyi YAP tərəfindən irəli sürülüb Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası davam edir. BakuCity.az “Report”a istinadən xəbər verir ki, iclasın sədri Ziyad Səmədzadə gündəliyi təqdim edib. Gündəlik təsdiqləndikdən sonra Milli Məclis sədrinin seçilməsi məsələsi müzakirə olunub. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisə sədri kimi namizədliyi irəli sürülüb. S.Qafarova Yeni A...
Hakimiyyət
İclasa Ziyad Səmədzadə sədrlik edir Martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir. BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir. İclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açaraq deputatları təbrik edib. Bildirib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, parlamentin ilk iclasını ən yaşlı deputat aparır və bu...
Hakimiyyət
Bugünkü iclasda müəyyənləşib Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisin sədri və sədrin müavinləri postlarına namizədləri məlum olub. BakuCity.az xəbər verir ki, namizədlər YAP-ın İdarə Heyətinin bu gün keçirilən iclasında müəyyənləşib. Hakim partiyanın Milli Məclisin sədri postuna namizədi Sahibə Qafarova, sədrinin birinci müavini vəzifəsinə namizədi Əli Hüseynli, sədrin müavini postuna namizədi isə Hicran Hüseynovadır. BakuCity.az
Hakimiyyət
"Qafqaz Albaniyası dövləti də burada göstərilmir" Martın 4-də Tovuzda Tarix-Diyarşünaslıq Muzeyinin açılışı olub. BakuCity.az AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyev muzeyin eksponatları ilə tanış oldu. Burada nümayiş olunan tarixi xəritələrlə bağlı iradlarını bildirən Prezident İlham Əliyev dedi: - Bu, neçənci...
Hakimiyyət
Tapşırıq və tövsiyələrini verib Azərbaycan Prezidenti İlham Əliyev Nahid Bağırovu İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib. Həmçinin oxu: İlham Əliyev Neftçala əməliyyatından danışdı: "Xəstələrin boğazından kəsilən pullar hesabına varlanıb" BakuCity.az xəbər verir ki, Prezident görüşün əvvəlində Mirhəsən Seyidova irad tutaraq yerini dəyişm...
Hakimiyyət
Kabinetdə müxtəlif adamlardan rüşvətin alınması biabırçı mənzərədir Neftçalanın keçmiş icra başçısının biabırçı hərəkətləri xalqda nifrət hissi oyadır. BakuCity.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev İsmayıllı və Neftçala rayonlarına təyin edilən yeni icra başçılarını qəbul edərkən deyib. Dövlət başçısı qeyd edib ki, Neftçala rayonunda aparılmış xüsusi əməliyyat, xalqın gözü önündə bu biabırçı mənzərə bir daha göstərdi ki, əfsuslar olsun, bizim...
Hakimiyyət
2014-cü ildən “İRƏLİ” İctimai Birliyinin sədridir Prezident İlham Əliyev Mirhəsən Mirheydər oğlu Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edib. BakuCity.az xəbər verir ki, Mirhəsən Seyidov 15 iyul 1989-cu ildə Sumqayıt şəhərində anadan olub. 1995-ci ildən 287 saylı “Zəkalar” liseyində təhsil almağa başlayıb. 2006-cı ildə orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Universitetinin Vergi və vergitutma fakültəsinə yüksək göstərici ilə daxil...
Hakimiyyət
Yeni təyinatlar da var Prezident İlham Əliyev Mirdaməd Mirsadıq oğlu Sadıqovun İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. BakuCity.az-ın məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə Nahid Rza oğlu Bağırov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Daha bir sərəncamla isə Mirhəsən Mirheydər oğlu Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. BakuCity.az
Hakimiyyət
4 yer boşdur Bu gün Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib. BakuCity.az xəbər verir ki, nəticələrə əsasən 125 seçki dairəsinin 121-dən Milli Məclisə deputat seçilib. Milli Məclisinə seçkilərdə 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələri isə etibarsız sayılıb. VI çağırış M...
Hakimiyyət
Prezident İlham Əliyevdən məmurlara daha bir xəbərdarlıq Ölkə başçısı martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında “ASAN xidmət” könüllüləri və əməkdaşları ilə görüşündə onun üçün qoyulmuş xüsusi kresloya irad bildirərək, onu adi stulla əvəzlədib. Bu barədə BakuCity.az AzTV-yə istinadən məlumat verir. Prezident bildirib: "Mənə belə xüsusi kreslo qoymusunuz. Adi stuldan yoxdur? Götürün. Belə şeylərə yol vermək olmaz. Qətiyyən". BakuCity.az
Hakimiyyət
"İcbari tibbi sığorta pulvermə praktikasına da tamamilə son qoyacaq" Qeyri-rəsmi işləyən hər bir vətəndaş icbari tibbi sığortadan məhrum olacaq BakuCity.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Qazaxda əhəng zavodunun açılışında iştirak edərkən rayon ictimaiyyətinin bir qrupu və müəssisənin kollektivi ilə görüşündə deyib. İlham Əliyev vurğulayıb ki, bu ilin büdcəsi rekord həddə çatıb, Azərbaycan tarixində bu ölçüdə, bu böyüklükdə büdcə xərcləri o...
Hakimiyyət
Narahatlığa heç bir ciddi əsas yoxdur Azərbaycanda koronavirusla bağlı vəziyyət nəzarət altındadır. BakuCity.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edərkən deyib. Dövlət başçısı qeyd edib ki, hazırda dünya gündəliyini zəbt edən koronavirus məsələsidir və demək olar, bütün ölkələrdə bu məsələ müzakirə olunur: "Azərbaycana gəldikdə, deyə bilərəm ki, vəziyyət nəzarət altındadır və mənim göst...
Hakimiyyət
Rövşən Cavadov Dövlət Neft Fondunun İcraçı direktorunun müavini təyin edilib Azərbaycan Prezidenti İlham Əliyevin 2 mart 2020-ci il tarixli sərəncamı ilə Rövşən Nazim oğlu Cavadov Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktorunun müavini vəzifəsinə təyin edilib. BakuCity.az xəbər verir ki, R.Cavadov 2014-cü ildən hazırkı tarixədək ARDNF-nin İnvestisiya departamentinin direktoru vəzifəsində çalışıb. Daha öncələr Fondun İnvestisiya dep...
Hakimiyyət
Müvafiq idarələrə həvalə olunub Azərbaycanın daxili işlər orqanlarında struktur dəyişikliyi olub. BakuCity.az “Report”a istinadən məlumat verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Baş Narkotiklərlə Mübarizə İdarəsi və Daxili Təhqiqatlar Şöbəsi ləğv edilib. Ləğv edilən idarə və şöbənin vəzifələri Daxili İşlər Nazirliyinin müvafiq idarə və baş idarələrinə...
Hakimiyyət
Narahat edilməməsini xahiş edib Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Nadir Abıyev işdən azad edilib. BakuCity.az "Qafqazinfo"ya istinadən məlumat verir ki, icra başçısı Şahin Məmmədov ötən gün bu barədə əmr imzalayıb. N.Abıyev xidmətdə olmanın yaş həddi ilə əlaqədar işdən azad olunub. Qeyd edək ki, N.Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin icra başçısı Əhəd Abıyevin qardaşıdır. N.Abıyevlə əlaqə saxlayarkən i bu məsələ barədə narahat...
Hakimiyyət
Heykəlin postamenti də yenilənib Martın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şah İsmayıl Xətainin heykəlinin köçürüldüyü yeni salınmış parkda olub. BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Mərkəzi Neftçilər Xəstəxanasının yanında Şah İsmayıl Xətainin heykəlinin köçürüldüyü yeni salınmış parka gəldi. Dövlətimizin başçısı heykəlin önünə gül dəstələri qoydu. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov b...
Hakimiyyət
Təlimlər martın 6-dək davam edəcək Qoşunların 2020-ci tədris ilinin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusu genişmiqyaslı komanda-qərargah təlimlərinə başlayıb. Bu barədə BakuCity.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Martın 6-dək davam edəcək təlimlər informasiya texnologiyalarının geniş tətbiqi, həmçinin heyətlərin, vaxt göstəriciləri və qəbul edilən qərarların icrası planlarının yoxlanılmasının müvafiq idarəetmə orqanları ilə dəqiqləşdiril...
Hakimiyyət
Sərəncam imzalandığı gündən qüvvəyə minir Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin bir sıra ali zabitlərinin həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında sərəncam imzalayıb. BakuCity.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, aşağıdakı ali zabitlər hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılsınlar: general-leytenant Cəbrayılov Asif Mikayıl oğlugeneral-leytenan...
Hakimiyyət
Rəsmilər “Ana harayı” abidəsinin önünə gül dəstələri qoyublar Bu gün Bakıda Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilir. BakuCity.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və digər yüksək vəzifəli şəxslər “Ana harayı” abidəsinin önünə əklil və gül dəstələri qoyublar. Mərasimə Azərbaycan Respublikasının ilk Prezidenti Ayaz Mütəllibov da qatılıb. O, Prezident İlham Əliyevlə, həmçinin Mehriban Əliyeva ilə...
Hakimiyyət
Müvafiq tapşırıqlar verilib Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Daxili İşlər, Fövqəladə Hallar, Səhiyyə nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin rəhbər vəzifəli şəxsləri və mütəxəssislər İran İslam Respublikası ilə dövlət sərhədində yerləşən “Astara” və “Biləsuvar” buraxılış məntəqələrinə səfər ediblər. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən...
Hakimiyyət
Səsvermə günü cəmi 350 səs toplayıb Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Neftçala Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat çərçivəsində otağına baxış keçirilən icra başçısının müavini Gültəkin Sadıqova YAP-ın deputatlığa namizədi olub. BakuCity.az "Qafqazinfo"ya istinadən məlumat verir ki, o, 9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində 61 saylı Neftçala seçki dairəsindən mübarizəyə qoşulub. Həmçinin oxu: Tutulan icra...
Hakimiyyət
Dubayda və Türkiyədə də biznes qurub Ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin və onun müavinlərinin, rayon təhsil şöbəsi müdirinin və yerli xəstəxananın baş həkiminin həbsinə dair əməliyyat görüntülərini yayıb. BakuCity.az Yeniavaz.az-a istinadən məlumat verir ki, icra başçısı büdcə vəsaitlərini talamaq, rüşvət almaq və sosial iş yerləri layihəsinə cəlb edilən vətəndaşların kartlarını cibinə...
Hakimiyyət
"Lütvəli Babayevin dövründə bu cür hadisələr, üsyan-müsyan olmayıb" Zərdab rayonunda Çallı kəndinin bir qrup sakini örüş torpaqlarının qanunsuz zəbt olunmasına etiraz ediblər. BakuCity.az Unikal.org-a istinadən xəbər verir ki, hadisə yerinə gələn Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov sakinlərlə görüşüb və bu məsələdə sələfi Lütvəli Babayevi günahkar bilib: "Siz deyirsiniz ki, sözügedən torpaqlarla bağlı müvafiq dövlət qurumlarına şikayət ünvanla...
Hakimiyyət
Geniş məlumat veriləcək Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçaladakı əməliyyatla bağlı məlumat yayıb. DTX-nin İctimai əlaqələr şöbəsindən BakuCity.az-a verilən məlumata görə, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlan...
Hakimiyyət
Həkimlərə “tas” qoyub Yerli medianın yazdığına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DXT) xüsusi təyinatlıları Neftçala Rayon İcra Hakimiyyətinin binasına daxil olub. Bildirilir ki, Neftçalanın icra başçısı İsmayıl Vəliyev rüşvət alarkən tutulub. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, İsmayıl Vəliyevin adı bundan əvvəl bir çox qalmaqallarda hallanıb. Yerli mətbuatda İ.Vəliyevin qanun pozuntularına yol verməsi ilə bağlı bir çox iddialar yer alıb....
Hakimiyyət
"Havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir, xüsusilə, tıxac olan yerdə" Parkinq məsələsində də hər şeyə ədalətli yanaşmalıyıq. BakuCity.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edərkən deyib. Dövlətimizin başçısı qeyd edib: "Parkinq imkanları olmalıdır ki, sonra biz vətəndaşlardan bu qaydalara riayət etmələrini tələb edək. Ona görə, bəzi hallarda sürücülər bu qaydaları k...
Hakimiyyət
Bu günədək avtobus parkı 40 faizə yaxın yenilənib Yaxın üç ildə Bakıda bütün avtobuslar yenilənəcək. BakuCity.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Prezident İlham Əliyevin qəbulunda olarkən deyib. O bildirib ki, keçən il Bakı şəhərində fəaliyyət göstərən 2200 avtobusla 801 milyon sərnişin daşınıb: "Ümumi daşıyıcıların sayı 65-dən 37-yə endirilib. Yəni, iki avtobusu olan şəxslər var idi ki, onlar da fəaliyy...
Hakimiyyət
Görüntülər ciddi şəkildə araşdırılır Sosial şəbəkələrdə seçki dairələri ilə bağlı yayılan bütün məlumatlar araşdırılır. BakuCity.az xəbər verir ki, bunun Mərkəzi Seçki Komissiyasının (MSK) bügünkü iclasında qurumun sədri Məzahir Pənahov deyib. Həmçinin oxu: Çingiz Qənizadə, Rauf Arifoğlu və Hadı Rəcəblinin seçildiyi dairələrdə nəticələr ləğv edildi - RƏSMİ + YENİLƏNİB M.Pənahov bildirib ki, bu baxımdan sosial şəbəkələrin böyük rolu var: “Komissiya nədən şü...
Hakimiyyət
Seçki bülletenləri əvvəlcədən kəsilib, müşahidəçilərə maneə yaradılıb Mərkəzi Seçki Komissiyasının iclasında 33 saylı Xətai birinci seçki dairəsi ilə bağlı şikayətlərə də baxılıb. Bu dairənin lider namizədi isə Hüseynbala Mirələmov olub. BakuCity.az-ın məlumatına görə, MSK üzvü İlkin Şahbazov bildirib ki, bu dairədə 21 seçki məntəqəsi üzrə pozuntular aşkar edilib. Həmin məntəqələr üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə...
Hakimiyyət
Prezident Administrasiyasının şöbə müdiri olub Azərbaycan İqtisadiyyat nazirinə yeni müavin təyin olunub.  BakuCity.az "Report"a istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin sərəncamı ilə bu vəzifəyə Rövşən Nəcəf təyin olunub. Nazirlik bu faktı təsdiq edib. Qeyd edək ki, R.Nəcəf 2019-cu ilin sentyabrında Azərbaycan Prezidentinin sərəncamına əsasən, Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilmişdi. R.Nəcəf bundan öncə Prezident Adm...
Hakimiyyət
"Bu, onu göstərir ki, seçkilər rəqabət şəraitində keçib" Seçkilərdə pozuntulara yol vermiş şəxslər cəzalandırılacaq. BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Kürdəmirdə ASAN könüllüləri ilə görüşündə deyib. Dövlət başçısı qeyd edib: "Parlament seçkiləri bir daha onu göstərdi ki, bizim niyyətimiz demokratik inkişafın təmin edilməsidir. Çünki hətta bizə həmişə ən tənqidi mövqedən yanaşan təşkilatlar da seçkilərlə bağlı məruzəsində...
Hakimiyyət
Müraciətə baxılıb Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat, REAL partiyaları, “D 18” təşkilatı və müstəqil namizədlərin mitinqlə bağlı müraciətinə cavab verib. BŞİH-dən BakuCity.az-a verilən məlumata görə, müraciətə baxılıb və mitinqin keçirilməsinə razılıq verilməyib. Qeyd edək ki, Müsavat, REAL partiyaları, “D 18” təşkilatı və müstəqil namizədlər seçkidə baş verənlərlə bağlı metronun "28 May" stansiyasının qarşısındakı meydanda mitinq keçirmək barədə B...
Hakimiyyət
İlham Əliyev “ASAN könüllüləri” ilə görüşüb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı mərkəzin açılışını bildirən düyməni basdı. Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasi...
Hakimiyyət
9 deputat 6-cı dəfədir seçilib Artıq VI çağırış üzrə Milli Məclisin tərkibi müəyyən edilib. BakuCity.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, budəfəki tərkibdə yeni simalarla yanaşı, uzun illərdir deputat kürsüsündə əyləşənlər də az deyil. Belə ki, VI çağırış üzrə deputat seçilənlərdən 43-ü yeni sima, 82 nəfəri isə artıq bir neçə dəfə qanunverici orqanda yer alanlardır. 9 deputat – Vasif Talıbov, Eldar İbrahimov, Madər Musayev, Mixail Zabelin, Fəzail...
Hakimiyyət
"Bəzi beynəlxalq müşahidə missiyalarının mənfi rəyinə çoxdan öyrəşmişik" “Bu seçkilər çox önəmli idi. Çünki bu seçkilər Azərbaycanda aparılan islahatlara dəstək verməlidir və seçkilərin növbədənkənar keçirilməsinin əsas məqsədi də o idi ki, vaxt itirmədən islahatlar davam etdirilsin”. BakuCity.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 10-da Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümay...
Hakimiyyət
Rauf Arifoğlu da qələbə qazandı Mərkəzi Seçki Komisiyası (MSK) fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində bəzi seçki dairələrinin qaliblərini açıqlayıb. BakuCity.az xəbər verir ki, bundan əvvəl lider namizədlərin müəyyənləşmədiyi 7 dairədə qaliblər artıq məlumdur: Həmçinin oxu: 26 yaşlı qız da deputat seçildi - FOTO 17 saylı Yasamal üçüncü seçki dairəsi - Elnur Allahverdiyev 35 saylı Xətai üçüncü seçki dairəsi - Rauf Arifoğlu 42 saylı Sum...
Hakimiyyət
Raul Usubov Qaradağ Rayon Mühafizə İdarəsinin rəisi təyin edilmişdi Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. BakuCity.az “Report”a istinadən xəbər verir ki, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Arzu Heydərov tutduğu vəzifədən azad olunaraq DİN-in Baş Cinayət Axtarış İdarəsinin (BCAİ) rəis müavini vəzifəsinə təyin edilib. Qeyd edək ki, bir müddət ə...
Hakimiyyət
Yarımstansiya 110/35/6 kV-luqdur "Azərenerji" ASC-nin "Dübəndi" yarımstansiyanın açılışı olub. BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir ki, fevralın 10-da Azərbaycan Prezidenti İlham Əliyev paytaxtın Pirallahı rayonunda "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin əsaslı şəkildə yenidən qurulan 110/35/6 kV-luq "Dübəndi" yarımstansiyanın açılışında iştirak edib. BakuCity.az
Hakimiyyət
S.Xasıyevanın namizədliyi YAP tərəfindən irəli sürülmüşdü Mərkəzi Seçki Komissiyası fevralın 9-da keçirilən növbədənkənar seçkilərin ilkin nəticələrini açıqlayıb. BakuCity.az xəbər verir ki, 12 saylı Binəqədi-Yasamal-Qaradağ seçki dairəsindən lider namizəd bir çoxları üçün gözlənilməz olub. Həmçinin oxu: Azərbaycanda parlament seçkilərinin ilkin NƏTİCƏLƏRİ - SİYAHI Bu dairədən 26 yaşlı Səbinə Xasayeva Natiq Cəfərlini qabaqlayaraq deputat seçilib. S.Xasıyev...
Hakimiyyət
"Heç bir toxunulmaz məmur yoxdur, hər kəs mükafatını da, cəzasını da öz əməlinə görə alacaq" Azərbaycanda kölgə iqtisadiyyatına son qoyulmalıdır. BakuCity.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib. Dövlət başçısı bildirib ki, sahibkarlara çox böyük hərtərəfli dəstək gös...
Hakimiyyət
Bakı-Yalama dəmir yolunun yenidən qurulması da gündəlikdədir Bakının dəmir yolu olmayan qəsəbələrinə dəmir yolunun çəkilişi nəzərdə tutulur. BakuCity.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib. Dövlət başçısı bildirib ki, keçən il nəqliyyat sahəsində böyük layihələr icra...
Hakimiyyət
"İxtisar edilən hər bir iş yeri bir ailəni çörəksiz qoyur" Heç bir işçi 8 saatdan artıq işləməməlidir. BakuCity.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib. Dövlət başçısı bildirib ki, vergi orqanlarında aparılan islahatlar da sahibkarlara böyük kömək göstərir: “Çünki sah...
Hakimiyyət
Orden P.Bülbüloğluna Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə verilib Polad Bülbüloğluna "Heydər Əliyev ordeni təqdim olunub. BakuCity.az AZƏRTAC-a istinadən məlumat verir ki, fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq artisti Polad Bülbüloğluna “Heydər Əliyev” ordenini təqdim edib. Orden P.Bülbüloğluna Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyəti...
Hakimiyyət
İlham Əliyev konfransda nitq söyləyib Fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilir. BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edir. Dövlətimizin başçısı konfransda giriş nitqi söyləyib. BakuCity.az
Hakimiyyət
Tibbi Xidmət İdarəsinin rəisinə general-mayor verilib Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. BakuCity.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin sədri Səfər Məmməd oğlu Mehdiyevə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilib. Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-leytenantı ali xüsusi rütbəsi verilib: - Dövlət Gömrük...
Hakimiyyət
6,4 milyon manat ayrılıb Prezident İlham Əliyev Sumqayıt şəhərinin qəsəbələrində və yeni yaşayış massivlərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. BakuCity.az-ın məlumatına görə, sərəncama əsasən, Sumqayıt şəhərinin qəsəbələrində və yeni yaşayış massivlərində avtomobil yollarının əsaslı təmiri məqsədilə 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dö...
Hakimiyyət
Əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb. BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev yanvarın 20-də Davosda “VTB Bank”ın prezidenti - İdarə heyətinin sədri Andrey Kostinlə görüşüb. Görüşdə “VTB Bank”ın Azərbaycanda uzun müddət uğu...
Hakimiyyət
Qanlı Yanvar hadisələrindən 30 il keçir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər. Dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının dövlət himni səsləndi. Qanlı Yanvar hadisələrindən 30 il keçir. 1...
Hakimiyyət
Sosial islahatlar bu il də geniş miqyasda davam edəcək 2019-cu il sosial sahədə uğurlu islahatlar ili olmaqla, vətəndaşların rifah halının yaxşılaşdırılmasının, iqtisadi islahatlardan əldə olunmuş əlavə gəlirlərin sosial sahəyə yönəldilməsinin Prezident İlham Əliyevin siyasətində prioritet istiqamət olduğunu bir daha təsdiq etdi.  Aparılan bu siyasət ötən ilki genişmiqyaslı islahatların və sosial inkişaf proseslərinin 2020-ci ildə də inamla davam etdirilmə...
Hakimiyyət
Pirşağıdakı məktəbə də akademikin adı veriləcək Prezident İlham Əliyev Xoşbəxt Bağı oğlu Yusifzadənin 90 illik yubileyi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. BakuCity.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti Gəmiçiliyin yeni gəmisinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, görkəmli neftçi alim və geoloq, akademik Xoşbəxt Bağı oğlu Yusifza...
Hakimiyyət
"Dənizdən ilk dəfə neft məhz Azərbaycan neftçiləri tərəfindən çıxarılıb" Yanvarın 14-də görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib. BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Dövlətimizin başçısı mərasimdə çıxış etdi: - Əziz Xoşbəxt müəllim...
Hakimiyyət
"Yoxsa, biz bunu başlı-başına buraxa bilmərik" Kreditləşmədə yenə də istehlak kreditlərinin üstünlük təşkil etməsi çox təhlükəli tendensiya ola bilər. BakuCity.az məlumat verir ki, bunu Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə deyib. Dövlət başçısı qeyd edib: “Ona görə biz elə etməliyik ki, bank sektoru daha çox real sektoru dəstəkləsin. Ona görə biznes kreditlərinin verilməsində baxın, hansı mexanizm olmalıdır ki, banklar da...
Hakimiyyət
Bütün dairələr üzrə qeydə alınmış namizədlərin adları açıqlanıb Mərkəzi Seçki Komissiyası (MSK) 2020-ci il fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində qeydə alınmış namizədlərin ilkin siyahısını açıqlayıb. BakuCity.az-ın məlumatına görə, siyahıda 125 dairə üzrə qeydə alınmış namizədlərin adları əksini tapıb. Həmçinin namizədliyi təsdiq edilənlər, imza vərəqələrini alanlar barədə də məlumatlar verilib. Deputatlığa namizədlərin SİYAHISI...
Hakimiyyət
"Hansısa hərisliyə görə Bakının keçmişinin məhv edilməsinə imkan verə bilmərik" Bundan sonra harada gəldi bina, ev tikmək praktikasına son qoyulub. BakuCity.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yeni sədri Anar Quliyevi qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev deyib. Dövlət başçısı qeyd edib: “Əfsuslar olsun ki, əvvəlki dövrlərdə şəhərsalma qaydaları bəzi hallarda kobudcasına pozulurdu. Bakının müxtəlif yerlərində tarixi...
Hakimiyyət
Anar Quliyev Komitənin sədri vəzifəsinə təyin olunub Prezident İlham Əliyev Anar Adil oğlu Quliyevin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. BakuCity.az xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə A.Quliyev Komitənin sədri vəzifəsinə təyin olunub. Həmçinin oxu: Prezident İlham Əliyevdən yeni TƏYİNAT Xatırladaq ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əvvəlk...
Hakimiyyət
“Barmek” enerji təsərrüfatını tamamilə sıradan çıxarmışdı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vüqar Əhmədovu “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edib. Bu barədə BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir. Dövlətimizin başçısı qeyd edib ki, vaxt var idi, ölkəmizin enerji təminatı özəl qurumların əlində idi və bu praktika özünü doğrultmadı: “Əksinə, bizim üçün böyük problemlər yaratmış...
Hakimiyyət
Sərəncam imzalandığı gündən qüvvəyə minir Prezident İlham Əliyev Vüqar Cəbrayıl oğlu Əhmədovun “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. BakuCity.az-ın məlumatına görə, sərəncam imzalandığı gündən qüvvəyə minir. Dövlət başçısının digər sərəncamı ilə V.Əhmədov “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib. BakuCity.az
Hakimiyyət
Azərbaycanın dövlət bayraqları endiriləcək Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin sərəncamı ilə "20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı" təsdiq edilib. BakuCity.az xəbər verir ki, sənədə əsasən, respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvar tarixinin Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi qeyd olunması ilə bağlı tədbirlərin ke...
Hakimiyyət
TƏBİB-in tabeliyinə verilir Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin strukturu”nda və “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli fərmanda dəyişiklik edilməsi barədə fərman imzalayıb. BakuCity.az-ın məlumatına görə, dəyişikliyə əsasən, fərmanın 2-ci hissəsi aşağıdakı redaksiyada verilir: “2. Azərbaycan Respublikası Səhiyyə Na...
Hakimiyyət
Nazirlər Kabinetinə tapşırıq verildi Prezident İlham Əliyev Azərbaycanda 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında sərəncam imzalayıb. BakuCity.az-ın məlumatına görə, sərəncama əsasən Nazirlər Kabinetinə 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb. 2020-ci ilin “Könüllülər ili” elan edilməsində məqsəd gənclərin fərdi inkişafına təkan vermək, onl...
Hakimiyyət
Dövlət başçısı görülən işlərlə tanış olub Bakıda daha bir parkda yenidənqurma işləri aparılır. BakuCity.az AZƏRTAC-a istinadən məlumat verir ki, dekabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonundakı Səttar Bəhlulzadə küçəsi, Atatürk və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən parkda aparılan yenidənqurma işləri ilə tanış olub. BakuCity.az
Hakimiyyət
Cavid Qurbanov görülən işlər barədə məlumat verib Dekabrın 29-da Bakının Pirşağı qəsəbəsində avtomobil tunelinin açılışı olub. BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi. Prezident İlham Əliyev avtomobil tunelinin rəmzi açılışını bildirən lenti kə...
Hakimiyyət
"Məni niyə saxlamalıdırlar?" Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov həbs olunması ilə bağlı xəbərlərə aydınlıq gətirib.  BakuCity.az-ın məlumatına görə, Oxu.az-a danışan Ə.Həsənov ölkədən çıxmaq istəyərkən Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılması ilə bağlı informasiyaları təkzib edib. Qeyd edək ki, dekabrın 27-də sosial şəbəkələrdə sabiq köməkçinin Baş prokuror yanında Korrupsiyaya qarşı...
Hakimiyyət
Siyahı MSK-ya təqdim edildi Yeni Azərbaycan Partiyası (YAP) Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 123 dairədən irəli sürdüyü namizədlərin siyahısını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib. BakuCity.az məlumat verir ki, bu barədə YAP icra katibinin müavini Siyavuş Novruzov APA-ya bildirib. S.Novruzov Seçki Məcəlləsinin tələbinə əsasən siyahının MSK-ya təqdim olunduğunu vurğulayıb. Qeyd edək ki, Seçki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən,...
Hakimiyyət
Bu təyinata qədər Baş Cinayət Axtarışı İdarəsində çalışıb Daxili işlər orqanlarında yeni təyinat olub. BakuCity.az Bakuposta-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polkovnik Raul Usubov Baş Mühafizə İdarəsinin Qaradağ rayon Mühafizə Şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Qeyd edək ki, Raul Usubov sabiq Daxili İşlər naziri, Azərbaycan Respublikasının Prezidenti y...
Hakimiyyət
“Azərsu” ASC-yə də 3 milyon manat ayrılıb Prezident İlham Əliyev Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının, həmçinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. BakuCity.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Bakı şəhəri Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələri ərazisində yeni infrastrukt...
Hakimiyyət
Dövlət başçısı görülən işlərlə maraqlanıb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 26-da Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə tanış olub. Bu barədə BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir. Dövlətimizin başçısına yeni avtomobil yolunun tikintisi çərçivəsində görülən işlərlə bağlı məlumat verildi. BakuCity.az
Want to add bakucity.az to your home screen and stay up to date with the news?