usd:
1,70 ₼
Alış
1,70 ₼
Satış
1,70 ₼
usd:
1,70 ₼
eur:
1,88 ₼
Alış
1,88 ₼
Satış
1,88 ₼
eur:
1,88 ₼
Bu gün
+32... 35 °С
Buludsuz, yağmursuz
Sabah
+25... 28 °С
Buludsuz, yağmursuz
Bu gün
+32... 35 °С
Buludsuz, yağmursuz
Sabah
+25... 28 °С
Buludsuz, yağmursuz

Xəbərlər Bakı. Cəmiyyət

Filters
Filters
Cəmiyyət
Bu yolla internetdən istifadə problemləri aradan qaldırılacaq? Bakucity.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) Bakı şəhərində telefon, genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinin beynəlxalq standartlarla təqdim edilməsi istiqamətində yaşayış binalarının optic şəbəkəyə keçidi prosesini davam etdirir. Belə ki, aprel ayından etibarən “Evədək optika” layihəsin...
Cəmiyyət
Paytaxtda yaşayış binalarının liftləri yenilənir Bakucity.az xəbər verir ki, Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi paytaxtda çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Almaniyanın "Wittur Holding GMBH" şirkəti ilə müqavilə imzalayıb. Müqavilə əsasında bu ilin sonuna kimi 542 liftin Bakıya gətirilməsi nəzərdə tutulub. Hazırda 63 ədəd lift gətirilib və paytaxtın Nizami rayonunda quraşdırılmasına başlanır. Bu...
Cəmiyyət
Paytaxt yollarında “Sarı zolaq” tətbiq ediləcək Bakucity.az xəbər verir ki, bu, Bakıda keçiriləcək XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə əlaqədardır.  Məqsəd idmançıların və digər rəsmilərin idman obyektlərinə vaxtında çatmasını təmin etməkdir. Məlumatda deyilir ki, ilk “Sarı zolağın” çəkilişinə iyulun 8-i axşam saatlarında Ziya Bünyadov prospektindən başlanılıb. Zolaqların çəkilişi ilə əlaqədar müvafiq nişanlanma işləri aparılıb və yol nişanları qo...
Cəmiyyət
“ADA – Avropa Birliyi 2019” 4-cü yay məktəbi fəaliyyətə başlayıb Bakucity.az xəbər verir ki, ADA universitetində “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə 160 şagirdin iştirak etdiyi yay məktəbi dörd həftə davam edəcək. Yay məktəbində şagirdlərə tullantıların ətraf mühitə vurduğu ziyan, qida tullantılarının azaldılması, təkrar emal, ekoloji layihələrin idarə olunması və s. barədə ətraflı məlumat veriləcək və məktəblilər üçün intellektual oyunlar təşkil olun...
Cəmiyyət
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxt sakinlərinə müraciət edib Bakucity.az xəbər verir ki, BŞBP-nin müraciətində şəhərdəki antisanitar vəziyyət, piyada səkilərinin təyinatı üzrə istifadəsinə etinasız münasibət, yaşayış binalarının fasadlarında asılan qurutma zivələri cəmiyyəti qayğılandığı bildirilib: “Şəhərin görünüşünə xələl gətirən hallarla bağlı ayrı-ayrı paytaxt sakinləri tərəfindən polisə daxil olan müraciətlərdə ekologiyanın və ətraf mühitin...
Cəmiyyət
""Diqlas"ın iki mərtəbəsi artıq sökülüb və sökünütü davam edir" Bakucity.az xəbər verir ki, bu barədə Nizami rayon icra başçısının I müavini Qərib Məmmədov deyib. Onun sözlərinə görə, bu ilin mart ayında yanaraq tamamilə yararsız vəziyyətə düşən "Diqlas" Ticarət Mərkəzinin yerində nə tikiləcəyi bilinmir: "Yerində nə olacağı hələ bilinmir".  (News24.az) Bakucity.az
Cəmiyyət
Qarnizonun döyüş hazırlığı təhlil edilib Bakucity.az xəbər verir ki, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 2019-cu ilin 2-ci rübünün yekunlarına dair Bakı Qarnizonunda döyüş hazırlığının və hərbi nizam-intizamın vəziyyətinin təhlilinə dair müşavirə keçirilib.  Tədbirdə qarnizonda yerləşən hərbi hissələrin komandirləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin rəhbərləri və digər vəzifəli şəxslər iştirak ediblər. Müşavirədə Müdafiə nazirinin mü...
Cəmiyyət
Onlar lisey siniflərində təhsilini davam etdirmək hüququ qazanıb Bakucity.az  xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki lisey və məktəb-liseylərin V və VII siniflərinə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb. Valideynlər müsabiqənin nəticələri barədə məlumatı müraciət etdikləri təhsil müəssisələrindən əldə edə bilərlər.  Qeyd edək ki, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humani...
Cəmiyyət
Paytaxtda satılan saat böyük marağa səbəb olub Bakucity.az xəbər verir ki, elan saytlarından birində yerləşdirlən qədim saatın qiyməti 175 min dollardır (295 min manat). Qeyd edək ki, saatı almaq istəyən şəxslər bu linkə daxil olaraq ətraflı məlumat ala bilərlər: https://tap.az/all/sexsi-esyalar/saatlar-zinet-esyalari/12958241 Bakucity.az
Cəmiyyət
Müfəssəl planlar həm də Bakı Nəqliyyat Agentliyi ilə razılaşdırılmalıdır Bakucity.az xəbər verir ki, Nazirlər Kabineti "Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı"nda dəyişiklik edib. Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı yaşayış məntəqələrinin (şəhərlərin, qəs...
Cəmiyyət
Minlərlə baxış toplayan video müzakirələrə səbəb olub Bakucity.az xəbər verir ki, paxtaxtda gənc oğlanının sevgilisinə evlilik təklifi izlənmə rekordu qırır. O, ticarət mərkəzlərindən birində diz çökərək evlilik təklif edib. Gördükləri qarşısında təəccüblənən xanım isə "hə" cavabı verib. (Baku.ws) Bakucity.az
Cəmiyyət
Paytaxtda yeni mənzillərin qiymətində isə ucuzlaşma var Bakucity.az xəbər verir ki, may ayında təkrar mənzil bazarında qiymətlərdə 0.61 faiz artım olub. Bu, ötən illə müqayisədə 2.91 faiz artım deməkdir.  Daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov bildirib ki, ilkin mənzil bazarında isə qiymətlər ay ərzində 3.23 faiz azalıb. Ötən illə müqayisədə azalma 1.64 faizdir: "İlkin mənzil bazarında ucuzlaşma onunla bağlıdır ki, bu mənzillərin qiyməti indiyə...
Cəmiyyət
Sistemin işə düşməsi üçün proqram təminatı hazırlanır Bakucity.az xəbər verir ki, paytaxtda müvafiq fəaliyyət sahələrində yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqinə başlanıb. Bu aparatlar ilkin mərhələdə yanacaqdoldurma məntəqələrində və şəbəkə sistemli marketlərdə quraşdırılır. Sözügedən kassaların quraşdırılmasından imtina edilməsi, quraşdırılmasından sonra kassalardan istifadə olunmaması və yaxud nağd hesablaşma qaydalarının pozulması halları verg...
Cəmiyyət
Məhsulun istehsal tarixinin də saxtalaşdırıldığı məlum olub Bakucity.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Bakı şəhəri Binəqədi rayonu 2-ci Mədən küçəsi 89 mənzil 48 ünvanında yerləşən fiziki şəxs Babayev Mehman Şirinbala oğluna məxsus çörək istehsalı sexindən şikayət daxil olub.  Daxil olan şikayət əsasında qeyd olunan ərazidə Agentliyin əməkdaşları tərəfindən monitorinq keçirilib. Monitorinq zamanı daxil olmuş şikayət öz təsdiqini tap...
Cəmiyyət
Bununla bağlı 47 152,8 manatlıq müqavilə bağlanıb Bakucity.az xəbər verir ki, müqavilə Bakı Nəqliyyat Agentliyi  (BNA) ilə “İnşaat Təmir Tikinti və İstehsal Müəssisəsi” MMC arasında imzalanıb. Pilot layihə çərçivəsində svetoforlar üçün idarətemə məntəqəsinin təşkili həyata keçiriləcək.  Xatırladaq ki, dünən BNA tərəfindən yayılan məlumata görə, elektrik təchizatının kəsilməsi ilə əlaqədar olaraq paytaxtın Təbriz küçəsinin Ağa Nemətulla, Əhməd Rəcəbli küçəl...
Cəmiyyət
Bakıya yeni hərbi prokuror təyin edilib Bakucity.az xəbər verir ki, Baş prokuror Zakir Qaralovun əmri ilə ədliyyə polkovniki Rzayev İlyas Ramiz oğlu Bakı hərbi prokuroru vəzifəsinə təyin olunub. O, bundan əvvəl Hərbi Prokurorluğun Silahlı Qüvvələrin təhqiqat orqanları və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb. Məlumatı hərbi prokurorun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Firad Əli...
Cəmiyyət
Şagirdlər ümumilikdə 50 test tapşırığını yerinə yetiriblər Bakucity.az xəbər verir ki, Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən V Respublika fənn müsabiqələrinin final mərhələsinin nəticələri açıqlanıb. Bakı şəhəri üzrə 18 nəfər riyaziyyat, 13 nəfər kimya, 18 nəfər fizika, 8 nəfər biologiya, 14 nəfər isə informatika fənni üzrə yüksək bal toplayaraq, I, II və III yerlərə layiq görülüb. Final mərhələsində şagirdl...
Cəmiyyət
Binaların tullantı meydançalarına iki rəngdə yeni konteynerlər qoyulub Bakucity.az xəbər verir ki bina sakinlərinə isə 2 cür-yaşıl və narıncı çeşidləyici paketlər paylanılıb Bu addım Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytax ərazisində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin müasir səviyyədə təşkil edilməsi Konsepsiyası çərçivəsində atılıb. Hər məhəllədə məişət tullantıları üçün yaradılan meydançalara yeni, müasir tipli kont...
Cəmiyyət
Əvvəlki illə müqayisədə 3,9 faiz artım var Bakucity.az xəbər verir ki, bu ilin yanvar-aprel aylarında Bakıda işçilərin orta aylıq nominal əməkhaqqı 820,0 manat olub. Ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əmək haqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqəd...
Cəmiyyət
Məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir Bakucity.az xəbər verir ki, bu gün saat 22:00-dan iyulun 4-də səhər saatlarınadək paytaxtın Nəsimi rayonunun Səməd Vurğun küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Sürücülərdən sözügedən küçədə diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.  Bakucity.az
Cəmiyyət
BMT ilə vacib müzakirələr aparılıb Bakucity.az xəbər verir ki, Bakı Ali Neft Məktəbinin (BANM) BMT-nin Təlim və Tədqiqat İnstitutu (UNİTAR) ilə təhsil sahəsində əməkdaşlığı nəticəsində yeddi nigeriyalı gənc 2019-2023 tədris illəri müddətində BANM-də neft-qaz mühəndisliyi ixtisası üzrə bakalavr təhsili alacaq.  Tələbələrin təhsili “Nigeriyanın neft və qaz sənayesində kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində BMT-nin ayırdığı təqaüdlər hesabı...
Cəmiyyət
Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə azalıb Bakucity.az xəbər verir ki, bu ilin yanvar-may aylarında Bakı şəhərinin iaşə dövriyyəsi 369,3 mln. manat təşkil edib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,5% artım deməkdir. Dövriyyənin 43,3%-i hüquqi şəxs statuslu müəssisələrin, 56,7%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb.  Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ili...
Cəmiyyət
Paytaxtın bir neçə küçəsində işıqforlar işləmir Bakucity.az xəbər verir ki, elektrik təchizatının kəsilməsi ilə əlaqədar hazırda paytaxtın Təbriz küçəsinin Ağa Nemətulla, Əhməd Rəcəbli küçələri ilə, Əhməd Rəcəbli küçəsinin F.Xoyski küçəsi ilə, F.Xoyski küçəsinin isə Ağa Nemətulla küçəsi ilə kəsişməsində işıqforlar işləmir. Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas...
Cəmiyyət
“Bizim həyət” layihəsi paytaxtın bütün rayonlarında həyata keçiriləcək Bakucity.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində növbəti həyətin açılış mərasimi keçirilib. Yenilənmiş həyət Binəqədi rayonu, İsrafil Həşimov küç. 8 ünvanında 2000 nəfər sakinin yaşadığı bina...
Cəmiyyət
Sabunçu rayonundan olan çağırışçılar hərbi xidmətə yollanıblar Bakucity.az xəbər verir ki, iyulun 2-də Bakı şəhəri Nardaran qəsəbəsində Sabunçu rayonundan olan çağırışçı gənclərin müddətli hərbi xidmətə yolasalma mərasimi keçirilib. Çağırışçıları hərbi xidmətə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Sabunçu rayon idarəsinin şəxsi heyəti, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, ağsaqq...
Cəmiyyət
Bu gün ağır yol qəzası keçirən iş adamı hazırda əməliyyat masasındadır Bakucity.az xəbər verir ki, bu gün Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində "Hacı Mazan" kimi tanınan Ramazan Zeynalov Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib. İlk öncə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırılan R.Zeynalov daha sonra Cərrahiyyə Klinikasına aparılıb. Klinikadan verilən məlumata görə, Hacı Zaman hazırda əmə...
Cəmiyyət
Paytaxt sakinləri arasında sorğu keçirilib Bakucity.az xəbər verir ki, bu gün Azərbaycan polisinin 101 yaşı tamam olması münasibəti ilə "Baku TV" əməkdaşları şəhər sakinləri arasında sorğu keçirib. Vətəndaşlar Azərbaycan polisindən razıdırlarmı? Alınan cabaları təqdim edirik: Bakucity.az
Cəmiyyət
Məlumatı “Azərsu” ASC verib Bakucity.az xəbər verir ki, ölkə ərazisində yağıntılı hava şəraiti səbəbindən Kür çayında bulanıqlığın həddən çox artması ilə əlaqədar Kür Sutəmizləyici Qurğularının fəaliyyətində müvəqqəti fasilə yaranıb. Bununla əlaqədar bu gün Bakının Qaradağ rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir. Bakucity.az
Cəmiyyət
Tədbir “Yarat” Müasir İncəsənət Mərkəzində keçirilib Bakucity.az xəbər verir ki, 28-30 iyun tarixlərində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycandaki Ölkə üzrə Nümayəndəliyi tərəfindən ilk dəfə “Yarat” Müasir İncəsənət Mərkəzində keçirilən inklüzivlik hakatonuna Təhsil Nazirliyinin “BİR” tələbə-könüllüləri dəstək verib. İnklüzivlik hakatonunun 1-ci günündə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib...
Cəmiyyət
Şagirdlər üçün “Yay məktəbi” öz işinə başladı Bakucity.az xəbər verir ki, məktəblilərin yay tətili günlərinin səmərəli, maraqlı və əyləncəli olması məqsədilə paytaxtda “Yay məktəbi”nə start verilib. “Məktəblinin dostu” pilot layihəsi çərçivəsində reallaşdırılan “Yay məktəbi” V və VI siniflər üçün iyul ayında, VII və VIII siniflər üçün isə avqust ayında keçiriləcək. Ödənişsiz qaydada təşkil olunan “Yay məktəbi” Bakı şəhəri üzrə “Məktəblinin dostu” layihəsin...
Cəmiyyət
QSC-dan metro istifadəçilərinə yeni xəbər Bakucity.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC tərəfindən bu gün ümumilikdə 10 vaqon yaxud 2 qatar xəttə çıxarılacaq.  İlkin məlumata görə, qatarlar "Dərnəgül" - "Həzi Aslanov" istiqamətində hərəkət edəcək. Qeyd edək ki, QSC bu il Rusiyadan 30 vaqon yaxud 6 qatar alıb. Onlardan 10 vaqon artıq Bakıya gəlib. Avqustun 10-dan sonra isə ilin sonunacan daha 20 vaqon Bakıya gətiriləcək. (Report) Bakucity.az
Cəmiyyət
Bu ilin iyun ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə (+99412/599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin iyun ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. İdarədən Bakucity.az-a verilən məlumata görə, qeyd olunan müddət ərzində ümumilikdə, 4 014 müraciət daxil olub. Daxil olan müraciətləri...
Cəmiyyət
Məqsəd şəhəri daha da gözəlləşdirməkdir Bakucity.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı şəhərində yeni layihə - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi Konsepsiyası həyata keçirilir. Məqsəd Bakı şəhərini daha da gözəlləşdirməkdir.  Bununla əlaqədar bu sahədə böyük təcrübəyə malik Böyük Britaniyanın tanınmış "Mott MacDonald" şirkəti ilə müqavilə bağlanıb və ilkin olaraq...
Cəmiyyət
Aeroportda Hindistan ab-havası yaradıldı Bakucity.az xəbər verir ki, “ASAN Viza” komandası hava limanında Azərbaycana gələn turistlərlə zarafat edib. Onlar 1 iyul tarixinin Beynəlxalq Zarafat Günü hesab olunmasını nəzərə alaraq, bu addımı atıblar. Belə ki, onlar “Hindistana xoş gəlmisiniz!” deyərək, turistlərin Azərbaycana yox, Hindistana gəldiklərini bildiriblər. Bakıya gəlmədiklərini sanan turistlər isə bir müddət özlərini itiriblər. Turistlər bu münasib...
Cəmiyyət
İştirakçılar sertifikatlarla təltif ediləcəklər Bakucity.az xəbər verir ki, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası və Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasının (ÜTBAF) birgə təşkilatşılığı, ÜTBAF-nın aparıcı təlimçisi İvana Curuvija və beynəlxalq təlimçi Səkinə Əsgərovanın iştirakı ilə keçirilən təlimlərdə aktiv şəhər bələdçiləri, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu,...
Cəmiyyət
"Diqlas" ticarət mərkəzinin sökülməsinə başlanıb Bakucity.az xəbər verir ki, yanan ticarət mərkəzinin söküntüsü sentyabr ayınadək yekunlaşacaq. Qeyd edək ki, bu il martın 26-da paytaxtın Nizami rayonunda yerləşən 5 mərtəbəli “Diqlas” ticarət mərkəzində yanğın baş verib. Hadisə zamanı vəfat edən olmayıb, 6 nəfər yüngül xəsarət alıb, 10-a yaxın şəxs isə tüstüdən zəhərlənib. Yanğında 2 hektar ərazisi olan ticarət mərkəzi tamamilə yanıb. (APA) Bakucity.az
Cəmiyyət
Paytaxtın avtomobil bazarında durğunluq yaşanır Bakucity.az xəbər verir ki, son 2 ayla müqayisədə alıcılıq xeyli zəifləyib. Bazarda ən çox tələb isə mühərrik kiçik, istehsal ili yeni və kondisionerlərli avtomobillərədir. Amma həm alış, həm də ehtiyyat hissəsi qiymətləri ucuz olduğuna görə Almaniya istehsalı olan avtomobillərə də tələbat var.  Rusiya istehsalı və kondisionersiz avtomobillər isə bazara az çıxarılır və belə maşınları isə bu aylarda nisbətən u...
Cəmiyyət
Metroda qatarlarının hərəkət qrafikində dəyişikliklər ediləcək Bakucity.az xəbər verir ki, hər il olduğu kimi, bu il də tədris mövsümünün yekunlaşması və paytaxt sakinlərinin yay istirahətini şəhərdən kənarda keçirmələri ilə əlaqədar metropolitendə sərnişin axını əhəmiyyətli dərəcədə azalır. “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun əmrinə əsasən, iyulun 1-dən metropolitendə qatarların hərəkəti yay qrafikinə keçiriləcək. Mövsümi qrafikə uyğun olar...
Cəmiyyət
Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası təmir olunacaq Bakucity.az xəbər verir ki, binanın təmiri ilə bağlı tender elan edilib.  Təmir-bərpa işlərini həyata keçirəcək şirkət qarşısında tarixi binanın xarici və daxili görünüşünə xələl gətirilməməsi əsas tələb kimi qoyulub. Xatırladaq ki, bina Bakı Şəhər Dumasının sifarişi ilə 1900-1904-cü illərdə polyak memar İosif Qoslavskinin layihəsi əsasında barokko üslubunda tikilib. Bu, memarın son əsəri olub. ...
Cəmiyyət
Buhi xəstə olan qadının xəstəxanalardan birinə qəbulu zamanı insident yaşanıb. Bakucity.az xəbər verir ki, səhhəti pisləşən qadın akademik paytaxtda M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gətirilib. Xəstəxanada isə qeyri-müəyyən səbəblərdən həkimlə xəstənin yaxınları arasında mübahisə düşüb. Onlar həkimlərin qadına yardım etməkdən boyun qaçırdığını iddia ediblər. Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən verilən məlumata görə, insidentdən dərhal s...
Cəmiyyət
Bu barədə Vəkillər Kollegiyası məlumat yayıb Bakucity.az xəbər verir ki, bu gün tanınmış vəkil, Vəkillərin İntizam Komissiyasının üzvü, "Mərkəz" vəkil bürosunun müdiri Sərdar Qasımov vəfat edib. Qeyd edək ki, 1996-cı ildən vəkillik fəaliyyəti ilə məşğul olan Sərdar Qasımov əmək fəaliyyətinə 1973-cü ildə Ağdam rayonunda 43 nömrəli Tikinti İdarəsində fəhlə kimi başlayıb, daha sonra həmin rayonda müxtəlif təsərrüfat müəssisələrində hüquqşünas olaraq işləyib....
Cəmiyyət
Ünvanlar vətəndaş müraciətləri nəticəsində müəyyən edilib Bakucity.az xəbər verir ki, paytaxtda dayanma, durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrinin nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa daşınması  - təxliyə təxliyə işlərinin həyata keçiriləcəyi ünvanlar açıqlanıb. Bunlar daha çox şikayət olunan, qanunsuz parklanma səbəbindən günün pik və qeyri-pik saatlarında nəqliyyat sıxlığı müşahidə edilən ərazilərdir:   S/s Küçə/pros...
Cəmiyyət
Qida Təhlükəsizliyi Agentliyi paytaxtın iki rayonunda reyd keçirib Bakucity.az xəbər verir ki, Nizami və Xətai rayonlarında keçirilən reydlər zamanı  satışda olan ətlərin üzərində möhürlərin olmadığı və bəzi kəsim məntəqələrində isə mənşəyi bilinməyən heyvan əti aşkarlanıb. Nizami rayonuRüstəm Rüsətmov küçəsi 72 a və76 ünvanlarında fəaliyyət göstərən ət kəsimi məntəqələrində , qida təhlükəsizliyi tələblərinə uyğun olmayan, bir sıra kəsim qurğuları icra hak...
Cəmiyyət
Mədəniyyət naziri məsələyə aydınlıq gətirib Bakucity.az xəbər verir ki, Vaqif Əliyevin rəhbərliyi altında Hacı Zeynalabdin Tağıyevin, Cəlil Məmmədquluzadənin və bir neçə memarın heykəlinin quraşdırılması ilə bağlı komissiya işləyir. Bu barədə açıqlama verən mədəniyyət naziri Əbülfəz Qarayev bunları deyib:  “Heykəllərin harada quraşdırılması geniş ictimaiyyətin, memarların, heykəltəraşların iştirakıyla müzakirə olunur. Bu, yaradıcı bir prosesdir. Biz onları...
Cəmiyyət
Onlardan 10-u kişi, 6-sı isə qadındır Bakucity.az xəbər verir ki, ötən gün 16 nəfər günvurma diaqnozu ilə Səhiyyə Nazirliyinin Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib.    Gün vurlanlardan 10 nəfəri hospitalizasiya edilib. 6 nəfərə isə yerində yardım göstərilib.  Bakucity.az
Cəmiyyət
Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynov vəfat edib Bakucity.az xəbər verir ki, Prezident təqaüdçüsü ötən gün 95 yaşında dünyasını dəyişib. Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynov 1924-cı ildə Şəkidə anadan olub. 1941-1943-cü illərdə Şəki şəhəri 2 illik müəllimlər inst...
Cəmiyyət
Bakı Nəqliyyat Agentliyi (BNA) təxliyyə xidmətinə başlayacağını açıqlayıb Bakucity.az xəbər verir ki, BNA durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrinin nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa aparacaq.  ilkin olaraq təxliyyə işləri vətəndaşlar tərəfindən daha çox şikayət olunan, qanunsuz parklanma səbəbindən günün pik və qeyri-pik saatlarında nəqliyyat sıxlığı müşahidə edilən ərazilərində həyata keçiriləcək. Təxliyyə prosesi...
Cəmiyyət
BMT-nin Dövlət Xidmətləri Forumunun açılış mərasimi keçirilir Bakucity.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən açılış mərasimində BMT Baş katibinin müavini Lui Zenmin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") sədri Ülvi Mehdiyev və digər rəsmi şəxslər iştirak edirlər. Forumun keçirilməsində məqsəd dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin...
Cəmiyyət
“Məzun günü”ndə millət vəkilləri, dövlət və hökumət nümayəndələri qatılıb Bakucity.az xəbər verir ki, universitetin rektoru, professor Havar Məmmədov açılış nitqi ilə çıxış edərək məzunları və onların valideynlərini əlamətdar gün münasibətilə təbrik edib.  Havar Məmmədov Azərbaycanda  mühəndis texnologiyalarının tədrisinin təkmilləşdirilməsini və bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə, 8 noyabr 2016-cı il tarixində Azər...
Cəmiyyət
Mediada yayılan xəbərlər təkzib edildi Bakucity.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Elxan Həsənov öz vəzifəsində fəaliyyətini davam etdirir. Bu barədə İdarənin mətbuat xidmətindən bildiriblər. Bundan əvvəl E.Həsənovun yaş həddi ilə əlaqədar təqaüdə göndərildiyi barədə məlumatlar yayılmışdı. (Oxu.az) Bakucity.az
Cəmiyyət
Festival ilk dəfə keçirilir Bakucity.az xəbər verir ki,  bu gün Bakıda orqanik məhsullar festivalı (“Organic Food Festival 2019”) işə başlayıb. Dənizkənarı Milli Parkda keçirilən festival iyunun 23-dək davam edəcək. Festivalda 50-dən çox şirkətin 150-yə yaxın məhsul və xidmətləri təqdim olunur. Məqsəd həm istehsalçılar, həm də istehlakçılar arasında orqanik qidanı təbliğ və təşviq etməkdir. Tədbirin təşkilatları İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta...
Cəmiyyət
Konfransda rəhbər şəxslər və ölkədə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iştirak edib Bakucity.az xəbər verir ki, paytaxtda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Hərbi vətənpərvərliyin gücləndirilməsində dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib. Konfransda Prezident Administrasiyası, Müdafiə, Gənclər və İdman nazirlikləri, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və P...
Cəmiyyət
Bu barədə vəkil Emin İsayev məlumat verib Bakucity.az xəbər verir ki, Elina Hacıyevanın təhsil aldığı məktəbin 3-cü mərtəbəsindən özünü ataraq intihar etməsi ilə bağlı cinayət işi üzrə Komission-Ekspertiza yekunlaşıb. Bu barədə vəkil Emin İsayev məlumat verib.  Onun sözlərinə görə, E.Hacıyevanın işi üzrə Komission-Ekspertiza Bakı Şəhər Prokurorluğuna göndərilib.  Vəkil həmçinin qeyd edib ki, E.Hacıyevanın qəbrinin üzərində təhqiredici hərəkətlərin edilməsi...
Cəmiyyət
Uşaq pulu ilə bağlı məsələlər barədə millət vəkili məlumat verib Bakucity.az xəbər verir ki, Milli Məclisin komitə sədri Siyavuş Novruzov REAL TV-yə müsahibəsində uşaq pulu ilə bağlı məsələlərin müzakirə olunduğunu deyib. Deputat bildirib ki, Avropa və Asiya ölkələrinin bu sahədəki təcrübələri öyrənilir: "Müzakirələr yekunlaşdıqdan sonra bu məsələlər öz həllini tapacaq".  Bakucity.az
Cəmiyyət
Qızlar Bakının mərkəzində dava edib Bakucity.az xəbər verir ki, hadisəni əks etdirən görüntülər sosial şəbəkələrdə bu gün yayılıb. Paytaxtın Nizami küçəsində (Tarqovı) 10-15 qızın iştirakı ilə dava-dalaş olub. Qızların əksəriyyəti hadisəni sakitləşdirməyə çalışıb. (Publika.az) Həmin görüntüləri təqdim edirik: Bakucity.az
Cəmiyyət
Eskalatorların yenidən istismara verilməsi sentyabr ayına planlaşdırılır Bakucity.az xəbər verir ki, “Nizami” stansiyasının “LT-3” tipli 3 saylı eskalatorunda əsaslı təmir işlərinə başlanılıb. Müvafiq texniki göstəricilərinə uyğun olaraq, bu tip eskalatorlar təxminən 110.000 km qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır. "Bakı Metropoliten" QSC-dən verilən məlumata görə, təmir dövründə eskalatorun əsas hissələri sökülərək, təmir-təftiş olunacaq, z...
Cəmiyyət
Yeni sərəncama əsasən 2,1 milyon vətəndaşın əməkhaqqı və pensiyasında ciddi artım olacaq Bakucity.az xəbər verir ki, dövlət başçısının 18 iyun 2019-cu il tarixdə imzaladığı sərəncamlarla ölkədə minimum əməkhaqqının, həmçinin müxtəlif sahələrdə çalışanların əməkhaqlarının artırılması təmin olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, "Minimum aylıq əməkhaqqının artırılması haqqında" 18 iyun 2019-cu il tarixli sərəncama əsas...
Cəmiyyət
Yasamal rayonundakı bina vətəndaşların diqqətini cəlb edib Bakucity.az xəbər verir ki, 10 mərtəbəli yaşayış binasının eyvanlarında Azərbaycan bayrağının rəngləri əks etdirilib.  Bunun üçün eyvanlarda xüsusi işıq effektləri quraşdırılıb. Bakucity.az
Cəmiyyət
Pyataxtda 2019-cu ilin I rübü ərzində 608 yeni müəssisə və təşkilat yaradılıb Bakucity.az xəbər verir ki, onlardan 14,5 faizi Nərimanov, 13,8 faizi Nəsimi, 15,9 faizi Yasamal, 12,0 faizi Xətai, 10,7 faizi Binəqədi, 9,8 faizi Nizami, 6,2 faizi Səbail, 7,2 faizi Sabunçu, 3,4 faizi Suraxanı, 2,7 faizi Qaradağ, 3,3 faizi Xəzər və 0,5 faizi Pirallahı rayonunda fəaliyyətə başlayıb. Hesbat dövrü ərzində Bakı şəhərində yeni açılmış iş yerlərinin73,2 faizi yeni yar...
Cəmiyyət
Bakıda Azərbaycan-Koreya işgüzar görüşü keçiriləcək Bakucity.az xəbər verir ki, iyunun 1-də Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) təşkilatçılığı ilə baş tutacaq tədbirdə yüksəklikdə tikinti platformaları, avtomobil və sənaye boyaları, avtomobillər üçün təhlükəsizlik kameralar və radarlar, elektrik LED işıqlandırma lampaları, elektrik stansiyalar üçün avadanlıqlar, istixana materialları və digər sektorlarda fəaliyyət göstərən 13 Ko...
Cəmiyyət
Bakıda gənc blogerlər yol polisləri ilə bağlı sosial test ediblər Bakucity.az xəbər verir ki, gənclər avtomobilə gizli kamera yerləşdiriblər. Onlar polislərə yaxınlaşaraq, kömək istəyiblər.  Sosial testin məqsədi polislərin vətəndaşlara necə kömək göstərmələri ilə bağlı olub.  Daha ətraflı videodan izləyin: Bakucity.az
Cəmiyyət
Bu barədə Dövlət Komitəsindən məlumat verilib Bakucity.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Bakı neft maşınqayırma zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinə yekun vurub. Bildirilib ki, müsabiqə şərtlərinə uyğun olaraq, qalib investor dövlət büdcəsinə 4,7 milyon manat ödəməyi, dəyəri 10,2 milyon manat olan investisiya proqramı icra etməyi, müəssisənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət So...
Cəmiyyət
Bakı polisi faktla bağlı geniş araşdırma aparır Bakucity.az xəbər verir ki,  Bakı şəhər sakini mənzilindən içərisində 15000 manat və 15000 ABŞ dolları, habelə 40000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfin və mobil telefonunun oğurlanması ilə bağlı Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edib. Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə...
Cəmiyyət
Pensiyaların minimum həddi 160 manatdan 200 manata qaldırılacaq Bakucity.az xəbər verir ki, 2019-cu ilin oktyabrın 1-dən etibarən 25 faizlik artım Bakıda pensiya alan 375 mindən çox vətəndaşa da şamil ediləcək. Dövlət başçısının imzası və təqdimatı ilə parlamentə  "Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi daxil olub. Qanun layihəsi sabah - iyunun 20-də MM-in Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə ediləcək...
Cəmiyyət
Nümayəndə heyəti arasında Protokol imzalanıb Bakucity.az xəbər verir ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında 2002-ci ilin may ayında Tehran şəhərində imzalanmış "Beynəlxalq avtomobil daşımaları haqqında" Sazişin 13-cü bəndinə əsasən beynəlxalq avtomobil əlaqələri sahəsində Birgə Komissiyanın növbəti iclası 12-13 iyun tarixlərində Bakı şəhərində keçirilib. Görüşdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının Nəqliyyat, R...
Cəmiyyət
30-a yaxın evin sahibi verilən qərarla razı deyil. Bakucity.az xəbər verir ki, paytaxtın Bayıl ərazisində artıq ötən həftədən etibarən köçürülmə prosesi başlayıb. İndiyə qədər sökülən evlərin sayı isə 15-dən çoxdur. Bu barədə sakinlər özləri məlumat veriblər. Onlar bildiriblər ki, köçürülən ailələr verilən kompensasiya ilə razıdırlar, amma məbləğlə razılaşmayanlar da var ki, onların evlərini tərk etmələri üçün rəsmi qurumlar tərəfindən məcburiyyət yoxdur....
Cəmiyyət
Milli Qurtuluş Gününə həsr olunmuş konsrtlər Bakucity.az xəbər verir ki, iyunun 13-də Bakı Şəhər İcra Hakimiyyətinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə Bakı şəhərinin Suraxanı və Xəzər rayonlarında konsertlər keçirilib. Konsertlərdə sevilən sənətkarların və tanınmış incəsənət ustalarının  çıxışları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Qeyd edək ki, Milli Qurtuluş gününə hə...
Cəmiyyət
Paytaxt məktəblərində "Son zəng" tədbirlər təşkil edilir Bakucity.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 28 993, XI siniflərini 19 786 nəfər bitirəcək. 45 616 nəfər isə I sinfi başa vurub. Məktəblərdə təşkil olunan “Son zəng” tədbirlərində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələri, məktəb məzunları iştirak edirlər. Bakucity.az
Cəmiyyət
Paytaxtda iyunun 14-də gözlənilən hava şəraiti açıqlanıb Bakucity.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında sabah hava yağmursuz keçəcək.  Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-35, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 756 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 30-40 faiz olacaq. Şima...
Cəmiyyət
Bakının bəzi ərazilərində yeni metro xətləri istifadəyə veriləcək Bakucity.az  xəbər verir ki, 2020-ci ilə qədər hansı ərazilərdə metro stansiyaların fəaliyyətə başlaması "B3" xəttinin istifadəyə verilməsindən sonra bəlli olacaq. Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bunları deyib: “"Ümumilikdə 76 metro stansiyanın fəaliyyət göstərməsi nəzərdə tutulur. Perspektiv inkişaf planının isə 2030-cu ilədək reallaşdırılması...
Cəmiyyət
Bakıdakı "Qrifonlu ev" kimi tanınan tarixi bina sökülməyəcək Bakucity.az xəbər verir ki, məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov açıqlama verib. O, qeyd edib ki, bina tarixi abidədir: "Abidənin təmir olunması üçün layihə Mədəniyyət Nazirliyinə təqdim olunub. Abiədədə təmir-bərpa işləri həyata keçiriləcək, onun sökülməsindən söhbət gedə bilməz”. Qeyd edək ki, Bina memar İ.V.Edelin layi...
Cəmiyyət
Bakıda yol polis "Son zəng" günü gücləndirilmiş iş rejimində çalışacaq Bakucity.az  xəbər verir ki, təsdiq olunmuş plana əsasən, yol polisi bütün orta məktəblərin giriş qapısına 4 bənddən ibarət xəbərdarlıq müraciətləri vurulub.  Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məsələ ilə bağlı bunları deyib: "Müraciətdə məzunlara və onların valideynlərinə xəbərdarlıq olunur. Son zəng günü valideynlər öz avtomobillərini məzunlara həv...
Cəmiyyət
İdxal olunan mal və məhsullar faktiki sahibkarın adına rəsmiləşdirilir Bakucity.az xəbər verir ki, “Binə” və “Sədərək” kimi ticarət mərkəzlərində sahibkarların vergidən yayınmasına qarşı tədbirlər görülür. Bununla bağlı Vergilər Nazirliyinin İqtisadi Təhlil və Ekspertiza Departamentinin baş direktoru Natiq Şirinov bunları deyib: “Əvvəllər malların bazarlarda faktiki sahibkarlar tərəfindən sənədsiz satılması həyata keçirilirdi və bu, dövriyyələrin şəffaflaş...
Cəmiyyət
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev çıxış edib Bakucity.az xəbər verir ki, bu gün Bakıda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya texnologiyaları konfransı və sərgisi öz işinə başlayıb. Konfransın açılış mərasimində Azərbaycanın baş naziri Novruz Məmmədov çıxış edib. N.Məmmədov ölkə başçısı İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxuyub, konfrnasın əhəmiyyətinə toxunub.  Məlumat üçün bildirək ki, iki gün davam edəcək konf...
Cəmiyyət
Təxirə salınmış Bakı-Naxçıvan reysi üzrə uçuşlar artıq həyata keçirilib Bakucity.az verir ki, Dünən kəskin hava şəraitinə görə 3 reysdə gecikmə olub. Səhər saatlarına yaxın Muxtar Respublikada hava şəraiti düzəldiyindən uçuşlar həyata keçirilib. Gecikmə müddətində gözləyən sərnişinlər su və yeməklə təmin olunub. Bu barədə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib. Xatırladaq ki, dünən gecə saatlarına kimi Naxçıvanda ildırım və yağışl...
Cəmiyyət
Onlardan 2 nəfəri hospitalizasiya olunub Bakucity.az xəbər verir ki, Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BTTTYS) baş həkimi Rauf Nağıyev bildirib ki, günvurma ilə bağlı təcili yardıma 3 müraciət daxil olub. R. Nağıyev qeyd edib ki, onlardan 2 nəfəri hospitalizasiya olunub. (APA) Bakucity.az
Cəmiyyət
Perspektivdə 51 yeni stansiyanın inşa edilməsi var Bakucity.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov yeni metro stansiyaları haqda məlumat verib. O, qedy edib ki, "Bənövşəyi xətt" üzrə tikilməkdə olan, şərti olaraq "B3" adlandırılan stansiyasının tikintisinin 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur. H.Məmmədovun sözlərinə görə, hazırda həmin ərazidə təmir-tikinti işləri davam etdirilir. "B3” metro stansiyası payt...
Cəmiyyət
5 vaqonun hər birinin ayrıca mühərriki var Bakucity.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin Rusiyanın “Metrovaqonmaş” zavodundan aldığı 2 yeni qatarın bir sıra üstünlükləri açıqlanıb.  "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov  məsələ ilə bağlı bunları deyib:  “Adətən metro qatarlarında 2 mühərrik olur ki, onlar da baş vaqonlara quraşdırılır. Amma metronun yolları enişli-yoxuşlu olduğu üçün sifarişimizlə hər vaqona m...
Cəmiyyət
Qurban bayramı 12-13 avqustda qeyd ediləcək. Bakucity.az xəbər verir ki, baş nazir Novruz Məmmədovun imzaladığı sərəncama əsasən, avqustun 12, 13-ü tarixləri Qurban bayramı ilə bağlı qeyri-iş günü hesab olunur. Sözügedən tarix həftənin bazar ertəsi və çərşənbə axşamına təsadüf edir. Qeyd edək ki, həmin günlərdə Bakı sakinləri və şəhərimizin qonaqları istirahətlərini səmərəli dəyərləndirə bilərlər. Bunun üçün paytaxtımızda təşkil olunan konsert, teatr və di...
Cəmiyyət
Sərgilərin açılış mərasiminə nazir Ramin Quluzadə də qatılıb. Bakucity.az xəbər verir ki, bu gün Bakı Ekspo Mərkəzində 18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika Sərgisi (“TransCaspian/Translogistica 2019”) və 9-cu Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi (“Road & Traffic 2019”) işə başlayıb. Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, son illər ölkədə nəqliyyat sektorunun inkişafına böyük önəm ver...
Cəmiyyət
“Transxəzər beynəlxalq nəqliyyat marşrutu” mövzusunda konfrans başlayır. Bakucity.az xəbər verir ki, bu gün Bakı Ekspo Mərkəzində saat 14:00-dan 16:00-a qədər “TransCaspian” sərgisi çərçivəsində baş tutacaq konfrans aparıcı sektor mütəxəssislərinin beynəlxalq nəqliyyat marşrutlarının inkişaf perspektivlərini və optimallaşdırma yollarını, eləcə də beynəlxalq ticarətdə Azərbaycanın oynadığı rolu müzakirə etmələri üçün yaxşı fürsət sayılır.  Konfransın sessiy...
Cəmiyyət
Biletin bir istiqamət üzrə qiyməti 40 AZN təşkil edir. Bakucity.az xəbər verir ki, gələn aydan etibarən hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri Bakı vaxtı ilə saat 18:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Batumi avtobus reysi həyata keçiriləcək. Avtobus Batumi şəhərinə növbəti gün saat 10:00-da çatacaq. Avtobusun Batumidən geriyə yola düşmə vaxtı çərşənbə, cümə və bazar günləri yerli vaxtla saat 10:00-da olacaq.  Bakı-Batum...
Cəmiyyət
UEFA-nın rəsmi saytında Bakı ilə bağlı məqalı dərc olunub. Bakucity.az xəbər verir ki, məqalədə Bakının beynəlxalq idman tədbirlərinə ev sahibliyi baxımından hələ nisbi olaraq naşı olsa da, kifayət qədər qısa müddət ərzində özünü geniş imkanları olan populyar şəhər kimi sübuta yetirdiyi deyilir. Bakı Avro-2020-yə ev sahibliyi edəcək 12 şəhərdən biri olmağa hazırlaşır. AFFA-nın baş katibi Elxan Məmmədov Avropa çempionatının keçirilməsi ilə bağlı assosiasiya...
Cəmiyyət
Paytaxtda növbəti ümumşəhər iməciliyi təşkil olunub. Bakucity.az xəbər verir ki, iməcilikdə rayonların rəhbərliyi, ictimaiyyət, idarə və təşkilatların nümayəndələri, təsərrüfat xidmətləri, gənclərin, sahibkarların və iş adamları iştirak edib.  İməciliklər zamanı ərazidə təmizlik işləri görülüb, ağacların dibi, yol kənarları quru otlardan təmizlənib, ağacların quru budaqları budanıb, gövdəsi ağardılıb, əvvəl əkilmiş güllərə, ağaclara və yaşıllıqlara qulluq...
Cəmiyyət
Bakı metrosunda maraqlı hadisə baş verib. Bakucity.az xəbər verir ki, sərnişinlərdən biri platformada metro işçiləri üçün nəzərdə tutulan mikrofonu götürərək, "Yaxşı Gədəbəy kartofu var" deyə elan verib. Sərnişinlərdən biri baş verənləri kameraya çəkib. Bakucity.az
Cəmiyyət
Paytaxtda qayda pozan sürücülərə qarşı reyd keçirilib. Bakucity.az xəbər verir ki, Nəsimi rayonunda keçirilən reyd zamanı 20-dən çox belə sürücü aşkarlanıb. Cavadxan küçəsində keçirilən reyd zamanı avtomobildə konstruktiv dəyişiklik edən, avtoxuliqanlıq edərək nəqliyyat vasitəsini idarə edən, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən sürücülər saxlanılaraq müvafiq qaydada cərimələniblər. Reyd zamanı daha çox “Niva” markalı nəqliyyat vasitələrində kon...
Cəmiyyət
Şərti xəsarət almış məktəblilərə ilkin tibbi yardım göstərilib. Bakucity.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən 295 nömrəli tam orta məktəbdə yanğın təhlükəsizliyinə dair təlim keçirilib. FHN-in canlı qüvvə və müvafiq texnika və avadanlıqlarının cəlb edildiyi təlimdə məqsəd məktəb kollektivinə yanğın təhlükəsizliyi qaydalarının aşılanması olub. Təlimdə simulyasiy...
Cəmiyyət
Polis polkovniki sərəncamına gönədrilib. Bakucity.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyev işdən azad olunub. O, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi təyin edilib. 4-cü Polis Şöbəsinin rəisi polis polkovniki Etibar Balakişiyev isə DİN Baş Kadrlar İdarəsinin sərəncamına verilib. Qeyd edək ki, Rahib Mirzəyev DİN Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis genera...
Cəmiyyət
Qəbulu iyunun 19-da başa çatacaq. Bakucity.az xəbər verir ki, iyunun 10-dan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki liseylərə V sinfə şagirdlərin qəbulu üçün elektron qeydiyyat başlayır. Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinə V sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həy...
Cəmiyyət
Paytaxtda iki polis rəisi dəyişdirilib. Bakucity.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 21-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Bayram İslamov işdən çıxarılıb. O, Səbail RPİ-nin 8-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub. 21-ci Polis Bölməsinin rəisi vəzifəsinə isə isə Səbail RPİ-nin 8-ci Polis Bölməsinın rəisi, polis polkovnik leytenantı Rəşad Əhmədzadə təyin edilib. Qeyd edək ki, bu təyinatlar daxili işlər naziri...