usd:
1,70 ₼
eur:
1,87 ₼
Bu gün
+13... 14 °С
Buludlu, yağmursuz
Sabah
+11... 12 °С
Buludsuz, yağmursuz
Bu gün
+13... 14 °С
Buludlu, yağmursuz
Sabah
+11... 12 °С
Buludsuz, yağmursuz

Xəbərlər Bakı. Cəmiyyət

Filters
Filters
Cəmiyyət
Pulsuz biletlər iki gün keçərlidir Bakıda “Robopark” sərgisini ziyarət etmək istəyənlər üçün pulsuz biletlərin qeydiyyatı başlayıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, 3-6 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində “Bakutel-2019” 25-ci Yubiley Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində ən müasir robot modelləri və mütərəqqi texnologiyalar nümayiş olunacaq: • Las-Veqasdan Pepper...
Cəmiyyət
Atraksionlar yaxın vaxtlarda gətiriləcək Bakıda Dənizkənarı Milli Parkın ərazisində yeni atraksionlar quraşdırılacaq. BakuCity.az xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı Trend-ə bildirib. Onun sözlərinə görə, yeni atraksionlar yaxın vaxtlarda ölkəyə gətiriləcək: "Bununla bağlı qarşı tərəflə danışıqlar aparılır, yaxın vaxtlarda yeni atraksionları bulvar ərazisində görmək mümkün olacaq. Nə cür olaca...
Cəmiyyət
"İnfrastruktur imkan verir ki, sürəti 140-a qaldıraq" Bakıdan Gəncəyə 3 saata çata bilərik. BakuCity.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cabid Qurbanov Prezident İlham Əliyevin qəbulunda olarkən bildirib. C.Qurbanov qeyd edib ki, Bakı-Gəncə dəmir yolu ilə hazırda hər gün bir qatar gedir, bir qatar gəlir: “Dörd saata gedir, amma bu, bizi qane etmir. Yolumuzun infrastrukturu imkan verir ki, bu sürəti saatda 140 kilometrə qaldıraq...
Cəmiyyət
Sənədsiz məktəbli qalmayacaq Bakının təhsil müəssisələrində "Sənədsiz məktəbli qalmasın” aksiyasına start verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən BakuCity.az-a verilən məlumata görə, Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə təşkilatçılığı ilə keçirilən aksiyanın əsas məqsədi şagirdlərin vaxt itkisi olmadan müvafiq xidmətlərdən yararlanmalarını təmin etməkdən ibarətdir. Tədris ilinin ilk aksiyası 244 nömrəli tam orta məktəbdə təşkil olunub. Aksiya çər...
Cəmiyyət
Sac yeməklərini sevənlər üçün zəngin menyu Milli mətbəximizin bir çox ləziz təamları sırasında bol çeşidli, zövqə görə hazırlanan saciçi yeməklər də var. Amma sağlam qidalanmaq üçün harada və nə yediyimizə diqqət etməliyik. BakuCity.az paytaxtda fəaliyyət göstərən restoran və kafelərdə təklif olunan sac yeməkləri və onların qiymətləri barədə məlumat toplayıb.  Teleqüllə restoranında saciçi yemək üçün depozit ödəməlisiniz Akademik Abbaszadə, 12 ünvanında ye...
Cəmiyyət
68 ildən sonra ilk dəfə doğma Vətəndə olacaqlar Görkəmli Azərbaycan yazıçısı və ictimai xadim Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və oğlu Pşemislav Cavanşiri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli tərəfindən ölkəmizə dəvət olunub. Akademiyadan BakuCity.az-a verilən məlumata görə, C.Məmmədquluzadə şəcərəsinin nümayəndələri yaxın vaxtlarda 68 ildən sonra ilk dəfə doğma Vətəndə olacaqlar. Onlar Az...
Cəmiyyət
Sabah işə qayıdacaq Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovun səhhətində problemlər yaranıb. BakuCity.az Sonxeber.az-a istinadən məlumat verir ki, polis polkovniki səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib. Onun soyuqdəymə səbəbindən müalicə aldığı bildirilir. Polkovnik artıq iki gündür xəstəxanada olduğunu, müalicəsinin davam etdiyini və sabah işə qayıdacağını deyi...
Cəmiyyət
Qırmızı işıqda keçib Bakıda qaydaları kobud şəkildə pozaraq sərnişinləri təhlükəyə atan avtobusun sürücüsü kameraya düşüb. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, 90 RA 859 dövlət nömrə nişanlı, 57 nömrəli avtobusun sürücüsü qırmızı işıqda keçib. Bununla da həm digər sürücüləri, həm də sərnişinləri təhlükəyə atıb. Qeyd edək ki, bu qayda pozuntusuna görə 60 manat və 3 cərimə balı nəzərdə tutulub. BakuCity.az
Cəmiyyət
Dayanacaq pavilyonlarının 50%-i təmir edilib Bakıda 300-ə yaxın yeni avtobus dayanacaqları quraşdırılaraq istifadəyə verilib. BakuCity.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə deyib. Onun sözlərinə görə, bu proses ictimai nəqliyyat infrastrukturunun yenilənməsi çərçivəsində həyata keçirilir: "Xüsusən də avtobus dayanacaq pavilyonları yenidən qurulur. Ötən dövrdə Bakı Nəqliyyat Agentliyi tərəfi...
Cəmiyyət
Azərbaycan paytaxtından Yerin ən cənub qitəsinə gedən yol Antarktida dünyanın ən sirli yerlərindən biridir. Burada temperatur, demək olar, mənfi 90 dərəcəyə qədər enə bilər. Buna baxmayaraq, buz qitəsində uzunluğu 30 km-dən çox olan Oniks kimi çaylar axır. Yalnız Antarktidada təəccübə səbəb olan “Qanlı şəlalə”ni görə bilərsiniz. Ən təmiz dəniz olan Ueddell də məhz burada yerləşir.  Bəs günəşli Bakıdan buzlu Antarktidaya necə getmək olar? BakuCity.az qeyri-...
Cəmiyyət
Sabunçu qəsəbəsində sakinlərin problemləri müzakirə olunub Ölkə başçısının tapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun paytaxtın qəsəbələrində keçirdiyi əhali ilə görüşləri çərçivəsində Sabunçu rayonu Sabunçu qəsəbəsində sakinlərinin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə novbəti görüş keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, yüzlərlə sakinin,...
Cəmiyyət
Günah sərnişinlərdədir? Bu gün səhər saatlarında Bakı metrosunda qatarların gecikməsi qeydə alınıb. BakuCity.az xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov buna səbəb kimi sərnişin sıxlığını göstərib: "Bəzi stansiyalarda bu gün səhər sərnişin sıxlığı yaranıb. Stansiyalarda sərnişinlər qatarların qapılarını tutaraq saxlayıb və bu da qatarın 20-30 saniyə gecikməsi ilə nəticələnib. Qatar stansi...
Cəmiyyət
Məcburi köçkünlər məskunlaşmışdı Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı bağ evi təmir edilir. Bu barədə BakuCity.az Xəzər TV-yə istinadən məlumat verir. Artıq ərazidə təmir-bərpa işlərinə start verilib. İkimərtəbəli bina əvvəlki görkəminə qaytarılacaq. Təmir işləri çərçivəsində bağda sonralar tikilən binalar sökülüb və ərazi köhnə vəziyyətinə qaytarılıb. Xatırladaq ki, milyonçunun vəfatından sonra II Dünya müharibəsində bu evdə təxliyə h...
Cəmiyyət
Valideynlərin istəyi ilə körpənin həyatına son qoyula bilərmi? Bakıda ötən həftə anormal, görüntüsü dəhşət doğuran bir körpə doğulub. Cinsiyyəti qız olan körpənin qulaqları boynunda bitib, ağzı isə yoxdur, burnu heyvana bənzəyir. Amma körpənin ürəyi, ağciyərləri normal fəaliyyət göstərir. Bu hadisə barədə Səhiyyə Nazirliyi rəsmi məlumat yaymayıb.  BakuCity.az-ın məlumatına görə, məsələ ilə bağlı Azərbaycanın baş mama-ginekoloqu Sevinc Məmmədova Medicina.az...
Cəmiyyət
Liftlər quraşdırılacaq Paytaxtın "Şamaxinka" adlanan ərazisində tıxacın qarşısını almaq məqsədilə salınan yerüstü keçiddə eskalatorlar olmayacaq. BakuCity.az məlumat verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Baku.ws-ə bildirib. O deyib ki, yerüstü keçidin inşasının başa çatması bu ilin sonu, gələn ilin əvvəlinə nəzərdə tutulub: "Həmin yerüstü keçiddə eskalatorların quraşdırılması nəzərdə tutulma...
Cəmiyyət
Həftədə iki dəfə uçuş olacaq Rusiya şirkəti Azərbaycana uçuşlar həyata keçirməyə başlayır. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, “Smartavia” aviaşirkəti 2019-2020-ci ilin qış aylarında Peterburqdakı “Pulkovo” aeroportundan dörd yeni istiqamətə - Bakı, İjevsk, Rostov və Ufaya daimi reyslər açacaq. “Smartavia” təyyarəsi Azərbaycan paytaxtına həftədə iki dəfə uçuşlar təşkil edəcək. BakuCity.az
Cəmiyyət
Sumo, güləş və dron yarışları da keçiriləcək Bakıda keçiriləcək 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində (“BakuTel-2019”) ilk dəfə olaraq “Robopark” təşkil olunacaq. BakuCity.az “APA-Economics”ə istinadən məlumat verir ki, “Robopark” çərçivəsində ən yeni və son robot modelləri nümayiş olunacaq. Onların sırasında Las-Veqasdan “Pepper Humanoid” robotu, robot-rəssam, 6 metrlik uçan astronavt və robo...
Cəmiyyət
Yeni layihə hazırlanır Bakı Dövlət Sirki bərbad vəziyyətdədir.  Sirkin mövcud vəziyyəti ilə bağlı fotoları sosial şəbəkədə jurnalist Ülviyyə İsmayılova paylaşıb.  O bildirib ki, binadakı oturacaqlar istifadəyə yararlı deyil: “Zalda havalandırma sistemi yoxdur. Buranın təhlükəsizlik sistemi haqqında danışmağa belə dəyməz. Tualet isə daha bərbaddır”. Bakı Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov Oxu.Az-a açıqlamasında bildirib ki, sirkin yen...
Cəmiyyət
Adqoyma bir qədər pərakəndə olub "Bakı Metropoliteni" QSC "Ulduz" və "Xalqlar Dostluğu" stansiyalarının adlarını dəyişmək istəyir.  BakuCity.az xəbər verir ki, bu barədə qurumun baş mühəndisi Əlixan Osmanov "Report"a deyib.  "Ulduz" stansiyasının "Böyükşor" adlandırılmasını istəyirik. Adı SSRİ dövrünü xatırladan "Xalqlar dostluğu" stansiyası üçün isə bir neçə ad təklif etmişik. Həmin stansiyanın yaxınlığından görkəmli şəxsiyyətlərin adlarına olan bir neçə...
Cəmiyyət
İşlər 4-5 aya başa catacaq  Bakının Suraxanı rayonunda böyük məscid tikilir. BakuCity.az xəbər verir ki, Qaraçuxur bələdiyyəsinin sifarişi ilə inşa edilən ibadət məkanı Yeni Günəşli qəsəbəsi, Mərkəz massivində yerləşir. “Fatimeyi-Zəhra” adı verilən məscidin ümumi sahəsi 3205,3 kv.m-dir. Tikinti işlərinin 4-5 ay ərzində yekunlaşacağı gözlənilir. BakuCity.az
Cəmiyyət
Qısa vaxtda ailələrin köçürülməsinə başlanacaq Bakının Nərimanov rayonu, Nazim Hacıyev, 6 ünvanındakı yataqxanada baş vermiş uçqun zamanı vətəndaşa ziyan dəyməyib. BakuCity.az xəbər verir ki, bu barədə Nərimanov Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri İlkin Əsədov Trend-ə deyib. Onun sözlərinə görə, hadisə yataqxananın 4-cü mərtəbəsinin dam örtüyünün bir hissəsində baş verib: "Çökən hissə Cəbrayıl rayonundan olan məcburi...
Cəmiyyət
Göl zibil tullantıları hesabına qurudulub Bakıda altı ay əvvəl ictimailəşdirən problemlə bağlı heç bir qurum məsuliyyəti üzərinə götürmür. BakuCity.az xəbər verir ki, “Qafqazinfo” bu ilin aprel ayında Binəqədi sakinlərinin müraciəti əsasında qəsəbədə hökm sürən acınacaqlı vəziyyət, natəmizlik və sistemsizliklə bağlı reportaj hazırlamışdı. Belə ki, 3-cü mədən, 124-cü korpusda yaşayan əhalinin təbii gölü icra hakimiyyəti tərəfindən zibil tullantıları hesabın...
Cəmiyyət
4 mindən artıq əhalinin gediş-gəlişi də rahatlaşıb Ağstafa rayonunun Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidən qurulması yekunlaşıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BakuCity.az-a verilən məlumata görə, 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun uzunluğu 9.3 km təşkil edir. Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası həmçinin torğaq yatağı s...
Cəmiyyət
Amin üçün əlavə xidmətlər də təşkil ediblər Bakıda restoranların birində övladına ad günü keçirən ana hesabı vermək istəyəndə, ondan pul götürməyiblər. BakuCity.az Baku.ws-ə istinadən məlumat verir ki, Aprel şəhidimiz Seymur Baxışovun həyat yoldaşı Aynur Baxışova övladı Aminin 8 yaşını qeyd etmək üçün restoran danışıb. Qiymət razılaşıb və ad günü mərasimi baş tutub. Ödəniş etmək istədikdə isə "Bu bizim borcumuzdur, sizin övladınızın şad gününü təşkil etmək...
Cəmiyyət
Qeyri-faiz gəlirləri bankların aktivliyini göstərir Azərbaycanda ən passiv banklar məlum olub. BakuCity.az FED.az-a istinadən xəbər verir ki, 2019-cu ilin 3-cü rübünün nəticələrinə əsasən, bunlar “Pakistan Milli Bankı”nın Bakı filialı, "Bank Melli İran"ın Bakı filialı, "Bank Avrasiya", "Turanbank", "Ziraat Bank Azərbaycan", “Naxçıvanbank” və "NBC Bank"dır. Adları qeyd edilən banklar qeyri-faiz gəlirlərinə görə, FED.az-ın tərtib etdiyi bankların renkinqində...
Cəmiyyət
Sənədlər dekabrın 2-dək təqdim olunmalıdır “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2020-ci ildə Yeni il bayramı ilə əlaqədar tədbirin keçirilməsinin satın alınması məqsədilə açıq tender elan edib. BakuCity.az Trend-ə istinadən məlumat verir ki, tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini https://www.etender.gov.az portalı vasitəsilə təqdim edə bilərlər....
Cəmiyyət
Müharibədən əvvəl mayak partladılıb 1885-ci ilin yanvarında “Pilot qeydləri” adlı rus dərgisində yazılır: “Hidrologiya departamentinin dənizçilərə nəzarət şöbəsindən verilən məlumatda bildirilir ki, Xəzər dənizində - Nargin adasının (indiki Böyük Zirə - red.) qərb qurtaracağında, Bakı buxtasının girişində yeni mayak işıqlandırma üçün açıqdır. Mayakın işığı 15 saniyədən bir yanan daimi, ağ işıqdır. O, dəniz səviyyəsindən dörd fut yüksəklikdə yerləşir və üfü...
Cəmiyyət
Təkrar qazıntıya ehtiyac qalmayacaq Bu gün Bakının bir hissəsində qaz olmayacaq. "Azəriqaz" İstehsalat Birliyindən BakuCity.az-a verilən məlumata görə, Xətai rayonu Zakir Yusifov küçəsində aparılacaq asfaltlama işləri çərçivəsində həmin yolda köhnə kəmərin yenisi ilə dəyişdirilməsi işləri də icra ediləcək. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə razılıq əldə olunub. Bununla da yol çəkilişi ilə qaz xəttinə dair təmir prosesinin, eyni zam...
Cəmiyyət
Fleşmob bayraq yürüşü ilə yekunlaşıb Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) 7-9 noyabr tarixləri arasında "Üç rəngin kölgəsində!" adlı fleşmob keçirib.  BakuCity.az xəbər verir ki, Bayraq Günü ilə bağlı xüsusi hazırlıq işləri görən BDU THİK 23 mindən çox tələbənin diqqətini 9 noyabr - Dövlət Bayraq Gününə çəkmək və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına dəstək vermək məqsədilə belə bir fleşmob təşkil edib....
Cəmiyyət
Abidə sentyabrdan hazırdır Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan abidənin rəsmi açılış tarixi məlum olub. BakuCity.az-ın məlumatına görə, Nərimanov Rayon İcra Hakimiyyətindən Trend-ə bildirilib ki, A.Aqarunova ucaldılan heykəlin rəsmi açılışı noyabrın 15-nə gözlənilir. Saat 13:00-da nəzərdə tutulan açılış mərasimində icra başçısı və digər rəsmi şəxslər iştirak edəcəklər. Qeyd edək ki, heykəl Nərimanov rayonunda Milli Qəhr...
Cəmiyyət
Qazın qiyməti qalxdı "Azpetrol" LPG (maye qaz) yanacağın satış qiymətini qaldırıb.  BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, əvvəl 1 litri 45 qəpiyə olan maye qaz hazırda 65 qəpiyə satılır. "Azpetrol"dan qiymət artımı ilə bağlı məlumatı təsdiq ediblər. Qeyd edək ki, son bir ayda avtomobillərin işlətdiyi LPG (maye qaz) təchizatında qıtlıq kəskinləşib. Bildirilir ki, bu da bir tərəfdan tələbatın artımı, digər tərəfdən isə Heydər Əliyev adına Neft Emal...
Cəmiyyət
Kassasiya şikayəti təmin olunmayıb Bakıda rəfiqəsini qətlə yetirməkdə ittiham olunan 1998-ci il təvəllüdlü Samirə Məmmədovanın (ad və soyadlar şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. BakuCity.az Teleqraf.com-a istinadən xəbər verir ki, qətl Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində olan evdə baş verib. Vəfa Səlimova kirayə qaldığı evdə rəfiqəsi Samirə Məmmədovaya oğlanlarla münasibət qurub, cinsi əlaqədə olmağı...
Cəmiyyət
Qaliblərə hədiyyə veriləcək “Dövlət Bayraq günü” ilə əlaqədar noyabrın 9-da Abşeron Milli Parkında "Sağlam ətraf mühit, sağlam həyat naminə" qaçış marafonu keçiriləcək. BakuCity.az xəbər verir ki, bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. O bildirib ki, Milli Parkda ilk dəfə keçiriləcək qaçış marafonunun əsas strateji hədəfi milli parklarda ekoturizmin daha da inkişafına nail olma...
Cəmiyyət
Günəşliyə də metro çəkiləcək Qarşıdakı illərdə daşınmaz əmlak bazarına təsir edən amillərdən biri də yeni metro stansiyalarının işə düşməsi olacaq. Metro xətlərinin genişlənməsi, yeni stansiyaların tikintisi paytaxtın daşınmaz əmlak xəritəsini ciddi surətdə dəyişdirir.  Xatırladaq ki, 2011-ci ildə prezident İlham Əliyevin fərmanı Bakı Metropoliteninin Perspektiv İnkişaf Planı təsdiqlənib. Plan paytaxtda yeni metro xətlərinin və stansiyaların tikintisini nə...
Cəmiyyət
Axşam da yola düşəcək “Azərbaycan Dəmir Yolları” QSC Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin edib. QSC-dən BakuCity.az-a verilən məlumata görə, məqsəd Dövlət Bayrağı Günü münasibətilə Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etməkdir. Noyabrın 9-da bir istiqamətə təyin olunan 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı saat 08:45-də Bakıdan yola düşəcək və 13:00-da Gəncəyə çatacaq. Noyabrın 11-də isə Bakıdan v...
Cəmiyyət
Yeni xətt Qaraçuxura qədər çatdırılacaq “Bakıda şərti adı “B3” olan metro stansiyasının tikintisi başa çatdırılıb və hazırda tamamlanma işləri qalıb. BakuCity.az-ın məlumatına görə, bunu jurnalistlərə "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib. O bildirib ki, stansiyanın açılışı gələn il olacaq: “Bu stansiyadan sonra yeni “Bənövşəyi xətt” üzrə işlər aparılacaq ki, onun bir tərəfi Xocahəsən, digər tərəfi isə Qaraçuxur qəsəbəsində olacaq...
Cəmiyyət
Paytaxtın ən yaxşı kvest otaqları Son illərdə müxtəlif tematik kvestlərdən (axtarış) keçmək kimi əyləncə forması bütün dünyada populyarlıq qazanıb və Bakı da bu baxımdan geri qalmır. Bugünkü məqalədə BakuCity.az paytaxtın ən maraqlı kvest otaqları haqqında məlumat verəcək. Hazırda Bakıda bu əyləncə növünün hər hansı bir janrını təklif edən kvest otaqlar və ya eskeyp (qaç canını qurtar) otaqları var: dəhşət otağı, labirint, macəra, tapmacalar və fantaziya. ...
Cəmiyyət
Sentyabrın 25-də açılmışdı Bakıda "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinin istifadəyə veriləcəyi tarix açıqlanıb. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, 9 noyabrda səhər saatlarından "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərin istifadəsinə açıq olacaq. Ətraf kənd və qəsəbələr, eləcə də digər müvafiq istiqamətlər üzrə matşrut xətt avtobusları Atletlər kəndinin qarşısında yeni qurulan mərkəzdən hərəkət edəcək. Xatırladaq ki,...
Cəmiyyət
Hündürlüyü 62 metrdir Azərbaycanda 10 ildir ki 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd edilir. BakuCity.az xəbər verir ki, Prezident İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr - Dövlət Bayrağı Günü təsis olunub. Bu tarix 1918-ci ilin 9 noyabrında Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Azərbaycan bayrağının dövlət bayrağı kimi qəbul edilməsinə əsasən götürülüb. Bayraq Günü ölkədə qeyri-iş günü hesab olunur və nəinki Azərb...
Cəmiyyət
Jetonu itirən cərimələnəcək Bakı Beynəlxalq Avtovağzal Kompleksi sərnişinlərə yeni xidmət göstərəcək. BakuCity.az xəbər verir ki, vağzalda  saxlama kameraları yenilənərək istifadəyə verilib. Saxlama kameraları həftənin 7 günü, saat 07:00-dan 00:00-a qədər fəaliyyət göstərir. Saxlama kameralarından istifadə etmək üçün müəyyən olunan tariflər: • 0-3 saat --- 1 AZN• 3-6 saat --- 2 AZN• 6-9 saat --- 3 AZN• 9-12 saat --- 4 AZN• 24 saat --- 5 AZN Ödəniş predmeti...
Cəmiyyət
Ən çox piyadavurmalar keçidlər olan ərazilərdə qeydə alınır "İlin əvvəlindən bu günə qədər Bakı şəhərində qeydə alınan yol-nəqliyyat hadisələrində təyin olunmayan yerlərdən keçən piyadaların avtomobillərlə vurulması ümumi hadisələrin 52 faizini təşkil edir. Bu ağır nəticələr biz Dövlət Yol Polisi əməkdaşları və rəhbərliyini ciddi narahat edir". BakuCity.az xəbər verir ki, bunu Avtosfer.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi,...
Cəmiyyət
"ASAN Kommunal" isə bazar günü işləmir 9 noyabr – Azərbaycanın Dövlət Bayrağı Günü ilə əlaqədar "ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günü olacaq. Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən BakuCity.az-a verilən məlumata görə, vətəndaşlar noyabrın 10-dan "ASAN xidmət”, 11 noyabr tarixindən isə "ASAN Kommunal” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər. "AS...
Cəmiyyət
"Azərsu" əməkdaşları hadisə yerindədir Bu gün səhər saatlarında Bakıda yolun altından keçən su xəttində qəza baş verib. BakuCity.az News24.az-a istinadən məlumat verir ki, Nəsimi rayonu ərazisində yüksək təzyiqli su xəttində baş verən qəza hündür fontanın yaranmasına və ətrafa xeyli suyun yayılmasına səbəb olub. Əraziyə "Azərsu" ASC-nin əməkdaşları cəlb edilib. Hadisə yerindən çəkilən fotonu təqdim edirik: BakuCity.az
Cəmiyyət
Nişandan cəmi 20 metr sonra radar quraşdırılıb Bakının Pirallahı rayonu ərazisində quraşdırılan yol nişanı sürücüləri çətinliyə salır. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, bu barədə sürücülərdən biri şikayət ünvanlayıb. Belə ki, sürət həddi 100 olan yolda dərhal sonra 40 nişanı qoyulub. Nişandan cəmi 20 metr sonra isə radar quraşdırılıb. Bu əraziyə ilk dəfə gələn sürücülər 100-lə gəldikləri yolda sürəti 40-a salmalıdır. Bu isə çox zaman çəti...
Cəmiyyət
Stansiyaların sayı 75-ə çatacaq Moskvada olduğu kimi, Bakıda da ikimərtəbəli metro stansiyası olacaq. BakuCity.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Əlixan Osmanov “Report”a deyib. Ə.Osmanovun sözlərinə görə, gələcəkdə tikiləcək keçid stansiyaların hamısı ikimərtəbəli olacaq: “Gələcəkdə bizim bir neçə keçid stansiyalarımız olacaq ki, onların hamısı 2-3 mərtəbəli olacaq. Artıq “Həzi Aslanov” stansiyasında bunun bir qismini tikmi...
Cəmiyyət
Yolun uzunluğu 22 km olacaq Azərbaycan hökuməti Pirallahı və Çilov adalarını birləşdirəcək yol çəkməyi planlaşdırır.  BakuCity.az xəbər verir ki, “Report”un Energetika Nazirliyindən əldə etdiyi məlumata görə, bu məsələ “Pirallahı” Külək Enerji Parkının salınması çərçivəsində nəzərdə tutulub. Pirallahı-Çilov yolunun uzunluğu 22 km olacaq. Parkın ümumi gücünün 198 MVt olması planlaşdırılır. Layihə çərçivəsində hər biri 3,3 MVt gücə malik 60 ədəd külək turbin...
Cəmiyyət
Sürücülər diqqətli olsunlar Bakı-Şamaxı yolunun bir hissəsində rəngləmə işləri görüləcək. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BakuCity.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə 7-9 noyabr tarixlərində saat 10:00-dan başlayaraq saat 17:00-dək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14-101 km hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu səbəbdən sürücülərdən s...
Cəmiyyət
Siyasi partiyalar və dini qurumlar müsabiqədə iştirak edə bilməz Azərbaycan Milli Tеlеviziya və Radiо Şurası ümumrespublika radio kanalının açılması üçün Bakı və Abşеrоn ərazisində 102,0 MHz işçi tezliyə müsabiqə еlan еdir. BakuCity.az xəbər verir ki, müsabiqədə iştirak еtmək üçün yayım üzrə хüsusi razılıq (lisеnziya) almaq üçün müəyyən оlunmuş qaydada ərizə; telеradiо yayımı kanalının fərqləndirici nişanı (studiyanın еmblеmi); iddiaçının fəaliyyət növünü...
Cəmiyyət
Yeni nömrələr gəlir Azərbaycanın mobil rabitə operatoru “Bakcell”ə yeni operator kodu - 099 prefiksi, artıq bir neçə aydır ki, ayrılıb. BakuCity.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib. E.Vəlizadənin sözlərinə görə, həmin operator kodunun istifadəsi mobil operatorun özündən asılıdır: "Bu müəyyən dərəcədə kommersiya sirridir ancaq Nazirlik olaraq bildiririk ki, 099 pre...
Cəmiyyət
Az istifadə olunub Bakıda avtomobil qiymətinə mobil telefon satılır. BakuCity.az Tap.az saytına istinadən məlumat verir ki, “Vertu Signature S Design” markalı telefonun satış qiyməti 14 500 manat təşkil edir. Satıcı “Vertu”nun yeni olduğunu, cəmi 1 saat 40 dəqiqə danışıldığını yazıb. Telefonun bütün aksesuarları var. BakuCity.az
Cəmiyyət
"Bakının kanalizasiya sistemi təkmilləşdiriləcək" Bakının mərkəzini bəzən yağış suları basır ki, bunun da səbəbi kanalizasiya xətlərinə atılan tullantılardır. BakuCity.az xəbər verir ki, bunu mətbuat konfransında “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov deyib. O bildirib ki, kanalizasiya xətlərinə bazarlardan və ticarət mərkəzlərindən artıq tullantılar atılır: “Yağıntının həcmi böyük olanda isə xətlər suyu daşıya bilmir. Kanalizasiya xətləri mütəmadi olaraq...
Cəmiyyət
Qatarlar intensiv hərəkət edəcək Dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu hesabına dəmir yolunun Biləcəri-Yalama sahəsində dartı yarımstansiyaları tikilir. “Azərbaycan Dəmir Yolları” QSC-dən BakuCity.az-a verilən məlumata görə, həmin yarımstansiyalar dartı cərəyanının sabit cərəyandan dəyişən cərəyana keçirilməsini təmin edəcək. Biləcəri-Yalama sahəsində Xızı rayonunda Yaşma, Siyəzən ərazisində Qızılburun, Xaçmazda Çarxı və Yalama dartı yarımstansiyaların...
Cəmiyyət
Ən ucuz avtomobillərin siyahısı Son illər ölkəyə idxal edilən avtomobillər üçün aksiz dərəcələrinin yüksək olması, xaricdən əsasən kiçik mühərrikli avtomobillərin gətirilməsinə səbəb olub. FED.az xəbər verir ki, mühərrikin həcmi azalsa da, avtomat sürət  qutusuna tələbat azalmayıb. Ölkə sakinləri əvvəlki kimi məhz avtomat sürət qutulu avtomobillərə üstünlük verirlər. BakuCity.az FED.az-a istinadən hazırda ölkədə satılan avtomat sürət qutulu ən ucuz avtomob...
Cəmiyyət
Olimpiadada Avropa Azərbaycan Məktəbinin 12 şagirdi iştirak edib Türkiyənin Antalya şəhərində məktəblilər arasında XI Beynəlxalq olimpiada keçirilib. Avropa Azərbaycan Məktəbindən BakuCity.az-a verilən məlumata görə, olimpiada Rusiyanın Antalyadakı Baş Konsulluğu, Antalya şəhər meriyası, Beynəlxalq Turizm Akademiyası, Beynəlxalq Turizm Kolleci və Antalyadakı Rus Məktəbi tərəfindən 27.10.2019-04.11.2019 tarixlərində təşkil olunub. Olimpiada III – XI siniflə...
Cəmiyyət
Yeni restoranlar açılacaq Bakıda Dənizkənarı Milli Parkın ərazisində tikiləcək obyektlərin görüntüləri yayılıb. BakuCity.az News24.az-a istinadən məlumat verir ki, Bakı bulvarının tarixi incisi olan “Mirvari” kafesinin yenidənqurma layihəsini haırlayanlar Milli Park ərazisində bir neçə başqa kafe-restoran üçün də layihə təqdim ediblər. Həmçinin oxu: Bakının ən iri ticarət mərkəzinin açılışı gecikir Bulvarın müxtəlif yerlərində, əsasən də yeni salınmış hiss...
Cəmiyyət
"Yaxşı olardı ki, istilik daha tez verilsin" Havanın soyuq keçməsi artıq evlərdə istiliyə tələbat yaradıb. Amma nəzərə alsaq ki, yaşayış binalarına, müəyyən obyektlərə, o cümlədən uşaq bağçaları və məktəblərə istilik noyabr ayının 15-də veriləcək. Bu isə hər zaman olduğu kimi yenə də müəyyən qrup insanlarda narazılıq yaradır ki, bu istiliyi bir az tez vermək mümkün deyilmi? ARB TV-nin “Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb. Sakin...
Cəmiyyət
Bu məsələdə heç bir kənardan vəsait cəlbi olmayıb “Azərişıq” ASC Nizami rayonunda yüksək gərginlikli transformator məntəqəsinə daxil olaraq yanıq xəsarətləri almış doqquz yaşlı Zəhra Əliyevanın müalicəsinə yardım edilməməsi məsələsinə münasibət bildirib. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin sözlərinə görə, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən ötən ay Bakının Nizami rayonunda yüksə...
Cəmiyyət
Uçuşların bir hissəsi gecikmə ilə yerinə yetirilib Heydər Əliyev Beynəlxalq Hava Limanı 2019-cu ilin oktyabr ayı üçün ən punktual aviaşirkətlərin reytinqini tərtib edib. Aeroportun mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, oktyabrda Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşən aviaşirkətlər arasında ən yüksək nəticəni – 100% punktuallıqla BƏƏ-nin milli aviadaşıyıcısı “Etihad Airways” və Çinin “China Southern” aviaşirkətləri göstərib....
Cəmiyyət
“Medinex” sərgisi 3 zonadan ibarətdir Bakıda “Medinex” - Tibb İnnovasiyaları Sərgi və Forumu keçirilir. BakuCity.az xəbər verir ki, noyabrın 7-dək davam edəcək “Medinex” Qafqaz regionunda ən iri və Azərbaycanda yeganə tədbirdir. Üç zonadan ibarət olan “Medinex” sərgisi Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən dəstəklənir. "Showcase" zonasında səhiyyə sahəsində qlobal inkişaf trendləri ilə tanış olmaq, məhsul və xidmətləri təqdim etmək, potensial tərəfdaşlar...
Cəmiyyət
"Sürücüləri normadan iki dəfə artıq işlədirlər" Bakı Nəqliyyat Agentliyi iki avtobusun toqquşması ilə nəticələnən yol qəzası barədə məlumat yayıb. Agentlikdən BakuCity.az-a verilən məlumata görə, noyabrın 4-də Qara Qarayev prospektində “Azland Plaza” MMC-nin müvəqqəti istismarında olan 57 nömrəli xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu ilə "BakuBus" MMC-nin müvəqqəti istismarında olan 7A nömrəli xətt marşrutu üzrə hərəkət edən avtobus toqquşub. ...
Cəmiyyət
Çıxarışı da var Bakıda ən ucuz mənzil Qaradağ rayonu, Qızıldaş qəsəbəsində satılır. BakuCity.az Bina.az-a istinadən məlumat verir ki, 5 mərtəbəli binanın (köhnə tikili) 5-ci mərtəbəsində yerləşən mənzilin sahəsi 50 kvadratmetrdir. Həmçinin oxu: Bakının ən bahalı mənzili satışa çıxarılıb - FOTO İki otaqlı yaşayış sahəsinin çıxarışı var. Mənzil orta təmirlidir. Qiyməti 18 min manatdır (360 AZN/m²). BakuCity.az
Cəmiyyət
Təfərrüatlar öyrənilir Bakıda avtomobildə erməni mahnısı səsləndirən şəxs saxlanılıb. Bu barədə BakuCity.az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. Onun sözlərinə görə, təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə sosial şəbəkələrdə yayılan videoda avtomobilin içərisində erməni mahnısı səsləndirən şəxsin kimliyi müəyyən olunaraq saxlanılıb: “Faktla bağlı müvafiq araşdırmalar aparılır...
Cəmiyyət
"Proqram təminatı çaşır və qapıları bloka salır" "Bakı Metropoliteni" QSC yeni gətirilən vaqonlarda qapıların sıxılma zamanı açılmamasının tənzimlənməsi üçün Rusiyanın “Transmaşholdinq” QSC-nin şirkətlər qrupuna daxil olan “Metrovaqonmaş” ASC-yə məktub göndərməyə hazırlaşır.  BakuCity.az xəbər verir ki, bunu qurumun baş mühəndisi Əlixan Osmanov “Report”a deyib. Ə.Osmanovun sözlərinə görə, tezliklə həmin problemlər aradan qaldırılacaq: “Bu məsələni biz mütə...
Cəmiyyət
Tıxaca düşməmək üçün alternativ yollardan istifadə edin Bakının daha bir küçəsində kommunikasiya xətləri yenilənir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BakuCity.az-a verilən məlumata görə, 10 noyabr tarixindən etibarən Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində aparılan yenidənqurma işləri çərçivəsində kommunikasiya xətlərinin yenilənməsi işlərinə başlanacaq. Kommunikasiya xətlərinin yenilənməsi aidiyyəti qurumlar tərəfindən sözügedən küçən...
Cəmiyyət
"Biz İstanbul, Dubay, Honq Konqla müqayisə apara bilmərik" “Tələbələrin dedikləri çox yaxşı arzulardır. Onlara cavab olaraq demək lazımdır ki, tezliklə təhsilinizi başa vurun, gəlin, işə düzəlin, yolunu göstərin, bunu necə edək?!” BakuCity.az xəbər verir ki, bunu “Report”a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Əlixan Osmanov tələbələrin qurumun sədri Zaur Hüseynova ünvanlandığı məktuba cavab verərkən deyib. Xatırladaq ki, bir qrup tələbə...
Cəmiyyət
2200 kilometr yolun asfaltlanmasına ehtiyac var Bakının qəsəbədaxili yollarının asfaltlanması işlərinin yekunlaşacağı müddət açıqlanıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli BakuCity.az-a açıqlamasında bildirib ki, Bakıətrafı qəsəbələrin daxili yollarında artıq uzun müddətdir işlər aparılır: “Bununla bağlı ölkə başçısının ilin əvvəlindən tapşırığı var idi. Biz Bakı şəhərinin 12 rayonu üzrə siyahıyaalma apa...
Cəmiyyət
Məhsulların saxlanılması üçün soyuducu kamera da yoxdur  Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, ev 2 ünvanında fiziki şəxs Ramazanov Qadir Sabir oğluna məxsus bağırsaq emalı müəssisəsində yoxlama keçirilib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən BakuCity.az-a verilən məlumata görə, müəssisədə heyvan mənşəli məhsullar və xammalın sağlamlıq və mənşəyini müəyyən edən sənədlərin olmadığı aşkar olunub. Yoxalama zamanı müəssisədə x...
Cəmiyyət
Sürücü inspektoru pul almaqda ittiham edir Elnur Rzayev adlı şəxs sosial şəbəkədə yol polisi əməkdaşı ilə dialoqunu əks etdirən video paylaşıb. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, görüntüdə E.Rzayev idarə etdiyi minik avtomobili ilə M.Hadi küçəsi ilə hərəkət edən zaman yolun sol zolağına keçərək düzünə hərəkəti davam etdirib. Qeyd edək ki, yolun sol zolağı 1.18 nişanlanma xətti ilə yalnız sola dönməyə icazə verir və svetaforun seksiyaları i...
Cəmiyyət
525 saylı avtobuslar yenilənəcək Bakıdan-Sumqayıta sərnişin daşıyan bəzi marşrut xətlərindəki avtobuslar yenilənəcək. Bu istiqamətdə gedən sərnişinlərə daha müasir və komfortlu avtobuslar xidmət edəcək. Bununla bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidməti daşıyıcı şirkətlər qarşısında konkret tələblər qoyub. Xidmətin sektor müdiri Nuridə Allahyarovanın sözlərinə görə, qurumun məqsədi bu marşrut istiqamətində sərnişinlərin tələbini ən yüksək səviyyədə qarşılam...
Cəmiyyət
Yolun hərəkət hissəsinin eni 15 m-dək genişləndirilib Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci km-lik (16 km) hissəsinin I b texniki dərəcəsinə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası yekunlaşmaq üzrədir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BakuCity.az-a verilən məlumata görə, layihəyə uyğun olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sözügedən 16 km-lik hissəsi 4 hərəkət zolaqlıdır. Yo...
Cəmiyyət
Təmir işlərinə görə hərəkət dəyişdirilir Bakıda iki marşrutun hərəkət istiqaməti dəyişdirilir. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, Abbasqulu Abbaszadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 3 və 31 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdiriləcək. 3 nömrəli marşrut Parlament prospekti – İzzət Nəbiyev küçəsi – Mikayıl Müşfiq küçəsi, daha sonra öz xətti üzrə...
Cəmiyyət
İlin sonunadək açılacağı gözlənilirdi Bakıda yeni ticarət mərkəzinin açılışı üzrə hazırlıqlar tamamlanmaq üzrədir. BakuCity.az FED.az-a istinadən xəbər verir ki, 2020-ci ilin fevralında Xəzərin sahilində hələlik ölkənin ən böyük ticarət mərkəzi sayılan “Dəniz Mall” işə düşəcək. Sidney Operası üslubunda, 8 guşəli ulduz formasında inşa edilmiş ticarət mərkəzi 5 mərtəbəlidir. Sahəsi 120 min kv.m olan mərkəzdə əyləncə obyektləri, mağazalar, restoran və sinema...
Cəmiyyət
Ümumiyyətlə, peyvənd vacibdirmi? Havaların getdikcə soyuması qrip virusuna yoluxma riskini artırır. Bir çoxları qış mövsümündə sağlamlığını qorumaq üçün qripə qarşı peyvənd vurdurmalı olduqlarını düşünürlər. BakuCity.az-ın bugünkü məqaləsində ümumi soyuqdəymə əleyhinə peyvənd etdirməyin zəruriliyi, yan təsirləri və bu prosedura nə qədər xərc tələb olunduğu araşdırılıb. Peyvənd qripdən xilas yoludurmu? Bu sualla Respublika Gigiyena və Epidemiologiya Mərkəzi...
Cəmiyyət
Qatar Bakıdan saat 08:45-da yola düşəcək Qış mövsümünə keçidlə əlaqədar noyabrın 12-dən Bakı-Gəncə-Bakı sürət elektrik qatarının hərəkət cədvəli dəyişdiriləcək. Bu barədə BakuCity.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.  Məlumata görə, gündüz vaxtının qısalması səbəbindən və sərnişinlərin müraciətlərini nəzərə alaraq, “Azərbaycan Dəmir Yolları” QSC həmin istiqamətdə qatarların qrafikini yeniləyib. Yeni cədvələ əsasən, 702/701 nömrəli qatar Bakı...
Cəmiyyət
Video insanları qəzəbləndirib Ötən gün sosial şəbəkələrdə yayılan video ciddi müzakirələrə və narahatlığa səbəb olub. BakuCity.az BakuPost-a istinadən xəbər verir ki, həmin video Bakı küçələrində erməni mahnısı səsləndirilən avtomobildə çəkilib. Avtomobildə olanlar Azərbaycan dövləti əleyhinə ifadələr işlədir, milləti aşağılayan “zarafatlar” edirlər. Hiss olunur ki, onlar öz danışıq tərzləri ilə guya gürcü olduqlarını bildirmək istəyirlər. Bu təxribat xara...
Cəmiyyət
Qarşıdan gələn sürücülərə də təhlükə yaradıblar Bakıda kütləvi şəkildə əks istiqamətə çıxan sürücülərin görüntüsü digər avtomobildəki kamera vasitəsilə qeydə alınıb. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, oktyabrın 30-da paytaxtın Dilarə Əliyeva küçəsində tıxac yarandığı üçün bir neçə sürücü əks istiqamətə çıxaraq axına qarşı hərəkət edib. Həmçinin oxu: Bakıda yağışlı havalarda baş verən dəhşətli qəzalar - VİDEO Qayda pozan avtomobillərdən bir...
Cəmiyyət
Zavodda 15 adda neft məhsulu istehsal olunur Bakıda Hеydər Əliyеv аdınа Neft Emalı Zavodunun (NEZ) əsаs tехnоlоji qurğulаrındа еyni vахtdа aparılan irimiqyаslı təmir işləri başa çatıb. SOCAR-dan BakuCity.az-a verilən məlumata görə, zavodda dörd əsas qurğu: dizel və reaktiv mühərrik yanacağı istehsal edən ilкin еmаl qurğusu, əsasən benzin və maye qazlar kimi istehlak məhsullarını istehsal edən каtаlitiк кrекinq qurğusu, digər neft məhsulları istehsal edən k...
Cəmiyyət
İşsizlərə xidmət göstərəcək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmrləri ilə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 1 saylı Bakı Ərazi şöbəsi və nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin (DMX) 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzi yaradılıb.  Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, DSMF-nin 1 saylı Bakı Ərazi şöbəsi Fondun Səbail və Yasamal rayon şöbələrinin, DMX-nin 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzi isə Xidm...
Cəmiyyət
“Bakı Metropoliteni” QSC iddiaya cavab verdi Azərbaycan Maliyyə Nazirliyi 2020-ci ilin dövlət büdcəsində dövlət şirkətlərinə və müəssisələrinə nəzərdə tutulan subsidiyaların həcmini açıqlayıb. BakuCity.az-ın məlumatına görə, bununla bağlı iqtisadçı Qubad İbadoğlu bildirib ki, 9 şirkətin yer aldığı siyahıya 40 milyon manatla "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti başçılılıq edir: "Cari il üçün “Bakı Metropoliteni” QSC üzrə 45 milyon manat nəzərdə tut...
Cəmiyyət
Stansiyalarda sıxlıq yaşanıb Bu gün səhər saatlarında Bakı Metropoliteninin işində nasazlıq yaranıb. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BakuCity.az-a bildirib ki, “Gənclik” stansiyasında "Həzi Aslanov-İçərişəhər" istiqamətində hərəkət edən qatarın qapısında texniki problem yaranıb. Nəticədə stansiyalarda sıxlıq yaşanıb. Onun sözlərinə görə, problem səbəbindən qatarların hərəkətində beş dəqiqə yubanma olub: "Maşinist p...
Cəmiyyət
İndiyədək 6400 minik avtomobili verilib Bakıda müharibə əlillərinə avtomobil verilib. BakuCity.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Xəzər” markalı daha 50 avtomobil müharibə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan vətəndaşlara təqdim edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli deyib ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğr...
Cəmiyyət
Su bəzi mağazalara da dolub Gecə saatlarında yağan güclü yağış nəticəsində paytaxtın bəzi əraziləri su altında qalıb. BakuCity.az Oxu.Az-a istinadən xəbər verir ki, yağıntının ən çox düşdüyü yerlərdən biri də Bakının Qaradağ rayonu olub. Belə ki, Lökbatanda yerləşən “Binə” ticarət mərkəzinin dayanacağını su basıb. Səhər ticarət mərkəzinə gedənlər avtomobillərini saxlamaq üçün yer tapa bilməyib. Həmçinin oxu: Bakıda yolları su basdı, avtomobillər batdı - FO...
Cəmiyyət
Yollarda sürət həddi endirilib Bakıda iki gündür yağan güclü yağış avtomobillərin və piyadaların hərəkətinə çətinliklər yaradıb. BakuCity.az Baku TV-yə istinadən məlumat verir ki, gecə saatlarında yağan intensiv yağış nəticəsində şəhərin bir sıra ərazilərində yolları su basıb. Belə yollardan biri Səbail rayonu, Bayıl qəsəbəsi ərazisindədir. 20-ci sahə yaşayış massivinə gedən yolun alternativ hissəsini su basdığından avtomobillər çətinliklə üzləşib. 30-50 s...
Cəmiyyət
Bəs nə vaxt tətbiq olunacaq? Bakının ictimai nəqliyyat sistemində bank kartları vasitəsilə gediş haqqının ödənişlərinin aparılmasına dair həm banklar, həm də “BakıKart”la danışıqlar aparılır. BakuCity.az xəbər verir ki, bunu “APA-Economics”ə “Mastercard” şirkətinin Azərbaycan üzrə meneceri Erdem Çakar deyib. Onun sözlərinə görə, bank kartlarının nəqliyyatda ödəniş vasitəsi kimi istifadəsi “Nağdsız Azərbaycan” proqramının ən önəmli təməllərindən biridir. Hə...
Cəmiyyət
H.Z.Tağıyevin bəzi sənədlərini və ailə fotolarını gətirəcək Milyonçu Hacı Zeynalabdin Tağıyevin varisi babasının ev muzeyində olub. BakuCity.az xəbər verir ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində Hacı Zeynalabdin Tağıyevin ikinci oğlu Ağasadıq Tağıyevin kötükcəsi Alban Klodla görüş keçirilib. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı muzeyin hər zaman H.Z.Tağıyevin varisləri ilə təmasda olduğunu deyib: “Bu...
Cəmiyyət
Bakı polisi sürücülərə müraciət etdi Sürücülər yağışlı hava şəraitində sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalıdırlar. BakuCity.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə deyib. O qeyd edib ki, sürücülər əyləc sistemindən istifadə edərkən yağış sularının yollarda sürüşmə şəraiti yaratdığını nəzərə almalıdırlar: “Hər bir s...
Cəmiyyət
Bütün avtobuslar kart sisteminə keçəcək Bakıda ictimai nəqliyyatda gediş haqqı pik saatlarında fərqli ola bilər. BakuCity.az Milli.Az-a istinadən xəbər verir ki, bunu "Hər şey daxil" verilişində Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, ümumiyyətlə, BNA icraedici qurumdur, belə bir səlahiyyəti yoxdur: “İlin axırında kartlaşma tam yekunlaşandan sonra bütün xətlər kart sisteminə keçəcək. Ondan sonra bu ödənişlərdə şəxaləndi...
Cəmiyyət
Avtobusların hərəkəti çətinləşib Bakı Nəqliyyat Agentliyi (BNA) Bayıl qəsəbəsi, "20-ci sahə" istiqamətinə hərəkət edən avtobusların gecikməsinin səbəbini açıqlayıb. Agentlikdən BakuCity.az-a verilən məlumata görə, yolun hərəkət hissəsində aparılan təmir-tikinti işlərinin vaxtında yekunlaşmaması, eyni zamanda, təmir müddətində nəqliyyat vasitələrinin hərəkəti üçün uyğun şəraitin yaradılması sonda məhz bu cür çətinliklərə səbəb olur. Qeyd olunub ki, mövcud v...
Cəmiyyət
Bilet almaq asanlaşdı Dövlət Avtomobil Nəqliyyatı Xidməti və "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sərnişinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə birgə layihə təqdim edilib. Dövlət Xidmətindən BakuCity.az-a verilən məlumata görə, artıq kənd sakinləri paytaxt Bakıya səfər etmək üçün Zaqatala Beynəlxalq Avtovağzal Kompleksinə gələrək bilet əldə etməklə yanaşı, yaşadıqları ərazi üzrə ən yaxın poçt nümayəndəliyinə şəxsiyyət vəsiqəsi ilə...
Cəmiyyət
Liftlər dəyişdirilməsi gələn ildə də davam etdiriləcək Bakıya 458 yeni lift gətirilib. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən Bakucity.az-a verilən məlumata görə, Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi, Almaniyanın "Wittur Holding GMBH" şirkətinin, həmçinin Azərbaycanın bir sıra tanınmış şirkətlərinin rəhbərlərinin iştirakı ilə təqdimat mərasimi, Bakıda yeni liftlərin quraşdırılmasının bu günə olan vəziyyəti, bu istiqamətdə gələcəkdə görüləc...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?