usd:
1,70 ₼
eur:
1,88 ₼
Bu gün
+10... 12 °С
Buludlu, yağmursuz
Sabah
+9... 11 °С
Buludsuz, yağmursuz
Bu gün
+10... 12 °С
Buludlu, yağmursuz
Sabah
+9... 11 °С
Buludsuz, yağmursuz

Xəbərlər Bakı. Cəmiyyət

Filters
Filters
Cəmiyyət
Bakı Dövlət Universitetinin (BDU) təsis edilməsinin 100-cü ildönümü ilə əlaqədar gümüş yubiley pul nişanı tədavülə buraxılıb.  Azərbaycan Mərkəzi Bankından BakuCity.az-a verilən məlumata görə, pul nişanının nominal dəyəri 5 manat təşkil edir. Yubiley pul nişanının çəkisi 1 troy unsiyası – 31,1 qram (+0,1 qram), diametri isə 38,61 millimetr təşkil edir. Pul nişanı Böyük Britaniyanın “The Royal Mint” şirkətində beynəlxalq standartlara uyğun “Pruf” texnologiy...
Cəmiyyət
Bakının Bakıxanov qəsəbəsində yolu kəsən sakinlərdən şikayət daxil olub. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, Bakıxanov qəsəbəsi Sakit Qocayev küçəsində yaşayan bir neçə sakin avtomobillərini rahat park etmək üçün evlərinin qarşısındakı yolu dəmir maneələrlə kəsib. Həmin küçədə yaşayan digər sakinlər gecə sıxlıq olan vaxt avtomobili park etməyə yer tapmırlar. Onlar bildirir ki, həmin dəmir maneələr ərazidən sökülsə, digər sürücülər də rahat...
Cəmiyyət
Azərbaycanda 40 illik evlilikdən sonra süni mayalanma yolu ilə ana olan 64 yaşlı qadının görüntüləri yayılıb. BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, qadının görüntüləri xəstəxananın sosial şəbəkə səhifəsində paylaşılıb. Bakıdakı özəl xəstəxanaların birində qeysəriyyə əməliyyatı ilə dünyaya gələn əkizlərin atasının isə 70 yaşı var. Uşaqlardan biri qız, digəri oğlandır. Ana və uşaqların vəziyyəti yaxşıdır. Qeyd edək ki, nəinki Azərbaycanda, ümumilik...
Cəmiyyət
Fövqəladə Hallar Nazirliyi Bakıda 194 binaya müsbət rəy verib. Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, ümumilikdə ötən 8 ay ərzində ümumi sahəsi 3 434 051 kv.m olan 34 103 mənzilli, ümumilikdə 620 girişli 203 binaya (kompleksə) dair müsbət rəy verilib. 194-ü Bakıda yerləşən bu binalara dair sənədlər komplektləşdirilərək, müvafiq qaydada onların istismara hazır olması barədə tərtib edilmiş rəy aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəs...
Cəmiyyət
Bakı şəhəri, Binəqədi rayonunda fəaliyyət göstərən fiziki şəxs Muradov Elxan Mürşüd oğluna məxsus süd məhsulları istehsalı sexində yoxlama aparılıb. Qida Təhlükəsizliyi Agentliyindən BakuCity.az-a verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulması faktları aşkar edilib. Müəyyən edilib ki, emal müəssisəsi qida təhlükəsizliyi qeydiyyatından keçməyib və avtomagistral yolun kənarında, ist...
Cəmiyyət
Bu gün Səbail Rayon Məhkəməsində 162 saylı məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən direktor Sevinc Abbasovanın məhkəməsi keçirilib. BakuCity.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəmədə direktorun vəkili Sadiq Bağırov çıxış edərək ittihamları qəbul etmədiklərini deyib, müvəkkilinə bəraət verilməsini və mülki iddianın təmin edilməməsini istəyib. S.Abbasova son sözündə Elinanın ölümündə heç bir günahı olmadığı...
Cəmiyyət
UEFA Avropa Liqası turniri çərçivəsində Bakıda keçiriləcək "Qarabağ" - "APOEL" oyunu ilə bağlı Bakı Metropoliteni gücləndirilmiş iş rejimində çalışacaq. BakuCity.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, oyun ərəfəsində stansiyalar gücləndirilmiş rejimdə çalışacaq: "Oyun Bakı vaxtı ilə saat 20:55-də Tofiq Bəhramov adın Respubli...
Cəmiyyət
Paytaxtda insanların böyük marağına səbəb olan nəhəng çənlər SOCAR-a məxsus imiş. BakuCity.az xəbər verir ki, bunu News24.az-a açıqlamasında SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib. O qeyd edib ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda hazırda genişmiqyaslı modernizasiya və yenidənqurma layihəsi həyata keçirilir: “Bu işlərin əsas məqsədi ölkədə istehlak edilən və satılan yanacağın...
Cəmiyyət
Oktyabrın 25-26-da Bakı şəhərində Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşünün keçirilməsi ilə əlaqədar olaraq, Təbriz küçəsinin G.Qədirbəyova və Həsənoğlu küçəsi ilə kəsişmələrində tətbiq ediləcək məhdudiyyətə uyğun olaraq 5 və 11 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdiriləcək. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, 5 nömrəli marşrut 20-ci sahə istiqamətində A.Nemət...
Cəmiyyət
Azərbaycan Qida Təhlükəsizlik Agentliyi (AQTA) İTV kanalı ilə birgə Bakıdakı dönərxanalarda reydlər aparıb. BakuCity.az xəbər verir ki, məqsəd bu obyektlərin sahiblərini maarifləndirmək olub. Reydlər zamanı mənşəyi məlum olmayan ətdən hazırlanan 1 manatlıq dönərlərin xüsusən də tələbələr tərəfindən alınması məlum olub. Satıcılar ətin sağlam olmasını təsdiqləyən sənədi də təqdim edə bilməyiblər. BakuCity.az
Want to add bakucity.az to your home screen and stay up to date with the news?