usd:
1,70 ₼
eur:
1,91 ₼
Bu gün
+19... 22 °С
Buludsuz, yağmursuz
Sabah
+21... 23 °С
Buludsuz, yağmursuz
Bu gün
+19... 22 °С
Buludsuz, yağmursuz
Sabah
+21... 23 °С
Buludsuz, yağmursuz
Filters
Filters
Cəmiyyət
Bu filtrlərin çoxu cod suların yumuşaldılmasına hesablanmış qurğulardır “Azərsu” ASC-nin su filtri satışı ilə məşğul olan şirkətlərə qarşı tədbir görməsi üçün səlahiyyəti yoxdur, bununla belə mütəmadi olaraq təbliğat işləri aparılır. Bakucity.az-ın xəbərinə görə, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı İTV-də yayımlanan “3D” verilişində çıxışı zamanı deyib. Onun sözlərinə görə, belə filtrləri satan şəxslər istehlakçıları aldadırlar: “Ə...
Cəmiyyət
Kamal uşaqlıqdan əqli problemli olub Kamal Qasımov adlı 17 yaşlı gənc Sabunçu rayon, Bakıxanov qəsəbəsi, X.Xasməmmədov ünvanında küçədə yaşayır. Bakucity.az xəbər verir ki, Azxeber.com-un əməkdaşı küçədə yaşayan Kamaldan müsahibə alıb.  Qonşuların və özünün dediyinə görə, Kamal həmin məhəllədə yaşayan imkanlı bir ailənin nəvəsi olub. Atası ondan imtina edib. Nənə və babası öldükdən sonra anası başqa bir şəxslə birlikdə Bərdəyə köçüb. Kamal uşaqlıqdan əqli...
Cəmiyyət
Paytaxtda kəskin soyuqlar gözlənilirmi? Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva Bakucity.az-a açıqlamasında 2019-cu ilin payızında bakılıları və paytaxt qonaqlarını hansı hava şəraitinin gözlədiyini açıqalyıb  “Azərbaycanda payızın başlanğıcını ən mülayim mövsüm adlandırsaq, yəqin ki, yanılmarıq. Temperatur rejimini əlverişli hesab etmək olar. Təbiətin payız rənglərindən zövq ala bilməyim...
Cəmiyyət
Prezidentin tapşırığına əsasən qəsəbələrə gedən avtobuslar dəyişdirilir. Xəbər veridiyimiz kimi, bu gün, sentybrın 25-də, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışında iştirak edib. Bakucity.az-ın məlumatına görə, prezident və birinci xanım yeni avtobuslarla da tanış olub. Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimli bildirib ki, prezidentin tapşırığına əsasən, qəsəbələrə gedən...
Cəmiyyət
Pəhriz qaydaları, dieta saxlamaq, arıqlamaq Günümüzdə insanlar arıqlamaq məqsədilə külli-miqdarda pul xərcləyib idman zallarına gedir, bahalı preparatlar və qidalar qəbul edirlər. Bəziləri tənbəllikdən və maddi çətinlikdən dolayı arıqlamaq istəyib, çaba göstərə bilmirlər. Pessimizm, iradə zəifliyi, mənəvi dəstək ala bilməmək onları bədbinliyə kökləyir.  Bəs çox pul xərcləmədən və idman zallarına getmədən ev şəraitində sağlam şəkildə necə arıqlamaq olar?  B...
Cəmiyyət
Etibar Qazıbəyov 2017-ci ildə təqaüdə çıxıb.  Bakıda daxili işlər orqanlarının ən yaxşı kadrlarından olan sabiq polis rəisi, polkovnik Etibar Qazıbəyov vəfat edib.  Bakucity.az Oxu.Az-a istinadən xəbər verir ki, E.Qazıbəyov 1951-ci ildə Naxçıvanda doğulub və 68 yaşında həyata gözlərini yumub. Polis polkovniki E.Qazıbəyov 26 yaşında Bakı şəhərinin Su Polisinin rəisi təyin edilib. Sabunçu və Suraxanı rayonlarının polis rəisi vəzifələrində çalışıb.  Son illər...
Cəmiyyət
Şimal-qərb küləyi əsəcək Sentyabrın 26-da Bakıda hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Bakucity.az-ın xəbərinə görə, mülayim şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək. Havanın temperaturu gecə 16-18, gündüz 25-27 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 756 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz olacaq. Bakucity.az
Cəmiyyət
“Bakını çox sevirəm” Əziz dostlar! Mən Bakı Ali Neft Məktəbində (BANM) təhsil alacam. Buna görə çox sevinirəm. Bakucity.az-ın xəbərinə görə, bu sözləri BANM-nin 1-ci kurs tələbəsi nigeriyalı Somtoçukvu Çidinma deyib. “Bilik Günü” ilə bağlı tədbirdə çıxış edən tələbə Azərbaycan dilində danışıb, ölkəmizdə olduğuna görə fəxr etdiyini və Bakını çox sevdiyini bildirib. Bildirilir ki, Somtoçukvu Çidinma 5 gün ərzində BANM-in əməkdaşlarının köməyi ilə Azərbaycan...
Cəmiyyət
Nazir əmr imzalayıb Bakıda polis bölməsinin rəisi, müavini və sahə müvəkkili vəzifədən azad edilib. Bakucity.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Zaur Məmmədov, onun müavini polis mayoru İlkin Ələkbərov və sahə müvəkkili (adı açıqlanmayıb) işlərində yol verd...
Cəmiyyət
Yolu keçən piyada sanki özünü maşının altına atır Bakıda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi kameraya düşüb. Bakucity.az-ın xəbərinə görə, görüntüləri avtosfer.az saytı yayıb. Kadrlara əsasən, magistral yolu keçən yaşlı kişi qəfildən hərəkət istiqamətini dəyişir.  Ardınca yaşlı kişi təkərin altında qalaraq dünyasını dəyişir. Həmin görüntüləri təqdim edirik: Bakucity.az
Want to add bakucity.az to your home screen and stay up to date with the news?