usd:
1,70 ₼
eur:
1,85 ₼
Bu gün
+19... 21 °С
Buludsuz, yağmursuz
Sabah
+22... 25 °С
Buludsuz, yağmursuz
Bu gün
+19... 21 °С
Buludsuz, yağmursuz
Sabah
+22... 25 °С
Buludsuz, yağmursuz
Filters
Filters
Cəmiyyət
Sabah Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Bakucity.az xəbər verir ki, axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-19, gündüz 24-26 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz olacaq. Bakucity.az
Cəmiyyət
Paytaxtın Nərimanov və Nizami rayonlarında əxlaqsızlıq yuvaları aşkar edilib. Bakucity.az xəbər verir ki, bu barədə "Kanal Azeri" Youtube kanalında video yayılıb. Çay evi və masaj salonu adı altında fəaliyyət göstərən obyektlərdə gənc qızlar 30-40 manat qarşılığında intim xidmət təklif edirlər. Sözügedən məkanlarda çəkilən gizli görüntüləri təqdim edirik: Bakucity.az
Cəmiyyət
Gənclərə təhsillərində uğurlar arzulanıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 6-da Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən təşkil edilmiş "Xaricdə təhsilin maliyyələşdirilməsi" müsabiqəsinin qaliblərinin bir qismi ilə görüşüb. Bakucity.az xəbər verir ki, xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində Azərbaycan Respublikasının maliyyə dəstəyi ilə magistr təhsili almaq hüququ qazanan gəncləri təbrik edən Leyla Ə...
Cəmiyyət
“Azəriqaz” İB məlumat yayıb. Paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsində səhər saat 09:00-dan bir qrup istehlakçının qaz təchizatı dayandırılıb. Bakucit.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. Qeyd edilir ki, ərazidə qaz xəttinin mənbəyə birləşdirilməsi işləri icra olunur. Bundan əlavə, saat 10:00-dan orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması məqsədilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində, eləcə də təmir işləri əlaqəda...
Cəmiyyət
Baş Polis İdarəsindən Aşura günü xəbərdarlığı. Bakıda Aşura mərasimləri ilə əlaqədar ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini ilə əlaqədar paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq. Bakucity.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin məlumatında deyilir. Məlumatda bildirilir ki, paytaxtın bütün məscid və ziyarətgahların ətrafında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadla...
Cəmiyyət
Bakıda təcili tibbi yardım maşını təyinatı üzrə istifadə olunmayıb. Bakucity.az xəbər verir ki, təcili yardım maşını ilə mebel daşıyıblar.  Maşının sürücüsü qapı və digər mebel alıb və maşının arxasına yerləşdirib. Hadisənin görüntülərini Baku.ws saytı yayıb.  Həmin görüntüləri təqdim edirik: Bakucity.az
Cəmiyyət
Paytaxtın Qaradağ rayonunda yaşayış evi yanıb. Bakucity.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Ümumi sahəsi 80 m² olan taxta konstruksiyalardan ibarət birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.  Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.  Bakucity.az
Cəmiyyət
Bakıda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Sentyabrın 8-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bakucity.az xəbər verir ki, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-19° isti, gündüz 22-24° isti təşkil edəcək. Bakıda gecə 17-19° isti, gündüz 22-24° isti təşkil edəcək. Atmosfer təzyiqi 760 mm civə sütunun...
Cəmiyyət
Bakının Xətai rayonunda “Masaj Salonu” adı altında əxlaqsızlıq yuvası fəaliyyət göstərir Bakucity.az xəbər verir ki, burada müxtəlif yaşda qadınlar pul qarşılığında bədənlərini satırlar. Bundan başqa Günəşli qəbirstanlığına gedən yol, “Xalqlar” körpüsündən düşəndə, sağda yerləşən obyektlərdə fahişəxana kimi fəaliyyət göstərir. Günəşlidən Qaraçuxur qəsəbəsinə düşən yolda da yerləşən obyektlərdə açıq insan alveri gedir. Videonu çəkən şəxs qeyd edir ki, burad...
Cəmiyyət
Bakı-Sumqayıt yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi kameraya düşüb. Bakucity.az xəbər verir ki, görüntüləri “Avtostop” verilişinin müəllifi Tural Yusifov paylaşıb. “Opel Astra” markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən qəza törədib.  Yol boyu təhlükəli manevrlər edən sürücü sonda qəzadan yayına bilməyib və nəqliyyat vasitəsini yük maşınına çırpıb. Bakucity.az
Want to add bakucity.az to your home screen and stay up to date with the news?