usd:
1,70 ₼
eur:
2,05 ₼
Bu gün
+16,0 ... +18,0 °С
Buludlu, yağmursuz
Sabah
+15,0 ... +17,0 °С
Buludlu, yağmursuz
Bu gün
+16,0 ... +18,0 °С
Buludlu, yağmursuz
Sabah
+15,0 ... +17,0 °С
Buludlu, yağmursuz
Filters
Filters
Cəmiyyət
"Yaşma bağları" yaşayış massivinin suyu növbəti dəfə, həmdə sərt karantin dövründə kəsilib. Sakinlərin BakuCity.az-a bildirdiyinə görə, "Yaşma bağları" yaşayış massivinə verilən su artıq bir həftədən çox müddətdir ki, kəsilib. "Karantinin sərtləşdirildiyi bu vaxtda, insanların gigiyenik baxımdan təmiz olması üçün suya bu qədər çox ehtiyyacı olduğu bu günlərdə, massivə verilən kanal suyu da kəsilib. Bundan əvvəl də demişdik, burada əsas problem suyun verild...
Cəmiyyət
"Azər Türk Bank"ın Yasamal filialı müvəqqəti olaraq fəaliyyətini dayandırıb. BakuCity.az xəbər verir ki, filial cümə günündən etibarən iyunun 24-dək fəaliyyətini müvəqqəti dayandırıb.  "Azər Türk Bank"ın mətbuat katibi Rauf Ağayev bankın bağlanması xəbərini təsdiqləyib. R.Ağayev qeyd edib ki, "Azər Türk Bank"ın Yasamal filialının məzuniyyətdə olan bir əməkdaşı COVID-19 virusuna yoluxub: "Bank rəhbərliyi tərəfindən filialın bütün əməkdaşlarının müayinəsinin...
Cəmiyyət
Koronavirus epidemiyası taksi xidmətlərində yeni qaydaların tətbiqinə səbəb olub. BakuCity.az xəbər verir ki, bu qaydaları tətbiq etməyən taksi sürücülərinə fərqlənmə nişanı verilməyəcək.  Daha ətraflı ARB Tv-nin hazırladığı süjetdə: BakuCity.az
Cəmiyyət
Kredit ödənişlərində müəyyən güzəştlər ediləcək. Dövlət tərəfindən pandemiyadan əziyyət çəkən sahibkarlara dəstək məqsədi ilə kredit ödənişlərində müəyyən güzəştlər ediləcək. BakuCity.az xəbər verir ki, bu barədə “İTV Xəbər”də məlumat verilib. Əsasən iki formada təqdim ediləcək güzəştlər paketi yaxın günlərdə iş adamlarının istifadəsinə veriləcək. BakuCity.az
Cəmiyyət
Azərbaycanda daha 478 nəfər COVID-19-a yoluxub, 7 nəfər ölüb. Azərbaycanda 478 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 369 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib. Belə ki, indiyədək ölkədə ümumilikdə 13 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı...
Cəmiyyət
Vətəndaşlara 190 manatlıq birdəfəlik ödəniş yenidən verilməlidirmi? Azərbaycanda bu ilin aprel-may aylarında verilmiş 190 manatlıq birdəfəlik ödənişin iyunda da verilməsi təklif olunur. BakuCity.az xəbər verir ki, Report bununla bağlı Bakı sakinləri arasında sorğu keçirərək onların fikrini öyrənib.  Paytaxtda yaşayanlar koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejiminin müddətinin uzadılmasını nəzərə alaraq birdəfəlik ödənişin yenidən verilməsinə...
Cəmiyyət
Azərbaycanda bütün yay boyu teledərslərin davamlı olması gözlənilir? "Mart ayının 3-dən etibarən ölkədə bütün pillələrdə təhsil dayandı. Fasilənin yaranması daha çox 1-4-cü və 9-11-ci sinif şagirdlərinə mənfi təsir göstərə bilər. Belə ki, 1-4-cü siniflərdə təhsil alan şagirdlərdə oxuma, anlama, dinləmə bacarıqları yeni formalaşır və bu qədər tədrisə ara vermək onlarda müəyyən qədər unutqanlıq yarada bilər. Bunun üçün bütün yay boyu teledərslərin davamlı ol...
Cəmiyyət
"Belə davam etsə, süni nəfəs aparatları çatmayacaq" “Bu gün xəstəxanalarda kritik vəziyyətdə olan çox sayda ağır xəstələrimiz var. Əgər yoluxma sayında artım dinamikası davam edəcəksə elə bir gün gələcək ki, süni nəfəs aparatları çatmayacaq”. BakuCity.az xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. C.İsayev bildirib ki, koronavirus bu gün aqressivləşib: “Artıq ağır gedişlər cavanlar arasında xeyli artıb. İnsanlar əməkdar artisti...
Cəmiyyət
Professor Adil Qeybullayev Covid-19 virusunun bitəcəyi dəqiq tarixi söyləyib. "Bakı şəhərində bütün xəstəxanalar imkanlarını mobilləşdirsə, təxminən 7 min xəstənin yatmasına imkan var. Axı bu qədər personal, tibb bacıları, həkim yoxdur ki, onlara xidmət göstərə". BakuCity.az xəbər verir ki, bunu tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. A.Qeybulla bildirib ki, bütün ağırlaşan xəstələrin böyük əksəriyyəti vaxtında həkimə müraciət etməyənlərdir: "...
Cəmiyyət
TƏBİB “Semaşko”dakı vəziyyətlə bağlı açıqlama verib. TƏBİB 1 saylı Kliniki Tibbi Mərkəzlə ("Semaşko") bağlı sosial şəbəkələrdə yayılan fikirlər və videomateriallarla bağlı açıqlama yayıb. TƏBİB-dən BakuCity.az-a verilən məlumata görə, xəstəxanada mövcud vəziyyət və çatışmazlıqlar barədə TƏBİB məlumatlıdır və bu çatışmazlıqların aradan qaldırılması istiqamətində fasiləsiz işlər görülür. Qeyd olunub ki, pasiyetin “Çin dərmanı” adlandırdığı dərman preparatı F...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?