usd:
1,70 ₼
eur:
1,84 ₼
Bu gün
+7... 10 °С
Buludsuz, yağmursuz
Sabah
+9... 11 °С
Buludlu, yağmursuz
Bu gün
+7... 10 °С
Buludsuz, yağmursuz
Sabah
+9... 11 °С
Buludlu, yağmursuz
Filters
Filters
Hadisələr
65 yaşı vardı Ötən gün Bakıda yaşayış binasında yanğın zamanı qadının 4-cü mərtəbədən yıxılmasının görüntüləri yayılıb. BakuCity.az xəbər verir ki, hadisə Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 17 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş verib. Yanğın zamanı təşvişə düşən 1955-ci il təvəllüdlü Leyla Manafova nərdivanla aşağı enərkən yerə yıxılıb. Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. BakuCi...
Hadisələr
Artıq sığınacaqdadır Bakıda itin gözlərini çıxardıblar. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, gözləri çıxarılan köpəyi küçədən heyvansevərlərdən biri götürüb. Artıq sığınacağa yerləşdirilən itin kim tərəfindən bu hala salındığı, neçə gündür bu vəziyyətdə olduğu məlum deyil. Xatırladaq ki, bir müddət əvvəl də bir itin gözləri çıxarılmış, cinsiyyət orqanı kəsilmişdi. Hadisə cəmiyyətdə ciddi müzakirələrə səbəb olmuşdu. BakuCity.az
Hadisələr
İlkin səbəbi açıqlanıb Bu gün gecə saatlarında Sabunçu rayonu Bakıxanov qəsəbəsi S.Qocayev küçəsində tikinti materialları bazarında yanğın baş verib. BakuCity.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Ümumi sahəsi 5000 kv.m olan tikinti materialları bazarında bir-birinə bitişik müxtəlif təyinatlı ticarə...
Hadisələr
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib BakuCity.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.  Bildirilib ki, Nizami rayonunda “Mercedes” markalı minik avtomobili və “KamAZ” markalı yük maşını toqquşub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini və müxtəlif xəsarətlər alaraq, sıxılı vəziyyətdə qalan...
Hadisələr
Xəstəxanaya çatdırılsa da… Bakıda gənc qız ehtiyatsızlığın qurbanı olub. BakuCity.az “Report”a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb. Bəkir Çobanzadə küçəsində 2000-ci il təvəllüdlü Həsənzadə Xədicə Ramiz qızı 5-ci mərtəbədən yıxılıb. Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, X.Həsənzadənin həyatını xilas etmək mümkün olmayıb. BakuCity.az
Hadisələr
“Azərsu” işçiləri ərazidədir Bakının Səbail rayonu ərazisində, jurnalistlərin binasının yaxınlığında su xətti partlayıb.  BakuCity.az APA-ya istinadən xəbər verir ki, nəticədə yol çöküb.  “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bldirib ki, Səbail rayonunda Elçin Əzizov küçəsini su ilə təmin edən su xəttində sızma baş verib. Bu səbəbdən torpaqda çökmə əmələ gəlib. ASC-nin briqadası əraziyə cəlb olunub. Hazırda qəzanın aradan qaldırılması...
Hadisələr
Yanğın davam edir Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində geniş ərazidə məişət tullantıları yanır. Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. BakuCity.az
Hadisələr
Paytaxtda 38 yaşlı kişi faciəvi şəkildə ölüb. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə martın 20-də paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində qeydə alınıb. Belə ki, 1982-ci il təvəllüdlü Elxan Abbasov qəsəbə ərazisində yerləşən yeni tikilidə nərdivandan yıxılaraq ölüb. Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır. BakuCity.az
Hadisələr
Mübahisə dava ilə nəticələnib Bakıda qonşular arasında dava baş verib. BakuCity.az “Report”a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunun “Kubinka” deyilən ərazisində qeydə alınıb. Davada 1987-ci il təvəllüdlü Rəhmanov Əlibala Azad oğlu və onun xalası oğlu ağır bədən xəsarətləri alıblar. Belə ki, yaşadığı mənzil plana düşdüyü üçün əşyalarını götürməyə gələn şəxslərlə qonşular arasında mübahisə düşüb. Sonda mübahisə dava ilə nəticələnib. Üçü qadın olma...
Hadisələr
Ürək çatışmazlığından ölüb Bakıda 22 həftəlik hamilə qadın ölüb. BakuCity.az xəbər verir ki, Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Şəbnəm Mustafayeva bətnindəki uşaqla birlikdə ölüb. Araşdırmalar zamanı məlum olub ki, Ş.Mustafayeva 5 il qabaq ürək əməliyyatı keçirib. Bu il martın 17-də "Mitral qapağın protezinin trombozu" diaqnozu ilə Topçubaşov adına Elmi Cərrahiyyə Xəstəxanasına yerləşdirilib. Ötən gün isə ürək çatışmazlığından ölüb. Faktla bağlı Yas...
Hadisələr
Gələn ay mərhumun toyu olmalı idi Paytaxtda ölümcül yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az Ölkə.az-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektinin Nizami rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "QAZel" markalı avtomobil piyada keçidindən keçən bir gənci vurub. Gələn ay mərhumun toyu olmalı idi. Hadisə ilə bağlı araşdırma davam edir. BakuCity.az
Hadisələr
“Dimedrol” zəhərlənmənin klinik əlamətlərinin inkişafını sürətləndirib Hadisədən dörd ay sonra Bakı Dövlət Universitetinin (BDU) tələbəsi, 1999-cu il təvəllüdlü Şəkər Xasmətovanın ölümünün səbəbi məlum olub. BakuCity.az xəbər verir ki, martın 18-də tələbənin atası Faiq Xasmətov Bakı şəhər prokurorluğuna dəvət olunub, orada məhkəmə tibbi ekspertizanın hesabatı ilə tanış edilib: “...Ş.Xasmətova divardakı çatdan daxil olan dəm qazından zəhərlənmə nəticəsində...
Hadisələr
“Lexus” markalı avtomobillə toqquşub Bakıda dəhşətli qəzanın görüntüləri kameraya düşüb. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, qəza paytaxtın Azadlıq prospektində ("Vorovski dairəsi" kimi tanınan ərazidə) baş verib. 1.3 qoşa xəttin tələbini pozaraq əks istiqamətə çıxan “BMW” markalı avtomobilin sürücüsü yolayrıcına yaşıl işıqda daxil olan “Mercedes” markalı avtomobillə toqquşub. “BMW” markalı avtomobil yüksək sürətlə hərəkət etdiyi üçün zərbə...
Hadisələr
Cinayət işi açıldı Bərdə rayonunda 4 yaşlı uşaq evdə vəfat edib. BakuCity.az-ın "Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, martın 16-da 2016-cı il təvəllüdlü Zeynallı Məhəmməd İqbal oğlu ölü vəziyyətdə Bərdə Ailə Sağlamlıq Mərkəzinə daxil olub. Araşdırma zamanı məlum olub ki, 4 yaşlı Məhəmmədin evdə temperaturu qalxıb, anası Aysel Zeynalova ona yan əzələdən inyeksiya yolu ilə dərman vurub. Bundan sonra uşağın vəziyyəti ağırlaşıb və xəstəxanaya aparıla...
Hadisələr
Bu gün səhər ölüb İranın Xobreqan Ekspertlər Məclisinin üzvü ayətullah Seyid Haşim Bəthayi koronavirusdan ölüb.   BakuCity.az APA-ya istinadən məlumat verir ki, ayətullah Bəthayi iki gün öncə koronavirusa yoluxub. Qum şəhərinin Behişti adına xəstəxanasına yerləşdirilən Bəthayi bu gün səhər vəfat edib. BakuCity.az
Hadisələr
Bakıda minik avtomobili yanıb BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, axşam saatlarında Tbilisi prospektində “Nissan” markalı avtomobil yanaraq kül olub.  Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar.   Yanğının səbəbləri məlum deyil.  BakuCity.az
Hadisələr
35 yaşı vardı Paytaxtın Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə prospektin əsas hissəsində (90 km/saat sürət olan hissə) baş verib. Belə ki, yolu nəzərdə tutulmayan yerdən keçmək istəyən 35 yaşlı İlqar Abbasovu polis əməkdaşının idarə etdiyi "Mercedes" markalı avtomobil vuraraq öldürüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Hadisələr
Vəziyyəti cərrahiyyə masasında pisləşib Qax rayonunda xəstəxanada ölüm hadisəsi baş verib. BakuCity.az “Report”a istinadən məlumat verir ki, hadisə martın 11-də Qax Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. Belə ki, Balakən rayon sakini, 1997-ci il təvəllüdlü Rəyisə Layıcova burun çəpərinin deformasiyası ilə əlaqədar Qax Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Xəstəxananın lor-həkimi Əkrəm İmaməliyev tərəfindən əməliyyat edilərkən qızın vəziyyəti cərra...
Hadisələr
Vəziyyəti ağırdır Bakıda İctimai Televiziyanın binasında xoşagəlməz hadisə baş verib. BakuCity.az Lent.az-a istinadən məlumat verir ki, televiziyanın əməkdaşı binanın 6-cı mərtəbəsindən yıxılıb. Rasim adlı əməkdaş 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağırdır. Hadisənin intihar olduğu, yaxud ehtiyatsızlıqdan baş verdiyi hələ məlum deyil. BakuCity.az
Hadisələr
Polis araşdırma aparır Gürcüstanın Qardabani rayonunda yerli azərbaycanlı və gürcü gənclər arasında kütləvi dava olub. BakuCity.az “Report”a istinadən xəbər verir ki, hadisə martın 10-da axşam saatlarında Satiçala Muğanlısı kəndində baş verib. Gənclər arasında yaranan qarşıdurmaya xırda mübahisə səbəb olub. Dava zamanı bir neçə azərbaycanlı gəncə daşla yüngül xəsarətlər yetirilib, bir gürcü gənc isə bıçaqlanıb. Bıçaqlanan şəxsin xəsarətləri ağır olmayıb və...
Hadisələr
İnstitutdan təsdiqləyiblər Bakıda Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha iki nəfər ölüb. BakuCity.az xəbər verir ki, hər iki ölüm faktı ötən gün qeydə alınıb. Xəstələrdən biri - 1986-cı il təvəllüdlü qadın martın 10-u saat 13:30-da ağır vəziyyətdə İnstituta daxil olub. Xəstə “hər iki ağciyərin pnevmoniyası” diaqnozu ilə I Reanimasiya şöbəsinə yerləşdirilib. Ona vəziyyətinə uyğun olaraq müalicə təyin edilib. Aparılan reanimasion müalicə tədbir...
Hadisələr
İddia araşdırılır Samux rayonu Qiyaslı kənd orta məktəbində çalışan gənc fizika müəlliməsi İsmayılova Kifayət Asim qızının ölümü sosial şəbəkələrdə müzakirəyə səbəb olub. BakuCity.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, tanışları K.İsmayılovanın həkim səhlənkarlığı səbəbindən rəhmətə getdiyini iddia edib: “Bağırsağı partlayıb. 3 gün yatırıb deyiblər ki, heç nəyi yoxdur, evə buraxılacaq. Sonra halı pisləşəndə bildirilib ki, Bakıya aparmaq lazımdır, onla...
Hadisələr
Hazırda reanimasiyadadır Bakıda 8 mart günü qanunsuz aksiya keçirən fəallardan biri intihara cəhd edib. BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Orada yaşayan, 1996-cı il təvəllüdlü Aysel Ələkbərzadə 3-cü mərtəbədən özünü atıb. O, aldığı müxtəlif xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxanadan bildirib ki, A.Ələkbərzadəyə ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır və h...
Hadisələr
İlham Əliyev göstəriş verib Afrikanın Sahel regionunda gərgin sosial-iqtisadi vəziyyətlə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv dövlətlərə etdiyi müraciətə cavab olaraq, İƏT-in Nigerdəki Humanitar və İnkişaf İdarəsinin Regional ofisə çevrilməsinə dəstək verilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Nazirlər Kabineti tərəfindən bu təşkilata 100 min ABŞ dolları həcmində yardım edilib. Bu barədə BakuCity.az-a Xarici İşlər Nazir...
Hadisələr
Yaralılar reanimasiyadadır Masallı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Köhnə Zuvand kəndində qeydə alınıb. Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Seymur Vidadi oğlu Şirəliyevin idarə etdiyi "Niva" markalı avtomobil idarəetmədən çıxaraq təxminən 300 metrlikdən dərəyə yuvarlanıb.  Nəticədə avtomobildə olan Sərinaz Azadxan qızı Şirəliyeva (1959), Nihad Orxan oğlu Şirəliye...
Hadisələr
Qızı evlənmək məqsədilə qaçırıb Bakının Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis bölməsinin əməkdaşları 13 yaşlı yeniyetmənin qaçırılması faktını araşdırırlar. BakuCity.az-ın məlumatına görə, bu barədə hüquq-mühafizə orqanlarından Oxu.az-a bildirilib. Yevlax rayon sakini 31 yaşlı H.Abdullayeva martın 4-ü saat 04 radələrində Polis bölməsinə müraciət ediblər. O, martın 3-ü saat 20 radələrində 13 yaşlı qızı C.M.-nin Elnur adlı şəxs tərəfindən qaçırıldığını b...
Hadisələr
İddia edir ki, evində oğurluq edən şəxslər onu tanıyan adamlardır Tanınmış teleaparıcı Azər İsmayılovun (Zahid) Mərdəkan-Buzovna yolunun üstündə tikdirdiyi villada oğurluq hadisəsi baş verib. BakuCity.az Unikal.org-a istinadən xəbər verir ki, bu barədə A.İsmayılov özü bildirib. Həmçinin oxu: Tanınmış teleaparıcıya vəzifə verildi Aparıcı iddia edib ki, evində oğurluq edənlər onu tanıyan adamlardır: “Oğurluq burada işləyən, ya da bura gəlib-gedən şəxslər tər...
Hadisələr
Xəstəxanaya çatdırılıblar Gəncədə 14 yaşlı oğlan bayram tonqalına düşərək yanıq xəsarətləri alıb. BakuCity.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Şeyx Bahəddin küçəsində qeydə alınıb. 2006-cı il təvəllüdlü Mehdiyev Əli İlham oğlu ocağı yandırarkən ehtiyatsızlıqdan yanıb. 14 yaşlı oğlan dərhal xəstəxanaya çatdırılıb. Ona üzünün və əlinin 1-ci və 2-ci dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub, vəziyyətinin kafi olduğu bildirilir. Digər hadisə i...
Hadisələr
Yanğının qarşısı alınıb Bakının Səbail rayonu ərazisində, Salyan şosesində yerləşən “Baku Oil Service” Mərkəzində yanğın baş verib. BakuCity.az APA TV-yə istinadən xəbər verir ki, ərazidə xidmət aparan Səbail Rayon Polis İdarəsinin Əlahiddə Çevik Polis Alayının əməkdaşları mərkəzdə alovun baş verdiyini görərək hadisə barədə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Xidmətinə məlumat veriblər. Məlumat əsasında FHN-in 11 texnikası və canl...
Hadisələr
Sıxlıq müşahidə olunur Bakıda tuneldə qəza baş verib. Bu barədə BakuCity.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Həmçinin oxu: Bakıda prospektdə tıxac: Yük maşını aşdı - FOTO Bildirilib ki, Ziya Bünyadov prospektində (tuneldə) metronun “Koroğlu” stansiyası istiqamətində yol-nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən də həmin istiqamətdə sıxlıq müşahidə olunur. BakuCity.az
Hadisələr
Şəhər istiqamətində sıxlıq olub Səhər saatlarında Heydər Əliyev prospektində tıxac yaranıb. BakuCity.az-ın məlumatına görə, buna səbəb prospektdə Yusif Səfərov küçəsi istiqamətində, Heydər Əliyev Mərkəzi yaxınlığındakı körpünün altında yük maşınının aşması olub. Bir müddət şəhər istiqamətində həmin hissəyədək sıxlıq müşahidə olunub. BakuCity.az
Hadisələr
78 yaşı vardı Xalq artisti Ağaxan Salmanlı maşında dünyasını dəyişib. BakuCity.az-ın məlumatına görə, bu barədə "Qaynarinfo"ya aktyor İlham Əsədov bildirib. O, qeyd edib ki, fevralın 28-də mərhumun nəvəsi Ləman Salmanovanın toy mərasimi olub: "Hamı orada olub. Deyib-gülmək… Əhvalı da lap əlaymış. Ailəsindən deyilənə görə, gecə narahatlığı olmayıb. Bu saatlarda da nəvəsigilə qonaq gedirlərmiş. Elə əlində şirniyyat maşında dünyasını dəyişib. Çox pis olduq”....
Hadisələr
Sonuncu dəfə avtobusa minəndə görüblər Bakıda 46 yaşlı qadın itkin düşüb. BakuCity.az APA-ya istinadən məlumat verir ki, Sabunçu rayonu Ramanı qəsəbəsi, M.Ə.Sabir küçəsi, dalan 2, ev 18-də yaşayan, ruhi xəstəliyi olan 1974-cü il təvəllüdlü Qubuşova Bahar Əli qızı fevralın 25-i səhər saatlarında evdən çıxaraq bir daha geri qayıtmayıb. Qadını sonuncu dəfə evlərinin yaxınlığında olan mağazada avtobusa minib gedərkən görüblər. Qadının ailə üzvləri faktla bağlı...
Hadisələr
Yola dağılan yanacaq yuyulub Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi zamanı avtomobil aşıb. BakuCity.az APA-ya istinadən xəbər verir ki, hadisə Mehdi Hüseyn küçəsində qeydə alınıb. Bağırov Elxan Ramil oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olan zaman sükana nəzarəti itirib. Nəticədə avtomobil yol kənarında hərəkətsiz vəziyyətdə dayanan və Muradov Hünər Razət oğluna məxsus "VAZ 2104" markalı avtomobilə çırpılıb. Zərbənin təsirind...
Hadisələr
100 gündən çox vaxt keçsə də, ekspertizanın rəyi hələ hazır deyil Azərbaycanda Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi istintaqı ləngidir. BakuCity.az-ın məlumatına görə, bu sözləri Oxu.az-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) üç tələbəsinin zəhərlənməsi və onlardan birinin ölümü hadisəsini, hansı ki, artıq üzərindən 100 gün keçib - şərh edən məşhur vəkil Türkel Süleymanlı deyib. Xatırladaq ki, noyabrın 21-də universitetin Yasama...
Hadisələr
Bitişik mağaza yanğından mühafizə olunub Bakıda avtomobil yuma məntəqəsində yanğın baş verib. BakuCity.az-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyindən Baku.ws-ə bildirilib. Hadisə Nizami rayonunda, “Lotos” Ticarət Mərkəzinin arxasında yerləşən avtomobil yuma məntəqəsində qeydə alınıb. Ümumi sahəsi 40 m² olan məntəqənin damının taxta atmaları və içərisində olan əşyalar 10 m² sahədə yanıb. Avtoyuma məntəqəsinin qalan hissəsi və bitişik mağaza...
Hadisələr
Qayınanasının vəziyyəti ağırdır Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib. BakuCity.az Baku.ws-ə istinadən məlumat verir ki, Masallı rayon, Təzəkənd kənd sakini ailə münaqişəsi zəminində avtomatla həyat yoldaşını, qaynını və qayınanasını güllələyib. Daha sonra əlindəki silahla özünə atəş açıb. Həmin şəxsin həyat yoldaşı və qaynı hadisə yerindəcə keçinib. Qayınanasının vəziyyəti isə ağırdır. Hadisəyə səbəb həyat yoldaşının ondan boşanmaq istəməsi o...
Hadisələr
Maqnitudası 4.6 olub Xəzər dənizində zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən BakuCity.az-a verilən məlumata görə, zəlzələ saat 11:52-də Nardaran stansiyasından 112 km şimal-şərqdə dənizdə qeydə alınıb. Zəlzələnin maqnitudası 4.6, dərinliyi 60 km olub. BakuCity.az
Hadisələr
Avtobus avtomobillə toqquşub Bakıda yol-nəqliyyat hadisəsi baş verib.  BakuCity.az Azmedia.az xəbər verir ki, qəza Akademik Həsən Əliyev küçəsində qeydə alınıb.  4 saylı marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusu "Subaro" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. BakuCity.az
Hadisələr
Qız 3-cü kurs tələbəsi olub Bakı bulvarındakı intihar hadisəsi ilə bağlı görüntülər yayılıb. BakuCity.az BakuPost-a istinadən xəbər verir ki, görüntülərdə sudan çıxarılan oğlan ölən sevgilisi üçün ağlayır, sağ qalmaq istəmədiyini deyir. Sabirabad rayon sakini 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci ildə anadan olmuş Məmmədov Babahüseyn Zöhrab oğlu özünü dənizə atıb. 25 yaşlı oğlanı sudan çıxararaq xilas etmək mümkün olsa da, gənc qız b...
Hadisələr
Qardaşı tutulub Ötən gecə Bakının Nərimanov rayonunda öldürülən daxili işlər orqanlarının 31 yaşlı zabiti Anar Ramazanov Polis Akademiyasının kursantı olub. BakuCity.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından Oxu.az-a bildirilib. Anar Ramazanovun qətlində şübhəli bilinən qardaşı 28 yaşlı Araz Ramazanov tutulub. İstintaq zamanı məlum olub ki, Anar Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis bölməsində sürücü işləyib, eyni zamanda, Polis Akademi...
Hadisələr
Təmirsiz otaqlardan birində yanğın baş verib Bakıda uşaq bağçasının yerləşdiyi binada yanğın olub. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonunun Ayaz İsmayılov küçəsi, 69A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb. Binanın uşaq bağçası və müxtəlif obyektlərin yerləşdiyi ikinci mərtəbəsindəki təmirsiz otaqlardan birində yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmə...
Hadisələr
Gənclər ailələrinin razılığa gəlməməsi səbəbindən evlənə bilməyiblər Bu gün səhər saatlarında Bakı bulvarında dəhşətli hadisə baş verib. BakuCity.az Publika.az-a istinadən xəbər verir ki, Dənizkənarı Milli Park ərazisində Sabirabad rayon sakini 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci il təvəllüdlü Məmmədov Babahüseyn Zöhrab oğlu özünü dənizə atıb. 25 yaşlı oğlanı sudan çıxararaq xilas etmək mümkün olsa da, gənc qız boğularaq ölüb. Hazı...
Hadisələr
Bu avtobuslar hər gün əks yola çıxırlar Bakıda daha bir avtobus sürücüsü qaydaları pozub. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb. Məlumata görə, video Xətai rayonu Əhmədli qəsəbəsinin Sarayevo və Telnov küçələrinin kəsişməsində yerləşən “Diaqnoz” tibb mərkəzinin qarşısında lentə alınıb. Göründüyü kimi, avtobus əks yola çıxaraq digər hərəkət iştirakçılarına təhlükə yaradıb: Qeyd olunur ki, 46 nömrəli m...
Hadisələr
Hadisənin mübahisə zəminində baş verdiyi deyilir Bakıda 31 yaşlı kişi qardaşını qətlə yetirib. BakuCity.az-ın məlumatına görə, hadisə ötən gün Nərimanov rayonunda qeydə alınıb. 1989-cu il təvəllüdlü Araz Ramazanov qardaşı, Nəsimi Rayon Pollsi İdarəsinin 19-cu Polis şöbəsinin əməkdaşı Anar Ramazanovu bıçaqla qətlə yetirib. Hadisənin mübahisə zəminində baş verdiyi deyilir. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət i...
Hadisələr
Yanğın get-gedə güclənib Bakıda çoxmərtəbəli binada baş vermiş yanğın söndürülüb. BakuCity.az-ın məlumatına görə, yaxınlıqda yerləşən yanğınsöndürmə briqadasının operativ tədbirləri nəticəsində yanğını qısa zamanda söndürmək mümkün olub. Hadisənin hansı səbəbdən baş verdiyi hələ bilinmir. 10:50 Bakıda çoxmərtəbəli binada yanğın baş verib. BakuCity.az xəbər verir ki, hadisə İsmayıl bəy Qutqaşınlı küçəsində qeydə alınıb. 17 mərtəbəli binanın 11-ci mərtəbəsin...
Hadisələr
Orxan adlı sürücü avtomobildə yanaraq ölüb Dünən axşam saatlarında Bakının Qaradağ rayonunda “Mercedes” markalı avtomobil dirəyə çırpıldıqdan sonra yanıb. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə zamanı Orxan adlı sürücü avtomobildə yanaraq ölüb. Qəza yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub. Yanğın söndürülüb. BakuCity.az
Hadisələr
Yanğın uzaqdan da diqqəti cəlb edir Abşeronda güclü yanğın hadisəsi olub. BakuCity.az "Report"a istinadən məlumat verir ki, hadisə Qobu qəsəbəsinə yaxın ərazidə qeydə alınıb. İlkin məlumata görə, ərazidəki obyektlərdən birində yanğın başlayıb. Yanğın uzaq məsafədən də diqqəti cəlb edir. Hadisənin hansı obyektdə baş verdiyi dəqiqləşdirilir. BakuCity.az
Hadisələr
Ofisiantın başını qatmaq üçün çay istəyiblər Bakıda restoranda yeyib-içən 3 gənc hesabı ödəməyərək qaçıb. BakuCity.az-ın məlumatına görə, “Pink House” restoranının administratoru Seyran Əsgərov “Qafqazinfo”ya bildirib ki, fevralın 19-u gecə saat 01 radələrində iki nəfər restorana gələrək salona baxış keçirib. Sonra qapının girişinə yaxın olan kabinetdə oturmağa qərar veriblər: “Yəqin elə tez qaçsınlar deyə, oranı seçiblər. Əvvəl iki nəfər idi, sonra bir nə...
Hadisələr
Araşdırma aparılır Bakıda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda baş verib. Ç.Kərimov küçəsindəki evlərin birində yaşayan 3 yaşlı Nigar Məmmədzadə nəfəs borusunda dərman həbi qalması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Hadisələr
21 yaşı vardı Bakıda tələbə bədbəxt hadisə nəticəsində ölüb.    BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Masallı rayon sakini, 1999-cu il təvəllüdlü Məmmədova Günel Camal qızı kirayə yaşadığı evdə dəm qazından boğularaq ölüb. Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, G.Məmmədova tələbə olub. BakuCity.az
Hadisələr
Maqnitudası 3.3 olub Bu gün saat 07:05-də Qobustan stansiyasından 32 kilometr cənub-qərbdə, Şamaxı ərazisində zəlzələ qeydə alınıb. Bu barədə BakuCity.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Maqnitudası 3.3 olan zəlzələnin ocağı 4 km dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss olunmayıb. BakuCity.az
Hadisələr
Bakıda uşaq poliklinikasında yanğın olub. Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən uşaq poliklinikasında 1 ədəd elektrik qızdırıcısı yanıb. Yanğın yanğından mühafizə bölmələri hadisə yerinə çatana kimi işçilər tərəfindən söndürülüb. BakuCity.az
Hadisələr
Avtomobil yeni qazılan çuxura aşıb Bakının Binəqədi rayonunda dəhşətli hadisə baş verib. BakuCity.az Baku TV-yə istinadən xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında, Bakı-Sumqayıt yolunda təxminən 50-55 yaşlarında kişi yolun ikinci zolağında uzanmış vəziyyətdə olub. Sumqayıt istiqamətində hərəkətdə olan “Opel” markalı minik avtomobilinin sürücüsü həmin şəxsi yerdə gördüyündən idarəetməni itirərək, avtomobili yolun kənarında yeni qazılan çuxur...
Hadisələr
Araşdırma aparılır Azərbaycanda kollec rəhbərliyi tutulub. BakuCity.az “Report”a istinadən məlumat verir ki, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərov və onun müavini İlqar Dursunov iş otaqlarında rüşvət alarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar. Həmçinin oxu: Vəzifəli şəxslər tutuldu - Neftçaladakı əməliyyatla bağlı RƏSMİ MƏLUMAT Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Hadisələr
Mallar kül olub "Sədərək" Ticarət Mərkəzində baş vermiş yanğından sonra çəkilən görüntülər yanğının miqyasından xəbər verir.   Fevralın 18-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində baş verən yanğında 1 000 kvadratmetrə qədər ərazi yanıb. Həmçinin oxu: "Sədərək"dəki güclü yanğının tüstüsü şəhərə belə yayıldı - FOTO + VİDEO Yanğın hadisəsi nəticəsində çox sayda mağazaya ciddi ziyan dəyib, mallar yanaraq kül olub. Ərazidən çə...
Hadisələr
Şübhəli saxlanılıb Bakıda şadlıq evinin qarşısında 3 qardaş bıçaqlanıb. BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "Tərlan" şadlıq sarayının qarşısında baş verib. Hadisə nəticəsində şəhər sakinləri - 1995-ci il təvəllüdlü Röyal Abışov, qardaşları 1995-ci il təvəllüdü İmaməli Abışov, 1989-cu il təvəllüdlü Ramin Abışov müxtəlif növ bıçaq xəsarətləri alıblar. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçi...
Hadisələr
Cinayət işi açıldı Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, əməliyyat zamanı əvvəlcə paytaxt sakini İbrahim Əliyev tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 13 qram narkotik vasitə heroin, 5 qram isə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb. İ.Əliyev ifadəsində pulu...
Hadisələr
Xəsarət alıb “Üstümə hücum çəkən canavarı boğub öldürmüşəm”. BakuCity.az “Report”a istinadən məlumat verir ki, bunu Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivində canavar hücumuna məruz qalan 1966-cı il təvəllüdlü Cahangirov Camal Fəxrəddin deyib. Qəflətən hücum edən heyvanın it deyil, canavar olduğunu iddia edən C.Cahangirov yırtıcını boğub öldürdüyünü, sonra da yandırdığını bildirib. Canavar onun bədəninin hər iki yuxarı ətrafına xəsarət yetirib. C.Cahan...
Hadisələr
Xəstəxanaya çatdırılıb Bakının Sabunçu rayonunda canavar yerli sakini dişləyib. BakuCity.az "Report"a istinadən xəbər verir ki, canavarın hücumuna Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivinin sakini 1966-cı il təvəllüdlü Camal Fəxrəddin oğlu Cahangirov məruz qalıb. Yırtıcı onun bədəninin hər iki yuxarı ətrafına xəsarət yetirib. C.Cahangirov təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb. BakuCity.az
Hadisələr
Ətrafa yanacaq dağıldı Bakının Nəsimi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az APA-ya istinadən xəbər verir ki, hadisə Rəşid Behbudov və Salatın Əsgərova küçələrinin kəsişməsində qeydə alınıb. Məlumata əsasən, Vüqar Xəlilov idarə etdiyi "QAZel" markalı yük maşını ilə Salatın Əsgərova küçəsində işıqforun yaşıl işığından keçib. Bu zaman R.Behbudov küçəsində işıqforun qırmızı işığından keçən və 19 yaşlı Abdullayev Qorxmaz İldırım oğlunun i...
Hadisələr
Hətta piyadaların sürücüləri çaşdırması nəticəsində yol-nəqliyyat hadisələri baş verir Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi və Avtosfer.az saytı paytaxt ərazisində baş verən yol nəqliyyat hadisələrinin təhlilini davam etdirir. BakuCity.az xəbər verir ki, bu dəfə piyadaların avtomobillərlə daha çox vurulduğu Heydər Əlieyev prospekti, 118 b və 132 ünvanlarında müşahidə aparılıb. Söhbət hazırda yeni tikilən piyada keçidinin yaxınlığından gedir. Yeri gəlmi...
Hadisələr
Bitişik ev yanğından mühafizə olunub Bakıda daha bir yanğın hadisəsi qeydə alınıb. BakuCity.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 30 m² olan köməkçi tikilinin içərisində ev əşyaları 6 m² sahədə yanıb. Həmçinin oxu: Bakıda 17 mərtəbəli binada güclü yanğın - VİDEO Yanğın zamanı 1 nəfər xəsarət alıb. Tikili və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən...
Hadisələr
Yanğın söndürülüb Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub. BakuCity.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Sabunçu rayonunda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində, ümumi sahəsi 12 m² olan otaqda ev əşyaları yanıb. Həmçinin oxu: Bakıda 17 mərtəbəli binada güclü yanğın - VİDEO Yataqxana binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən...
Hadisələr
Yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb Nəsimi rayonu, Cavadxan küçəsi, 48A ünvanında 17 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Həmçinin oxu: "Sədərək"dəki güclü yanğının tüstüsü şəhərə belə yayıldı - FOTO + VİDEO Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində...
Hadisələr
Dərhal özəl xəstəxanadan təcili yardım çağırılıb “Bank Respublika” ASC-nin Müşahidə Şurasının üzvü və bankın əsas səhmdarı Natiq Quliyevin 15 yaşlı oğlu vəfat edib. BakuCity.az “Report”a istinadən xəbər verir ki, hadisə ötən gün Bakı şəhəri, Məmməd Araz küçəsi, 2 ünvanında qeydə alınıb. Belə ki, axşam saatlarında yeniyetmənin hərarəti artıb. Ona ev şəraitində iynə vurulub. Mərhum iynədən sonra aneflaktik şok keçirib. Dərhal özəl xəstəxanadan təcili yardım...
Hadisələr
52 yaşı var idi Bakıda yanan köşkün içində qadın meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 15 m² olan dəmir köşkün içərisində ev əşyaları, bitişik, ümumi sahəsi 10 m² olan taxta konstruksiyalardan ibarət köməkçi tikili və ümumi sahəsi 100 m² olan birmərtəbəli evin taxtadan ibarət pəncərəsi yanıb. Yanğının kəşfiyyatı zamanı köşkün içərisində 1968-ci il təvəllüdlü Cəfərov...
Hadisələr
Malların bazardan çıxarılmasına cəhd göstəriblər Bu gün səhər saatlarında "Sədərək" Ticarət Mərkəzində baş vermiş yanğın zamanı polislər həyatlarını təhlükəyə atıblar.  BakuCity.az Baku.ws-ə xəbər verir ki, "Sədərək" Ticarət Mərkəzinin 1-ci zona, 9-cu sırasında qəfil yanğın baş verib. Həmçinin oxu: "Sədərək"dəki güclü yanğının tüstüsü şəhərə belə yayıldı - FOTO + VİDEO Sahibkarlar dərhal öz mallarını yanğın olan ərazidən çıxarmağa çalışıblar.  Ərazidə xidm...
Hadisələr
Etibar Mirzəyev hadisə yerindədir "Sədərək" Ticarət Mərkəzindəki yanğın söndürülüb. Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Həmçinin oxu: "Sədərək"dəki güclü yanğının tüstüsü şəhərə belə yayıldı - FOTO + VİDEO Hazırda Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir. BakuCi...
Hadisələr
Bir nəfər kəllə-beyin travması alıb Bu gün səhər saatlarında Bakının "Sədərək" Ticarət Mərkəzində baş verən yanğına 5 təcili tibbi yardım briqadası cəlb olunub. Bu barədə BakuCity.az-a TƏBİB-dən məlumat verilib. Həmçinin oxu: “Sədərək”də dəhşətli yanğın: tüstüsü şəhəri bürüdü - FOTO + VİDEO 9 nəfərə hadisə yerində yardım göstərilib. Bir nəfər kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə aparılıb. BakuCity.az
Hadisələr
Hadisə yerinə çox sayda yanğınsöndürmə maşını cəlb olunub "Sədərək" Ticarət Mərkəzində baş vermiş yanğın çox güclü olduğundan tüstüsü şəhərin əksər hissəsinə yayılıb. BakuCity.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Həmçinin oxu: “Sədərək”də dəhşətli yanğın: tüstüsü şəhəri bürüdü - FOTO + VİDEO Yanğının tüstüsü qara bulud kimi şəhərin böyük hissəsini bürüyüb. Hətta nəfəs almaq çətinləşib. Hazırda hadisə yerinə çox sayda yanğınsöndü...
Hadisələr
Alov güclü olduğundan bir sıra mağazalara keçib Bakının “Sədərək” Ticarət Mərkəzində yanğın baş verib. BakuCity.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Alov güclü olduğundan bir sıra mağazalara keçib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Yanğın güclü olduğu üçün tüstüsü şəhərin böyük bir hissəsinə yayılıb. BakuCity.az
Hadisələr
Hadisə Xocalı prospektində qeydə alınıb Bakıda çoxmərtəbəli binada pəncərə şüşəsini silən qadın həyatını təhlükəyə atıb. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Xocalı prospektində yerləşən 15 mərtəbəli binalardan birində qeydə alınıb. Belə ki, yeni tikilinin 9-cu mərtəbəsində yaşanmış təhlükəli anları lentə alan "Report"un oxucusu həmin görüntüləri redaksiyamıza göndərib. Görüntülərdən məlum olur ki, binada təmizlik işləri apa...
Hadisələr
Patrul avtomobili qəzadan yayınmağa çalışsa da... Yol Patrul Xidməti (YPX) avtomobili “Mercedes” markalı avtomobilə çırpılıb. BakuCity.az Yeniavaz.com-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi dünən Bakı-Sumqayıt yolunda qeydə alınıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, qəzaya sağ hərəkət zolağını gözləmədən qəfil yola çıxan nəqliyyat vasitəsi səb...
Hadisələr
Məktəbli qız yolda qəflətən “Mercedes”in qarşısına çıxıb Bakıda məktəbli qız ölümdən qayıdıb. BakuCity.az “Report”a istinadən xəbər verir ki, hadisə fevralın 16-da paytaxtın mərkəzi küçələrinin birində qeydə alınıb. Həmçinin oxu: Bakıda iki avtobus və bir minik maşını toqquşub, yaralılar var - FOTO Belə ki, məktəbli qız yolda hərəkətdə olan “Mercedes” markalı avtomobilin qarşısına anidən çıxıb. Bu zaman avtomobilin sürücüsü əyləci basıb və məktəbli qəzadan...
Hadisələr
Fotoya diqqətlə baxın Göyçayda 46 yaşlı kişi itkin düşüb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan BakuCity.az-a verilən məlumata görə, Göyçay şəhər sakini, 1974-cü il təvəllüdlü Tərlan İsgəndərov fevralın 3-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. O, evdən çıxarkən əynində tünd yaşıl rəngli gödəkçə, cins şalvar və qara rəngli ayaqqabı olub. Şəkildəki şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “...
Hadisələr
Qonşular kəskin qoxudan şübhələniblər Bakıda evdən meyit tapılıb. BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Rayon sakini, 1930-cu il təvəllüdlü Kərimova Balaxanım Əmir qızının meyiti evində aşkar edilib.  Araşdırmalar zamanı B.Kərimovanın üç gün əvvəl öldüyü müəyyən edilib. Belə ki, qadın evdə nəvələri ilə birgə yaşayıb. Əqli qüsuru olan uşaqlar nənələrinin öldüyünü bilməyiblər. Evdən gələn kəskin qoxuda...
Hadisələr
Torpaq axını yenidən aktivləşdi Bakının Səbail rayonunda yenidən torpaq sürüşməsi baş verib. BakuCity.az Trend-ə istinadən məlumat verir ki, hadisə Səbail rayonu, Badamdar şosesinin ətrafındakı yamacda qeydə alınıb. Həmçinin oxu: Badamdar sürüşmə sahəsində görüləcək işlər açıqlandı - Ərazidən REPORTAJ Yamacda baş verən sürüşmə nəticəsində torpaq axını yenidən aktivləşib. Axın bu gün səhər saatlarında yağışdan sonra başlayıb. Aidiyyəti qurum əməkdaşları had...
Hadisələr
Hadisənin səbəbi araşdırılır Bakı Metropoliteninin “Memar Əcəmi” stansiyasında qadın qatar xəttinin üzərinə düşüb. Bu barədə BakuCity.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib. O deyib ki, bu səbəbdən qatarların hərəkətində 10 dəqiqəlik fasilə yaranıb. B.Məmmədov qeyd edib ki, qadın aidiyyəti üzrə təhvil verilib, onun şəxsiyyəti və hadisənin səbəbi araşdırılır. BakuCity.az
Hadisələr
Xilasedicilər təhlükəsizlik tədbirləri görüblər Bakıda xəstəxana binasının dam örtüyü qopub. Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, Yasamal rayonunda altımərtəbəli xəstəxana binasının dam örtüyünün bir hissəsi yerindən qoparaq asılı vəziyyətdə qalıb. Ərazidən keçən insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər qopan hissəni yer...
Hadisələr
4-cü kursda oxuyurdu Bakıda dəm qazından ölən tələbə qızın fotosu yayılıb. BakuCity.az "Report"a istinadən Nigar Telman qızı Rəhmanovanın fotosunu təqdim edir: 09:43 Bakıda tələbə dəm qazından boğulub. BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Xətai rayonu, Mirzə Davud küçəsi, ev 45 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin 4-cü kurs tələbəsi, 2000-ci il təvəllüdlü Nigar Rəhmanova ha...
Hadisələr
İki nəfər oğurluq edib Bakıda oğurluq hadisəsi təhlükəsizlik kamerasına düşüb. BakuCity.az Oxu24.com-a istinadən xəbər verir ki, paytaxtın Nərimanov rayonu ərazisində yerləşən "Metro Park" ticarət mərkəzindəki "FLO" ayaqqabı mağazasından oğurluq edilib. Videodan görünür  ki, iki nəfər mağazaya daxil olur, təzə ayaqqabıları özləri ilə gətirdikləri paketlərə qoyur və mağazanı tərk edirlər. BakuCity.az
Hadisələr
Sərnişinlər təxliyə olunub Bakıda iki marşrut avtobusu toqquşub. BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə metronun "Xalqlar Dostluğu" stansiyası yaxınlığında baş verib. 62 və 81 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən avtobuslar toqquşub.  Hər iki avtobusun sərnişinləri təxliyə olunub. Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Hadisələr
Yol qəzası baş verib Bakıda prospektdə sıxlıq var. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, bir qədər əvvəl Ziya Bünyadov prospektində "Çermet" körpüsü adlanan yerdə (metronun “Koroğlu” stansiyası istiqamətində) yol-nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən hazırda prospektin bu hissəsində sıxlıq müşahidə olunur. BakuCity.az
Hadisələr
Uğurlu eniş edib “Azərbaycan Hava Yolları” QSC-nin aşağı büdcəli törəməsi – “Buta Airways”ın şirkətinin Gəncə-Moskva reysini yerinə yetirən təyyarəsi məcburi eniş edib. Şirkətdən BakuCity.az-a verilən məlumata görə, sərnişinlərdən birinin halının pisləşməsi ilə əlaqədar olaraq "Buta Airways"in J2 9817 nömrəli aviareysində hava gəmisinin kapitanı Volqoqrad aeroportunda məcburi eniş etmək qərarı alıb. Reys Bakı vaxtı ilə saat 12:49-da Volqoqradda uğurlu eniş...
Hadisələr
Güclü külək fəsadlara yol açıb Bakıda əsən güclü külək Xətai rayonu ərazisində fəsadlara səbəb olub. Həmçinin oxu: Bakıda güclü külək anteni avtomobillərin üzərinə çırpdı - VİDEO "Həzi Aslanov" metro stansiyasının yaxınlığında binanın dam örtüyü uçulub. BakuCity.az Oxu.az-a istinadən hadisə yerindən görüntüləri təqdim edir: BakuCity.az
Hadisələr
Sürücülər xəsarət alıb  Bakının Nərimanov rayonunda iki nəqliyyat vasitəsi toqquşub. BakuCity.az APA-ya istinadən xəbər verir ki, hadisə Aşıq Molla Cümə və Fətəli Xan Xoyski küçələrinin kəsişməsində baş verib. Həmçinin oxu: Bakıda 4 avtomobil toqquşdu, tıxac yarandı - FOTO + VİDEO "Lada" markalı nəqliyyat vasitəsi əks istiqamətli yolda gələrkən Fətəli Xan Xoyski küçəsi ilə hərəkətdə olan "Mercedes" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində hər iki avto...
Hadisələr
Yanğınsöndürənlər əraziyə cəlb olunub Bakıda İçərişəhər ərazisində qaz sızmasından partlayış baş verib. BakuCity.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, hadisə bir neçə dəqiqə öncə İçərişəhərdə baş verib. İlyas Əfəndiyev, 10 ünvanında yerləşən yaşayış binasındakı qaz sızması nəticəsində baş verən partlayışda 5 nəfər xəsarət alıb. Hazırda yanğınsöndürənlər əraziyə cəlb olunub. BakuCity.az
Hadisələr
Depressiyaya düşüb Bakıda aptek sahibi, həkim Sənan Həsənovun intiharının səbəbi məlum olub. BakuCity.az-ın "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, 49 yaşlı S.Həsənov bu gün Yasamal rayonunda yerləşən özünə məxsus aptekdə dərman içərək intihar edib. Məlumata əsasən, S.Həsənovun dərman biznesi ilə bağlı çoxlu borcu yaranıb və son vaxtlar pulu qaytara bilmədiyi üçün depressiyaya düşüb. İlkin ehtimala görə, S.Həsənov bu səbəbdən intihar edib. O, son pay...
Hadisələr
3 avtomobilin üstünə düşüb Fevralın 6-da Bakıda əsən güclü külək sürücülərə maddi ziyan vurub. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, paytaxtın Atatürk prospektindəki binaların birində quraşdırılan anteni gückü külək nəticəsində yerindən qoparaq avtomobillərin üzərinə düşüb. Həmçinin oxu: Bakıda güclü küləyin fəsadları - FOTO + VİDEO Bu görüntü avtomobildəki kameraya qeyd olunub. Hadisə şahidlərinin sözlərinə görə, anten üç avtomobilin üzərinə...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?